NBC:ABŞ-nın daha əvvəl İrana qarşı həyata keçirdiyi cavab zərbələrindən daha böyük miqyasda təşkil olunub

ABŞ-nin iyulun 8-nə keçən gecə İrana endirdiyi son zərbələr əvvəlki əməliyyatlarla müqayisədə daha genişmiqyaslı xarakter daşıyıb.

Avrop.info  xəbər verir ki, bu barədə “NBC News” ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, son hərbi əməliyyatlar ABŞ-nin daha əvvəl İrana qarşı həyata keçirdiyi cavab zərbələrindən daha böyük miqyasda təşkil olunub.

“ABŞ rəsmisi İrana qarşı endirilən hərbi zərbələri İslam Respublikasına qarşı əvvəlki cavab əməliyyatlarından daha genişmiqyaslı kimi xarakterizə edib”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hücum mərhələsinin başa çatdığını və əməliyyat zamanı 80-dən çox hədəfin vurulduğunu açıqlamışdı

XƏBƏR LENTİ