11 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Razı Nurullayev:”Gündəlik həyatda baş verə biləcək bəzi inzibati xətalar da insanın Rusiyada qalmaq hüququnu itirməsinə səbəb ola bilər”

İyul 11, 2026
Siyasət
A A

“Rusiyada miqrasiya qanunvericiliyinin ardıcıl şəkildə sərtləşdirilməsi göstərir ki, söhbət artıq müvəqqəti kampaniyadan yox, dövlət siyasətindən gedir; Dövlət Dumasının sədri Vyaçeslav Volodinin açıqladığı son dəyişikliklər də bu siyasətin davamıdır”.

Avropa.info xəbər verir ki, bunu Rusiyada əcnəbi miqrantlarla bağlı qəbul edilən yeni və sərt qanun dəyişikliklərini Sosdem.az-a şərh edərkən Milli Cəbhə Partiyasının (MCP) başqanı, deputat Razi Nurullayev deyib.

“Cəriməyə Deportasiya Da Əlavə Olunur”

Millət vəkili Moskvanın miqrasiya siyasətində daha sərt və nəzarətçi modelə keçdiyini, bunun soydaşlarımızın həyatına ciddi təsir göstərəcəyini diqqətə çatdırıb:

“Yeni qaydalara əsasən, inzibati xəta törədən əcnəbilərin deportasiya oluna biləcəyi halların sayı xeyli artırılır. Əgər əvvəllər bir çox hallarda məsələ cərimə ilə yekunlaşırdısa, indi həmin cəriməyə deportasiya da əlavə oluna bilər. Bu dəyişiklik ilk növbədə Rusiyada yaşayan və çalışan yüz minlərlə azərbaycanlını düşündürməlidir. Çünki artıq söhbət yalnız miqrasiya rejiminin kobud şəkildə pozulmasından getmir. Gündəlik həyatda baş verə biləcək bəzi inzibati xətalar da insanın Rusiyada qalmaq hüququnu itirməsinə səbəb ola bilər.

Bu isə həm həmin şəxsin, həm də onun ailəsinin həyatına ciddi təsir göstərəcək qərardır. Mən hesab edirəm ki, Rusiya bununla miqrasiya siyasətində yeni mərhələyə keçir. Moskva açıq şəkildə göstərir ki, ölkədə yaşayan əcnəbilərə münasibətdə daha sərt və daha nəzarətçi model seçib. Son bir ildə qəbul edilən digər qərarlar da bunu təsdiqləyir. Elektron nəzarət sistemlərinin genişləndirilməsi, miqrantların vahid reyestrə daxil edilməsi, qanun pozuntularına görə məsuliyyətin ağırlaşdırılması eyni siyasətin tərkib hissəsidir”.

“Xaricdə İşləməyə Məcburiyyəti Minimuma Endirmək…”

MCP lideri Rusiyadakı konsulluq və diaspor təşkilatlarının maarifləndirmə işini gücləndirməsinin vacibliyini vurğulamaqla yanaşı, problemin köklü həlli üçün daxili iqtisadi islahatların zəruriliyini qeyd edib:

“Azərbaycan üçün burada əsas məsələ vətəndaşlarımızın hüquqlarının qorunmasıdır. Rusiyada yaşayan soydaşlarımız yeni qaydalar barədə ətraflı məlumatlandırılmalıdır. Konsulluqlar və diaspor təşkilatları maarifləndirmə işini gücləndirməli, insanlar hansı halların deportasiya ilə nəticələnə biləcəyini dəqiq bilməlidirlər. Bəzən bir anlıq ehtiyatsızlıq illərlə qurulmuş həyatı alt-üst edə bilər. Bu hadisəyə daha geniş prizmadan da baxmaq lazımdır. Dünyada miqrasiya siyasəti getdikcə sərtləşir. Təkcə Rusiya deyil, bir çox ölkə xarici işçi qüvvəsinə münasibətdə daha ciddi qaydalar tətbiq edir.

Ona görə də Azərbaycan üçün ən düzgün yol öz vətəndaşlarının xaricdə işləməyə məcbur qalmasını minimuma endirməkdir. Bunun yolu isə ölkə daxilində daha çox iş yerlərinin yaradılmasından, sahibkarlığın inkişafından və insanların layiqli gəlir əldə edə bilməsindən keçir. Hər bir dövlət öz qanunlarını qəbul etməkdə suverendir və buna hörmətlə yanaşmaq lazımdır. Ancaq həmin qanunların bizim vətəndaşlara təsirini də düzgün qiymətləndirməliyik. Rusiyada yaşayan azərbaycanlılar bu gündən etibarən qanunlara əvvəlkindən də diqqətlə əməl etməlidirlər. Çünki artıq kiçik görünən bir inzibati xəta belə, insanın taleyini dəyişə biləcək hüquqi nəticələr doğura bilər”.

Əvvəlki Yazı

Monteneqrodakı qətlə görə Baş Prokurorluga edilən müraciət həll edilib

Növbəti Yazı

Ucarda 16 yaşlı yeniyetmə kanalda batıb

XƏBƏR LENTİ

Laçında Hoçaz Çayında  Açılışı onlayn olan SES-lərin – Foto və Video görüntüləri

Laçında Hoçaz Çayında Açılışı onlayn olan SES-lərin – Foto və Video görüntüləri

11 İyul 2026 / 17:27
5
Paşinyan keçmiş deputatları məhkəməyə verdi: Böyük miqdarda təzminat tələb etdi

Paşinyan keçmiş deputatları məhkəməyə verdi: Böyük miqdarda təzminat tələb etdi

11 İyul 2026 / 16:38
1
Atamın qisası alınacaq! – Xamenei hədələdi

Atamın qisası alınacaq! – Xamenei hədələdi

11 İyul 2026 / 16:32
1
“CNBC”:Trampın şəxsi sərvətinin 2025-ci il ərzində artması bütün Amerika rəhbərləri arasında misilsiz olub

Tramp:”Biz iş yerlərini məhv edən qaydaları ləğv edirik, yeni layihələrə yol açırıq”

11 İyul 2026 / 16:22
10
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

Azərbaycan diplomatiyasının uğur formulu: Səssizlik, lakin prinspiallılıq – TƏHLİL

11 İyul 2026 / 16:11
10
Ukraynadan yeni hədəf- Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı

Ukraynadan yeni hədəf- Rusiya gəmilərini vurdu, Kerç boğazı bağlandı

11 İyul 2026 / 16:10
2
Prezident İlham Əliyev Şuşada Qarabağ küçəsində… – Fotolar

Prezident İlham Əliyev Şuşada Qarabağ küçəsində… – Fotolar

11 İyul 2026 / 16:04
6
“Azərbaycanca-Norveçcə sözlük” yayınlandı – FOTO

“Azərbaycanca-Norveçcə sözlük” yayınlandı – FOTO

11 İyul 2026 / 16:00
4
Gənc istedadlar Beynəlxalq Qalereyada: Sənətin sirlərinə doğru maralıq SƏYAHƏT – FOTO

Gənc istedadlar Beynəlxalq Qalereyada: Sənətin sirlərinə doğru maralıq SƏYAHƏT – FOTO

11 İyul 2026 / 15:55
27
Prezident İlham Əliyev Laçında açılış etdi – Fotolar

Prezident İlham Əliyev Laçında açılış etdi – Fotolar

11 İyul 2026 / 11:19
7
Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoydu-Fotolar

Prezident İlham Əliyev Laçında “Həkəriçay” su anbarının təməlini qoydu-Fotolar

11 İyul 2026 / 10:59
9
Zakir Həsənov Türkiyədə səfərdədir – Fotolar

Zakir Həsənov Türkiyədə səfərdədir – Fotolar

11 İyul 2026 / 10:51
2
Biləsuvarda 45 yaşlı kişi kollektorda boğuldu

Ucarda 16 yaşlı yeniyetmə kanalda batıb

11 İyul 2026 / 10:47
2
Razı Nurullayev:”Gündəlik həyatda baş verə biləcək bəzi inzibati xətalar da insanın Rusiyada qalmaq hüququnu itirməsinə səbəb ola bilər”

Razı Nurullayev:”Gündəlik həyatda baş verə biləcək bəzi inzibati xətalar da insanın Rusiyada qalmaq hüququnu itirməsinə səbəb ola bilər”

11 İyul 2026 / 10:39
59
Azərbaycan beynəlxalq axtarışda olan 2 nəfəri Özbəkistana ekstradisiya etdi

Monteneqrodakı qətlə görə Baş Prokurorluga edilən müraciət həll edilib

11 İyul 2026 / 10:32
5
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Qazaxda Avtomobili qəzası baş verib-xəsarət alan var

11 İyul 2026 / 9:23
1
Fidan:“Rusiya ilə konstruktiv danışıqlar aparmaq lazımdır”

Fidan:“Rusiya ilə konstruktiv danışıqlar aparmaq lazımdır”

11 İyul 2026 / 9:12
3
İran nüvə obyektlərinin bərpasina başladı – Video

İran nüvə obyektlərinin bərpasina başladı – Video

11 İyul 2026 / 9:05
1
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsinə təyinat olub

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsinə təyinat olub

11 İyul 2026 / 8:36
6
Azərbaycanlini aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar-İstanbulda əməliyyat

Azərbaycanlini aldadıb 1,5 milyonluq qızılını əlindən aldılar-İstanbulda əməliyyat

11 İyul 2026 / 8:25
3
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski:”Rusiyanın hərbi potensialını daha da ciddi şəkildə zəiflətməyə çalışacaq”

11 İyul 2026 / 8:16
14
Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi-Video

Təyyarənin pəncərəsi sındı, sərnişin yıxılmaqdan son anda xilas edildi-Video

11 İyul 2026 / 6:24
17
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib

11 İyul 2026 / 0:17
2
“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyinin layihəsinin yekun tədbiri Ağsuda keçirilib – FOTO

11 İyul 2026 / 0:11
8
Biləsuvarda 45 yaşlı kişi kollektorda boğuldu

Biləsuvarda 45 yaşlı kişi kollektorda boğuldu

10 İyul 2026 / 21:39
1
Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib-Fotolar

Baş naziri Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirilib-Fotolar

10 İyul 2026 / 18:48
7
Azərbaycan beynəlxalq axtarışda olan 2 nəfəri Özbəkistana ekstradisiya etdi

Azərbaycan beynəlxalq axtarışda olan 2 nəfəri Özbəkistana ekstradisiya etdi

10 İyul 2026 / 18:40
15
Yasamalda partlayiş nəticəsində yaralanan daha iki nəfər vəfat etdi

Yasamalda partlayiş nəticəsində yaralanan daha iki nəfər vəfat etdi

10 İyul 2026 / 18:34
3
“Kitabxanada “yay” adlı tədbir keçirilib-Fotolar

“Kitabxanada yay” adlı tədbir keçirilib-Fotolar

10 İyul 2026 / 18:24
54
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Deputat Razi Nurullayev: “Problem ondadır ki, istehsalçı hər bir filial üçün ayrıca ödəniş etməyə məcbur qalır”

10 İyul 2026 / 17:31
48
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.