Qəzzanın çətin şərtləri altında yeni tədris ilinə qədəm qoyan 9 yaşlı fələstinli Vefa Akile səbirsizliklə gözlədiyi ilk dərs günündə İsrailin hava hücumu nəticəsində həyatını itirib.
İsrailin Qəzzanın şəhər mərkəzi Şifa küçəsində mülki avtomobilə pilotsuz uçuş aparatı (PUA) ilə təşkil etdiyi hücumda həyatını itirən Vəfa Akile və atası Yusuf Akilenin (36) cənazələri Şifa Xəstəxanasına aparılıb.
Sözügedən hücum fələstinli Vəfanın məktəbə qayıtma sevincini böyük faciəyə çevirib.
Avropa.info xəbər verir ki, Sosial mediada paylaşılan görüntülərdə Vəfa Akilenin cansız bədəninin ətrafına səpələnmiş məktəb kitabları, dəftərlər və dəftərxana ləvazimatları görünür.
Qəzzada müharibənin qızğın çağında təhsilə və həyata tab gətirməyə çalışan minlərlə uşaqdan biri olan Vəfadan geriyə məktəbli formasında gülümsəyən fotosu qalıb.
Hücumların kölgəsində təhsil uğrunda mübarizə
Fələstin Təhsil Nazirliyi yeni tədris ilinin sentyabrın 16-da başlayacağını açıqlasa da, Qəzza zolağında bir çox məktəb və alternativ təhsil məntəqələri hazırlıqlarını tamamlayıb və dərslərə başlayıb.
İsrailin törətdiyi ağır dağıntılar və aramsız bombardmanlar nəticəsində məktəb binalarının əksəriyyətinin yararsız hala düşdüyü bölgədə uşaqlar daha çox çadırlardan ibarət müvəqqəti tədris mərkəzlərində dərslərini davam etdirməyə çalışırlar.
Fələstin Statistika Mərkəzinin məlumatlarına görə, İsrailin davam edən hücumlarında həyatını itirənlərin yüzdə 30-dan çoxunu uşaqlar təşkil edərkən, həyatını itirən uşaqların sayı isə 21 min 283-ə yüksəldi.
Həyatını itirənlərin təxminən 19 mini məktəb yaşlı şagirdlər, 44 mindən çoxu isə yaralanıb.

























