Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Çallı kəndindən keçən avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ-2106” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb.
lkin məlumata görə, qəza nəticəsində 4 nəfər xəsarət alıb. Yaralananlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






























