03 - 08 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vüqar Dadaşov:İran-Ukrayna müharibəsi mümkündürmü və Cənubi Qafqaza hansı təsirləri ola bilər? Azərbaycanın mövqeyi necə ola bilər

Avqust 3, 2026
Siyasət
A A

İran-Ukrayna müharibəsi mümkündürmü və Cənubi Qafqaza hansı təsirləri ola bilər?
Azərbaycanın mövqeyi necə ola bilər?

Ukrayna–İran arasında artan gərginliyi yalnız İran–Rusiya münasibətləri kontekstində dəyərləndirmək doğru olmaz. Proses daha geniş geosiyasi qarşıdurmanın tərkib hissəsidir və müşahidə olunan gərginlik siyasi məntiqə əsaslanan nəticədir.

Bu sözləri Avropa.info-ya Milli Cəbhə Partiyasınin Başqan Müavini Siyasi Şərhci Vüqar Dadaşov Ukrayna-İran münasibətlərin şərh edərkən deyib.

Vüqar Dadaşov əlavə olaraq qeyd edib ki, ABŞ Prezidenti Trampın Rusiya–Ukrayna müharibəsinə münasibətində müşahidə olunan dəyişiklik, Ukrayna Prezidenti Volodimir Zelenski ilə intensiv təmasları və Kiyevə nümayiş etdirdiyi siyasi dəstək ABŞ–İran qarşıdurması fonunda Rusiyanın əsas strateji müttəfiqlərindən biri olan İranla Ukrayna arasında hərbi gərginliyi gözlənilən ehtimallardan birinə çevirirdi. Əlbəttə ki, İran–Ukrayna münasibətlərində söhbət Rusiyanın hərbi imkanlarını təmin edən və onun müharibə potensialını dəstəkləyən əsas dayaqların hədəfə götürülməsindən gedir.

Məlumdur ki, Ukraynanın Rusiya üzərindəki üstünlüyünün əsas elementi müasir texnologiyalar, pilotsuz uçuş aparatları və yüksək dəqiqlikli zərbə imkanlarıdır. Bu üstünlüyü zəiflədə biləcək amillərdən biri isə İranın Rusiyaya verdiyi hərbi-texnoloji dəstəkdir. Yəni İran nəinki Ukraynaya, bütövlükdə bütün Qərbə qarşı Rusiyanın siyasi və hərbi potensialını qoruyan əsas müttəfiqlərdəndir.

Digər tərəfdən, Rusiya ilə İranın əməkdaşlığı yalnız Ukrayna müharibəsi ilə məhdudlaşmır. Moskva və Tehran Cənubi Qafqaz, Zəngəzur dəhlizi, TRIPP layihələri və bütövlükdə əksər qlobal geosiyasi məsələlərdə koordinasiyalı çıxış edirlər. Ermənistan, Azərbaycan və bütövlükdə Cənubi Qafqazla bağlı nümayiş etdirdikləri oxşar siyasi yanaşma da onların ortaq və vahid maraqlarının, strateji müttəfiqliyinin nəticəsidir.

Bu baxımdan Ukrayna–İran münasibətlərinin daha da gərginləşməsi real ssenaridir. İran və Rusiyanın hərbi-siyasi mövqeyinə toxunan Ukrayna–İran hərbi gərginliyi ABŞ-ın maraqlarına uyğun gəlir və hərbi toqquşma ehtimalını artırır. Eləcə də İranın Ukraynaya cavab verməsi gözlənilən variantlardandır.

Əlbəttə ki, İran–Ukrayna qarşıdurmasının yalnız iki dövlət arasında qalacağını düşünmək düzgün olmaz. Bu proses Xəzər hövzəsinin təhlükəsizlik mühitinə, enerji infrastrukturuna və Xəzəryanı dövlətlərin maraqlarına birbaşa təsir göstərərək regional təhlükəsizlik baxımından yeni risklər yarada bilər.

Ukrayna–İran gərginləşməsində ABŞ amili də əsas təsiredici faktorlardan biridir. Vaşinqtonun həm Rusiyanın hərbi imkanlarını məhdudlaşdırmaq, həm də İranın regional təsir imkanlarını zəiflətmək siyasəti baxımından bu proses ABŞ-ın maraqlarını təmin edir.

Bu mümkün qarşıdurmanın Cənubi Qafqaza təsir ehtimalı da kifayət qədər yüksəkdir. İranın Zəngəzur dəhlizinə, TRIPP layihəsinə və regional enerji-logistika marşrutlarına münasibəti fonunda Azərbaycan və Türkiyə regionda gərginliyin genişlənməsinin qarşısını ala biləcək əsas siyasi aktorlar kimi çıxış edə bilərlər. Tehranın mövqeyinin Azərbaycan və Türkiyənin regional maraqlarına mane olmayacağı şərti də həlledici amildir.

Nəticə etibarilə, Ukrayna–İran gərginliyi nəzəri deyil, real geosiyasi ssenari təsiri bağışlayır. Lakin bunun yeni regional müharibəyə çevrilməməsi ABŞ–İran münasibətlərindən, eləcə də Azərbaycan və Türkiyənin maraqlarından və siyasi-diplomatik təsir imkanlarından asılı olacaq.

Əvvəlki Yazı

Zərdabda vətən müharibəsi Şəhidi Anar Məmmədzadənin doğum günü qeyd olunub- Fotolar

Növbəti Yazı

Ağdərədə mina partladı – 2 yaralı var

XƏBƏR LENTİ

ABŞ Ukrayna ilə Patriot üçün komponentlərin birgə istehsalına icazə verir – NATO-dakı daimi nümayəndəsi

ABŞ Ukrayna ilə Patriot üçün komponentlərin birgə istehsalına icazə verir – NATO-dakı daimi nümayəndəsi

03 Avqust 2026 / 19:23
4
Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Belıy Kolodez və Ustinovka üzərində nəzarəti bərqərar edib

Rusiya Silahlı Qüvvələri Xarkov vilayətində Belıy Kolodez və Ustinovka üzərində nəzarəti bərqərar edib

03 Avqust 2026 / 19:04
18
Qəzzada tibb böhranı dərinləşir: Xərçəng xəstələrinin müalicəsi risk altındadır

Qəzzada tibb böhranı dərinləşir: Xərçəng xəstələrinin müalicəsi risk altındadır

03 Avqust 2026 / 17:59
12
Dövlət Vergi Xidmətinin iki əməkdaşı rüsvət ittihami ilə həbs edildi

Dövlət Vergi Xidmətinin iki əməkdaşı rüsvət ittihami ilə həbs edildi

03 Avqust 2026 / 17:04
8
Ana dilinin işığında nağıl nağıl dünyasına səyahət -Fotolar

Ana dilinin işığında nağıl nağıl dünyasına səyahət -Fotolar

03 Avqust 2026 / 16:37
37
Dənizdə batan şəxslər AzTV-nin əməkdaşının bacı və qardaşlarıdir

Dənizdə batan şəxslər AzTV-nin əməkdaşının bacı və qardaşlarıdir

03 Avqust 2026 / 16:24
8
Türkiyədə 3 Azərbaycanli qaydaları pozdu-Polis xəbərdarlıq etdi

Türkiyədə 3 Azərbaycanli qaydaları pozdu-Polis xəbərdarlıq etdi

03 Avqust 2026 / 16:17
8
Prezident İlham Əliyev:”Azərbaycan tələb olunan həcmdə neft tədarük edə bilər”

Prezident İlham Əliyev dəyişikliyi təsdiqləndi

03 Avqust 2026 / 15:22
3
Qavkovski Zelenskinin Ukraynadakı Bandera tərəfdarlarını tərifləmək qərarını pisləyib

Qavkovski Zelenskinin Ukraynadakı Bandera tərəfdarlarını tərifləmək qərarını pisləyib

03 Avqust 2026 / 15:02
5
İran mətbuatı: MQ-9 tipli PUA Hörmüz boğazında vurulub

İran mətbuatı: MQ-9 tipli PUA Hörmüz boğazında vurulub

03 Avqust 2026 / 14:37
9
İsraili atəşkəsə baxmayaraq son 24 saatda 19 fələstinlini öldürüb

İsraili atəşkəsə baxmayaraq son 24 saatda 19 fələstinlini öldürüb

03 Avqust 2026 / 14:33
10
Belçikada həddindən artıq isti hava ilə əlaqədar narıncı xəbərdarlıq edilib

Belçikada həddindən artıq isti hava ilə əlaqədar narıncı xəbərdarlıq edilib

03 Avqust 2026 / 13:25
11
Puşilin ukraynalı yaraqlıların Slavyanskaya İES-i DXR ilə nəyə çevirdiyini söylədi

Puşilin ukraynalı yaraqlıların Slavyanskaya İES-i DXR ilə nəyə çevirdiyini söylədi

03 Avqust 2026 / 12:33
15
“The Daily Telegraph”-Britaniya iqtisadiyyatı İrana görə çökə bilər, 2027-ci ildə Londonu nə gözləyir

“The Daily Telegraph”-Britaniya iqtisadiyyatı İrana görə çökə bilər, 2027-ci ildə Londonu nə gözləyir

03 Avqust 2026 / 12:26
15
Prezident İlham Əliyev açılışda – Fotolar

Prezident İlham Əliyev açılışda – Fotolar

03 Avqust 2026 / 12:11
11
Yaponiyada baş verən 7,1 bal gücündə zəlzələdə ölənlərin sayı 38-ə yüksəlib

Yaponiyada baş verən 7,1 bal gücündə zəlzələdə ölənlərin sayı 38-ə yüksəlib

03 Avqust 2026 / 12:05
12
Tural İrfan:“Netanyahunun Məqsədi Sülh Deyil…”

Tural İrfan:“Ərəblər İttifaq Etməməyə İttifaq Ediblər”

03 Avqust 2026 / 11:57
61
Ağdərədə mina partladı – 2 yaralı var

Ağdərədə mina partladı – 2 yaralı var

03 Avqust 2026 / 11:46
10
Vüqar Dadaşov: “İslamın Nüfuzunu Zədələyən Əsas Amil Dinin Siyasiləşdirilməsidir”

Vüqar Dadaşov:İran-Ukrayna müharibəsi mümkündürmü və Cənubi Qafqaza hansı təsirləri ola bilər? Azərbaycanın mövqeyi necə ola bilər

03 Avqust 2026 / 11:28
71
Zərdabda vətən müharibəsi Şəhidi Anar Məmmədzadənin doğum günü qeyd olunub- Fotolar

Zərdabda vətən müharibəsi Şəhidi Anar Məmmədzadənin doğum günü qeyd olunub- Fotolar

03 Avqust 2026 / 11:13
118
Məhəmməd Əsədullazadə :“Moskva Təzyiq Siyasətini Sürdürür”

Məhəmməd Əsədullazadə:”ABŞ və İsrail İrana qarşı sarsıdıcı əməliyyata başlayır”

03 Avqust 2026 / 10:59
60
ABŞ-ın Vaşinqton ştatında baş verən meşə yanğınları səbəbindən 60 minə yaxın insan təxliyə edilib

ABŞ-ın Vaşinqton ştatında baş verən meşə yanğınları səbəbindən 60 minə yaxın insan təxliyə edilib

03 Avqust 2026 / 10:36
10
Astarada Qayınata gəlinini uşaqların gözü önündə döydü

Astarada Qayınata gəlinini uşaqların gözü önündə döydü

03 Avqust 2026 / 10:06
8
Moskvada gələn yeniyetmələr dənizdə faciəvi şəkildə öldülər

Moskvada gələn yeniyetmələr dənizdə faciəvi şəkildə öldülər

03 Avqust 2026 / 9:54
9
 İsrailin atəşkəs razılaşmasına hücumlarla cavabı: 3 gündə 30 ölü

 İsrailin atəşkəs razılaşmasına hücumlarla cavabı: 3 gündə 30 ölü

03 Avqust 2026 / 9:47
15
Trampın hücumların ləğv edildiyini açıqlamasından sonra İsrail hakimiyyəti “özlərini tərk edilmiş kimi hiss ediblər”.

Trampın hücumların ləğv edildiyini açıqlamasından sonra İsrail hakimiyyəti “özlərini tərk edilmiş kimi hiss ediblər”.

03 Avqust 2026 / 9:08
11
Tailandın Xarici İşlər Nazirliyi Pattayada iki rusun öldürülməsi ilə bağlı ölkənin imicinə zərbə vurduğunu etiraf edib

Tailandın Xarici İşlər Nazirliyi Pattayada iki rusun öldürülməsi ilə bağlı ölkənin imicinə zərbə vurduğunu etiraf edib

03 Avqust 2026 / 9:00
7
Makqreqor:ABŞ Kiyevi dəstəkləməyin mənasızlığından şokdadır

Makqreqor:ABŞ Kiyevi dəstəkləməyin mənasızlığından şokdadır

03 Avqust 2026 / 8:52
6
Əfqanlar Talibana qarşı “namaz zərbələri” tətbiq etməyə başladılar

Əfqanlar Talibana qarşı “namaz zərbələri” tətbiq etməyə başladılar

03 Avqust 2026 / 8:28
14
Tramp: Çox az sayda pilotsuz təyyarə qalıb. Onların çoxu qalmayıb

ABŞ-İran danışıqları bu gün yenidən başlayacaq

03 Avqust 2026 / 8:02
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.