Küveyt ordusu hava hücumundan müdafiə sistemlərinin İranın pilotsuz uçuş aparatının (PUA) hücumlarına qarşı işə salındığını açıqlayıb.
Avropa.info xəbər verir ki, Küveyt ordusunun ABŞ mərkəzli X şirkətinin sosial media platformasındakı hesabından edilən şərhdə, “Küveytin hava hücumundan müdafiə sistemləri İranın hücumundan sonra düşmən İHA hücumlarına müqavimət göstərir”.
Açıqlamada, ölkədə eşidilə bilən partlayış səslərinin hava hücumundan müdafiə sistemlərinin düşmən hədəflərini blokadaya alması səbəbindən meydana gəldiyinə diqqət çəkilərək, “bütün vətəndaşlara səlahiyyətli orqanlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etmələri” ilə bağlı xəbərdarlıq edilib.
İran ABŞ-ın hücumlarına cavab olaraq Körfəz ölkələrinə raket və PUA-larla hücumlar edir





























