Avstraliyanın Qərbi Avstraliyanın Pert bölgəsində köpək balığının hücumuna məruz qalan şəxsin həyatını itirdiyi bildirilib.
Avropa.info ABC news-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Pert sahillərində köpəkbalığının bir şəxsə hücum etdiyini açıqlayıb.
Hücumda bir nəfərin öldüyünü bildirən səlahiyyətlilər, Marmion və İluka bölgələri arasındakı təxminən 12 kilometrlik sahil zolağının sabah günorta saatlarına qədər bağlı olduğu məlumatını paylaşıb.
Bu həftə Qərbi Avstraliyada iki köpəkbalığı hücumu olub.





























