Vyetnamda baş verən qəzada Rusiya Federasiyasından olan turist ölüb, daha bir rusiyalı yaralanıb.
Vyetnamda, Lam Donq əyalətinin Dauzai-Phan Thiet avtomobil yolunda 18 əcnəbini daşıyan turist avtobusunun iştirakı ilə ölümlə nəticələnən qəza baş verib.
Avropa.info xəbər verir ki, bu barədə Tuoi Tre yazır.
Hadisə nəticəsində 38 yaşlı Rusiya vətəndaşı dünyasını dəyişib. O, aldığı xəsarətlərdən yerindəcə keçinib. Digər rusiyalı, 43 yaşlı kişi yaralanıb və xəstəxanaya yerləşdirilib.
Məlumata görə, avtobus qəza zolağında dayanmış yük maşını ilə toqquşub. Yerli polisin ilkin məlumatına görə, faciəyə səbəb sürücünün yorğunluğu olub. Kişi polisə etiraf edib ki, sükan arxasında yatıb. Hazırda hadisənin bütün halları ilə bağlı araşdırma aparılır.
Bu həftə, avqustun 11-də Tatarıstanda avtobusla baş verən qəza nəticəsində 13 nəfər xəstəxanaya yerləşdirilib. Hər şey 50 yaşlı avtomobil sürücüsünün mikroavtobusa yol verməyərək yol hərəkəti qaydalarını pozmasından sonra baş verib.





























