Rusiyanın Novosibirsk vilayətində, Karasuk şəhəri yaxınlığında 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Novosibirsk vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti TASS-a bildirib ki, heç bir dağıntı və ya itki olmayıb





























