Avropa.info xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 1-7 Avqust Dünya Ana Südü Həftəsi münasibəti ilə sosial media hesabında paylaşım edib.
Birinci xanım Ərdoğan, NSSocial hesabında etdiyi paylaşımda, “Ana südü körpənin həyatının ilk günlərindən sağlam böyüməsini və inkişafını dəstəkləyən, ana ilə körpə arasındakı bağı gücləndirən bənzərsiz bir möcüzədir. Hər damlasında şəfa, inam və sevgi var. Arzu edirəm ki, hər bir körpə ana südünün qoruyucu gücü ilə həyata başlasın və hər bir ana bu xüsusi bağdan tam zövq alsın”.





























