Xəbər verdiyimiz kimi, ABŞ-nin Ohayo ştatının Hamden qəsəbəsində eyni ailəyə mənsub 16 uşaq 12 kvadratmetrlik bir otaqda ağır antisanitar şəraitdə, bəziləri əl-qolu bağlı halda yaşayarkən aşkarlanıb.
Avropa.info xarici mediaya istinadən xəbər verir ki, məsələylə bağlı yeni detallar açıqlanıb.
Belə ki, hadisə ictimailəşəndən sonra sosial şəbəkələrdə uşaqların qəfəslərdə saxlanılması və ağızlarının skotçla bağlanması ilə bağlı iddialar yayılsa da, prokurorluq bu məlumatları təkzib edib.
Məlumata görə, faktla bağlı uşaqların valideynləri Harri və Kristina Sayders, həmçinin nənə Kristina Sayders və baba Harri Sayders saxlanılsa da, baba səhhətindəki ciddi problemlər səbəbindən sərbəst buraxılıb.
İstintaq zamanı məlum olub ki, ailə uzun illər tez-tez yaşayış yerini dəyişib və uşaqları dövlət qurumlarından gizlədib. Sənədləri rəsmiləşdirilməmiş uşaqlar məktəbə getməyib və demək olar ki, heç vaxt evdən çıxmayıblar.
Hazırda 16 uşağın hamısı Vinton dairəsinin Uşaqlara Xidmət Agentliyinin himayəsinə verilib.
Qeyd edək ki, uşaqlardan ən kiçiyi 18 aylıqdır. Onların 16-sı da 18 yaşdan aşağıdır.






























