Qaxda ölümlə nəticələnən qəzanın təfərrüatları məlum olub.
Avrop.info xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax rayonu ərazisində qeydə alınıb.
“Mercedes” və “Niva” markalı avtomobillər toqquşub. Nəticədə “Niva”da olan sərnişin, 12 yaşlı S.Babazadə (oğlan) ölüb. Həmin avtomobildə olan digər sərnişinlər 42 yaşlı Əzizə Babayeva, 5 yaşlı oğlan uşağı, sürücü 46 yaşlı Ruslan Babayev və “Mercedes”in sürücüsü, 33 yaşlı Mehman Rüstəmli xəsarət alib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.






























