28 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Ağsu və İsmayıllıda heyvandarlığın inkişafına həsr olunmuş ictimai müzakirə keçirilib

İyun 21, 2026
Cəmiyyət
A A

İyunun 18-19-da “Quşçu” Heyvandarlıq İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Heyvandarlıq təsərrüfatlarında maarifləndirmə tədbirləri” layihəsi çərçivəsində Ağsu və İsmayıllı rayonlarında ictimai müzakirələr təşkil olunub.

Avropa.info xəbər verir ki, ictimai müzakirələrin əsas məqsədi heyvandarlıq sahəsində fəaliyyət göstərən fermerlərin üzləşdiyi problemlərin öyrənilməsi, mövcud imkanların qiymətləndirilməsi, maarifləndirmə işlərinin aparılması və bu sahənin inkişafı ilə bağlı təkliflərin müzakirəsi olub.

İlk tədbir iyunun 18-də Ağsu Rayon Şahmat Məktəbində keçirilib. Tədbirdə rayonun müxtəlif kənd və yaşayış məntəqələrində fəaliyyət göstərən fermerlər, heyvandarlıq təsərrüfatlarının rəhbərləri, aidiyyəti qurumların nümayəndələri və ictimaiyyət fəalları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, “Quşçu” Heyvandarlıq İctimai Birliyinin sədri Tahir Məmmədov layihənin məqsəd və istiqamətləri barədə məlumat verib. O bildirib ki, layihə çərçivəsində əsas diqqət heyvandarlıq təsərrüfatlarında çalışan şəxslərin maarifləndirilməsinə, onların qarşılaşdığı çətinliklərin müəyyən edilməsinə və bu məsələlərin həlli yollarının aidiyyəti qurumlarla birgə müzakirəsinə yönəlib.

Daha sonra layihə eksperti, baytar həkimi Eldəniz Məlikov məruzə ilə çıxış edərək heyvandarlıq sahəsində mövcud vəziyyət, təsərrüfatların inkişaf perspektivləri, baytarlıq xidmətlərinin düzgün təşkili, heyvan xəstəliklərinin qarşısının alınması və fermerlərin üzləşdiyi əsas problemlər barədə geniş məlumat verib.

Müzakirələr zamanı KOB Ağsu rayon təmsilçisi Abas Abasov, Ağsu rayon Ağsaqqallar Şurasının sədri Vaqif Nəzərov, Gəgəli kənd sakini, fermer Əli Abışov və digər fermer təsərrüfatlarının rəhbərləri çıxış edərək yem təminatı, otlaq sahələrindən səmərəli istifadə, təsərrüfatların inkişafı və dövlət dəstəyi imkanları ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Ağsu Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ümid Cavid tədbirdə qaldırılan məsələlərlə bağlı fikirlərini bölüşüb. O, layihəni yüksək qiymətləndirərək heyvandarlıq sahəsində fermerlərlə əməkdaşlığın və maarifləndirmə işlərinin aparlmasının vacibliyini qeyd edib.

Layihə çərçivəsində növbəti ictimai müzakirə iyunun 19-da İsmayıllı rayonunda keçirilib. DAİM-in iclas zalında təşkil olunan görüşdə fermerlər, təsərrüfat rəhbərləri və yerli icma nümayəndələri iştirak ediblər.

İsmayıllıda keçirilən tədbirdə də layihə rəhbəri Tahir Məmmədov heyvandarlıq sahəsində maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb, həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə məlumat verib.

Layihə eksperti Eldəniz Məlikov isə rayon üzrə heyvandarlığın mövcud vəziyyəti, məhsuldarlığın artırılması yolları, müasir təsərrüfat idarəçiliyi, baytarlıq xidmətlərinin təşkili və fermerlərin qarşılaşdığı çətinliklərlə bağlı təqdimatla çıxış edib.

Müzakirələr zamanı fermerlərdən Elsevər Əzizov, Cavid Süleymanov və digər təsərrüfat rəhbərləri sahədə mövcud problemləri diqqətə çatdırıb, inkişaf imkanları ilə bağlı təklif və tövsiyələrini bölüşüblər.

Sonda iştirakçıların sualları cavablandırılıb, heyvandarlıq sektorunda mövcud problemlərin həlli istiqamətində geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, görüşlər zamanı səsləndirilən təklif və rəylər ümumiləşdirilərək aidiyyəti qurumlara təqdim olunacaq.




Əvvəlki Yazı

ATV-nin qadınların pensiya yaşı ilə bağlı verdiyi süjet saxtadır… – Deputat

Növbəti Yazı

İsmayılıda “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib – FOTOLAR

XƏBƏR LENTİ

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxanların sayı 8 mini keçib

28 Sentyabr 2026 / 16:05
12
Tanınmış Jurnalist Əvəz Zeynallı vəfat etdi

Tanınmış Jurnalist Əvəz Zeynallı vəfat etdi

28 Sentyabr 2026 / 15:57
18
20 yaşlı Rusiya  23 yaşlı Azərbaycan vətəndaşlari Antalyada faciəvi şəkildə öldülər – Video

20 yaşlı Rusiya 23 yaşlı Azərbaycan vətəndaşlari Antalyada faciəvi şəkildə öldülər – Video

28 Sentyabr 2026 / 15:53
5
Baş Prokuror Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi – Video – Foto

Baş Prokuror Kamran Əliyev ali xüsusi və ali hərbi rütbələri təqdim etdi – Video – Foto

28 Sentyabr 2026 / 12:33
4
OpenAI ABŞ hökumət saytlarına sızan yeni modellərin təlimini dayandırır

OpenAI ABŞ hökumət saytlarına sızan yeni modellərin təlimini dayandırır

28 Sentyabr 2026 / 10:07
1
İngiltərədə terror hücumu cəhdi: Son vəziyyət necədir?

İngiltərədə terror hücumu cəhdi: Son vəziyyət necədir?

28 Sentyabr 2026 / 9:59
3
İsveçrə seçiciləri NATO əməkdaşlığını məhdudlaşdıran daha sərt neytrallıq qaydalarını rədd edirlər

İsveçrə seçiciləri NATO əməkdaşlığını məhdudlaşdıran daha sərt neytrallıq qaydalarını rədd edirlər

28 Sentyabr 2026 / 9:54
7
Tural İrfan:“Hesab edirəm ki, bu proseslərdə müəyyən xarici təsirlərin də rolu var”

Tural İrfan:”İsrail Türk Dövlətləri Təşkilatının güclənməsini istəmir və bu birliyi dağıtmağı hədəfləyir”

28 Sentyabr 2026 / 9:49
73
Rəsul Quliyevin qızı:”Allah bilən məsləhətdir, Qismət olsa, Azərbaycana gələr”

Rəsul Quliyevin qızı:”Allah bilən məsləhətdir, Qismət olsa, Azərbaycana gələr”

28 Sentyabr 2026 / 9:43
7
Həkimləri çağırışa çatdırdi, özü isə sükan arxasında vəfat etdi

Həkimləri çağırışa çatdırdi, özü isə sükan arxasında vəfat etdi

28 Sentyabr 2026 / 9:37
16
Zelenski: Bu qışı Rusiya üçün çətinləşdirməkdən başqa çarəmiz olmayacaq

Seul Şimali Koreya hərbi əsirlərinin Cənubi Koreyaya köçürülməsi ilə bağlı məlumatı açıqladığı üçün Kiyevdən üzr istəməsini tələb edir

28 Sentyabr 2026 / 9:09
3
Serbiya prezidenti Vuçiç istefa verdiyini açıqlayıb, lakin baş nazir olmağa ümid edir

Serbiya prezidenti Vuçiç istefa verdiyini açıqlayıb, lakin baş nazir olmağa ümid edir

28 Sentyabr 2026 / 8:59
2
Ukrayna qışa hazır deyil: qaz ehtiyatları kəskin şəkildə çatışmır

Ukrayna qışa hazır deyil: qaz ehtiyatları kəskin şəkildə çatışmır

28 Sentyabr 2026 / 8:51
8
WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır

WSJ: ABŞ Çinə silah satmağı planlaşdırmır

28 Sentyabr 2026 / 8:42
6
Fransa Usmanova qarşı sanksiyaların ləğvi ilə bağlı özünü izah etməli oldu: Xarici İşlər Naziri Barrotun dediyi

Fransa Usmanova qarşı sanksiyaların ləğvi ilə bağlı özünü izah etməli oldu: Xarici İşlər Naziri Barrotun dediyi

28 Sentyabr 2026 / 8:30
10
NBC: İranın gəmiyə hücumu nəticəsində yeddi əsgər və ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti yaralanıb

NBC: İranın gəmiyə hücumu nəticəsində yeddi əsgər və ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti yaralanıb

28 Sentyabr 2026 / 8:21
14
Türkiyənin rəqibi İtaliya: Mübarizə saat 21.45-də başlayacaq

Türkiyənin rəqibi İtaliya: Mübarizə saat 21.45-də başlayacaq

28 Sentyabr 2026 / 8:05
4
İsrailin ifrat sağçı naziri Ben-Qvir fələstinli məhbuslar üçün “edam” vəd edir

İsrailin ifrat sağçı naziri Ben-Qvir fələstinli məhbuslar üçün “edam” vəd edir

28 Sentyabr 2026 / 7:54
20
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev:”Kənd sakinlərinin gəlir imkanları, məşğulluğu və xidmətlərə çıxışı şəhərlə eyni deyil”

28 Sentyabr 2026 / 7:26
86
Xəbərdarlıq “Serblər Srebrenitsa Memorial Mərkəzinə basqın edə bilər”

Xəbərdarlıq “Serblər Srebrenitsa Memorial Mərkəzinə basqın edə bilər”

28 Sentyabr 2026 / 7:19
18
Qazaxıstan prezidenti Tokayevin hərbi islahat göstərişi

Qazaxıstan prezidenti Tokayevin hərbi islahat göstərişi

28 Sentyabr 2026 / 7:11
14
Baş Nazir Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Baş Nazir Meloni Prezident İlham Əliyevə təşəkkür edib

28 Sentyabr 2026 / 6:59
8
ABŞ prezidenti Tramp blokadanın çox təsirli olduğunu müdafiə etdi: Biz İrana çox sərt dərs verdik

Tramp: Mən İranla daha çox danışıqlar gözləyirəm

27 Sentyabr 2026 / 20:24
7
Məhəmməd Əsədullazadə:“Türkiyə Ordusu Qüdsə Daxil Olacaq”

Məhəmməd Əsədullazadə:”Ermənistanın vətəndaş cəmiyyəti strukturlarında hələ də revanşizm meylləri qalmaqdadır”

27 Sentyabr 2026 / 20:20
50
Vüqar Dadaşov:“İranda Sistem Dəyişərsə, Məkkə Sazişinə Qoşula Bilər”

Vüqar Dadaşov:”Azərbaycan xalqının milli xarakterində dostu dost, düşməni düşmən kimi qəbul etməkdir”

27 Sentyabr 2026 / 20:02
78
Milli Cəbhə Partiyası Hərbi Memorial Məzarlığı ziyarət edib-Fotolar

Milli Cəbhə Partiyası Hərbi Memorial Məzarlığı ziyarət edib-Fotolar

27 Sentyabr 2026 / 16:27
60
Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib-Fotolar

Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib-Fotolar

27 Sentyabr 2026 / 14:36
71
Xankəndidə Şəhərində Zəfər parkına yürüş – Fotolar

Xankəndidə Şəhərində Zəfər parkına yürüş – Fotolar

27 Sentyabr 2026 / 14:03
19
Vətən Müharibəsinin QƏHRƏMANLARI: 27 sentyabr Azərbaycanda Anım Günüdür

Klassik Xalq Cəbhəsi Partiyası 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yaydı

27 Sentyabr 2026 / 0:44
7
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev: “Tıxaclarda itirdiyimiz sadəcə vaxt deyil, ömrümüzdür”

26 Sentyabr 2026 / 8:45
21
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.