Çin heç vaxt ABŞ-dəki prezident seçkilərinin nəticələrinə təsir göstərməyə cəhd etməyib və gələcəkdə də etmək niyyətində deyil.
Avrop.info-un Amerikanın “CBS News” telekanalına istinadən məlumatına görə, bunu Çinin Vaşinqtondakı Səfirliyi bildirib.
“Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”, – diplomatik missiya vurğulayıb.
Səfirlik ABŞ-dəki seçkilərinin ölkənin daxili işi olduğunu və nəticələrinin Amerika xalqı tərəfindən müəyyən edildiyini vurğulayıb. Diplomatlar Pekinin ABŞ-dəki prezident seçkilərinə təsir göstərdiyinə dair iddiaları rədd ediblər.
Ağ Ev rəhbəri Donald Tramp daha əvvəl iddia edib ki, Çin 2020-ci ildə təxminən 220 milyon amerikalı seçicinin məlumatlarına icazəsiz giriş əldə edib.






























