Misirin İsmailiyyə şəhərində 5,3 bal gücündə zəlzələ baş verib. Zəlzələ Misirlə yanaşı İordaniya, Livan, Fələstin və İsraildə də hiss olunub.
Avropa.info xəbər verir ki, Fövqəladə Hallar və Fövqəladə Halların İdarə Olunması Rəyasət Heyətinin (AFAD) Zəlzələ ilə Mübarizə İdarəsinin saytında yer alan məlumata görə, saat 03:00-da 5,3 bal gücündə zəlzələ qeydə alınıb, episentri Misirin İsmailiyyə şəhəri olub.
Zəlzələnin 5,47 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Misir mətbuatında yer alan xəbərlərdə xüsusilə paytaxt Qahirə və ətraf şəhərlərdə hiss edilən zəlzələdə ilkin təsbitlərə görə heç bir mənfi təsirin yaşanmadığı bildirilib.
Zəlzələ Misirlə yanaşı İordaniya, Livan, Fələstin və İsraildə də hiss olunub.






























