ABŞ Geoloji Xidməti (USGS) zəlzələnin episentrinin Yeni Zelandiyanın şimalındakı Kermadec adaları yaxınlığında olduğunu açıqlayıb.
Avropa.info xəbər verir ki, İlkin məlumatlara görə, yerin 226,1 kilometr dərinliyində baş verən 6,3 bal gücündə zəlzələdə can və mal itkisi olmayıb.
Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Yeni Zelandiya və Solomon adalarını əhatə edən Sakit Okeanda “Alov halqası” adlanan seysmik qırılma xəttində yerləşən ölkələr tez-tez zəlzələlərlə yanaşı, vulkan püskürmələri də yaşayırlar.






























