Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə üzərində Ukraynaya məxsus 342 ədəd PUA vurub.
Avropa.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, PUA-lar Volqoqrad, Vladimir, Belqorod, Bryansk, Kaluqa, Kursk, Lipetsk, Oryol, Rostov, Ryazan, Tula, Moskva Krasnodar, Krım, Adıgey Respublikası, eləcə də Azov və Qara dəniz üzərində məhv edilib.




























