ABŞ qüvvələri SEPAH-a məxsus 60-dan çox katerə zərbə endirib

ABŞ Silahlı Qüvvələri İrana qarşı həyata keçirdiyi son əməliyyatlar zamanı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus 60-dan çox kateri hədəfə alıb.

Avropa.info xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.

Açıqlamada bildirilib ki, əməliyyat çərçivəsində İranın hava hücumundan müdafiə sistemləri, komanda məntəqələri, sahil radarları, gəmi əleyhinə raket sistemləri və SEPAH-a məxsus 60-dan çox kater vurulub.

“ABŞ qüvvələri İranın hava hücumundan müdafiə sistemlərinə, komanda məntəqələrinə, sahil radarlarına, gəmi əleyhinə raket komplekslərinə və SEPAH-a məxsus 60-dan çox katerə zərbələr endirib”, – deyə CENTCOM-un açıqlamasında qeyd olunub.

Qeyd edək ki, ABŞ İranın Hörmüz boğazında kommersiya gəmilərinə hücum etdiyini iddia edərək ölkəyə qarşı hərbi əməliyyatlara başladığını açıqlayıb. CENTCOM-un son məlumatına görə, əməliyyatlar zamanı ümumilikdə 80-dən çox hədəf vurulub.

XƏBƏR LENTİ