27 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

İsmayılıda “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi çərçivəsində ictimai müzakirə keçirilib – FOTOLAR

İyun 21, 2026
Cəmiyyət
A A

İyunun 19-da İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin konfrans zalında Media və Mülki Cəmiyyət İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Sabitlik adası: tolerant və multikultural Azərbaycan” layihəsi  çərçivəsində ictimai müzakirə təşkil olunub.

Avropa.info-nun məlumatına görə, tədbiri giriş sözü ilə açan kollecin direktor müavini Vüqar Mikayıllı iştirakçıları salamlayaraq qeyd edib ki, belə aktual və mühüm mövzuya həsr olunan tədbirin İsmayıllıda keçirilməsi xüsusi əhəmiyyət daşıyır. O, bu cür görüşlərin cəmiyyətdə maarifləndirmə işinin gücləndirilməsi və dəyərlərin təbliği baxımından vacib olduğunu vurğulayıb.

Daha sonra Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, layihə rəhbəri Xanoğlan Əhmədov çıxış edərək layihənin məqsəd və əsas istiqamətləri barədə iştirakçılara məlumat verib. O bildirib ki, bu kimi təşəbbüslər cəmiyyətdə qarşılıqlı anlaşma, hörmət və tolerantlıq mühitinin möhkəmlənməsinə, müxtəlif sosial qruplar arasında sağlam dialoqun və əməkdaşlıq münasibətlərinin inkişafına mühüm töhfə verir.

Tədbirdə ilahiyyatçı, jurnalist-publisist Rəsul Mirhəşimli mövzu ilə bağlı məruzə ilə çıxış edib. Məruzəçi vurğulayıb ki, müasir dünyada fərqli dinlərin və inancların nümayəndələrinin birgə yaşaması cəmiyyətlərin inkişaf səviyyəsini göstərən mühüm göstəricilərdən hesab edilir. Müxtəlif dini baxışların mövcudluğu yalnız mənəvi həyatın zənginliyini deyil, həm də insanların qarşılıqlı münasibətlərinin formalaşmasına təsir edən vacib amillərdən biridir. Azərbaycan da müxtəlif dini ənənələrin əsrlər boyu qorunub saxlandığı və bu ənənələrin ictimai həyatın ayrılmaz hissəsinə çevrildiyi ölkələrdən biridir: “Azərbaycan ərazisi qədim dövrlərdən etibarən müxtəlif sivilizasiyaların təsir dairəsində olub. Ölkəmiz fərqli dinlərin və mədəniyyətlərin birgə və qarşılıqlı anlaşma şəraitində yaşaması ilə dünyada seçilən ölkədir. Cəmiyyətin fərdləri milli bayramımız olan Novruz bayramını birgə qeyd edir, dini bayramlarımızda bir-birilərini təbrik etməkdə özlərini mənəvi baxımdan borclu hesab edir, xristianlıq dininin nümayəndələrini keçirdikləri Pasxa bayramı isə həm dövlət səviyyəsində, həm də xalqımızın nümayəndələri tərəfindən təbrik edilir.

Artıq bir neçə gündür hicri-qəməri təqvimi ilə yeni ilin ilk ayı olan Mərhərrəm ayı başlayıb. Məhərrəm ayı İslam tarixində yaşanan ən böyük faciənin yaşandığı hadisə kimi tarixə düşüb. Azərbaycan müsəlmanları şəhidlik məktəbi sayılan Kərbəla faciəsini min illərdir hüznlə yad edir, Hz.Hüseyn (ə) və əqidədaşlarının mübarizəsini sevgi ilə yaşadır. Fərqli məzhəb və dinlərin nümayəndələri bu faciəyə həssaslıqla yanaşır, şənliklərin keçirilməsini məhərrəmlik mərasimi bitənədək təxirə salır.

Cəmiyyətin sağlam inkişafı üçün insanların bir-birinin mənəvi seçimlərinə hörmətlə yanaşması böyük əhəmiyyət daşıyır. Müxtəlif dini mənsubiyyətə malik şəxslərin gündəlik həyatda əməkdaşlıq etməsi, eyni sosial mühitdə fəaliyyət göstərməsi və ümumi məqsədlər naminə birlik nümayiş etdirməsi ictimai münasibətləri daha möhkəm edir. Belə mühitdə fərqlər ayrı-seçkilik səbəbinə deyil, qarşılıqlı öyrənmə imkanına çevrilir.

Dini müxtəlifliyin düzgün anlaşılması üçün maarifləndirmə xüsusi əhəmiyyət kəsb edir. Təhsil müəssisələrində fərqli mədəniyyətlər və inanclar haqqında obyektiv biliklərin verilməsi gənc nəslin daha açıq düşüncəli formalaşmasına kömək edir. İnsanlar müxtəlif dini ənənələr haqqında məlumat əldə etdikcə stereotiplər azalır və qarşılıqlı etimad güclənir”.

Layihənin eksperti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Qədim Qubadov çıxışında Azərbaycanda tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələrinin qorunmasının əhəmiyyətindən danışıb. O bildirib ki, əsrlər boyu müxtəlif xalqların və dini icmaların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı Azərbaycan bu gün də öz multikultural dəyərləri ilə seçilir və dünyaya nümunə olan birgəyaşayış modelini uğurla davam etdirir.

Q.Qubadov qeyd edib ki, İsmayıllı rayonu Azərbaycanın etnik və dini müxtəlifliyin qarşılıqlı hörmət əsasında qorunduğu bölgələrindən biridir. O vurğulayıb ki, rayonda azərbaycanlılarla yanaşı, digər xalqların nümayəndələri uzun illərdir mehriban münasibətlər və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. İsmayıllıda mövcud olan dini icmalar, tarixi abidələr və milli-mədəni irs nümunələri ölkəmizin tolerantlıq ənənələrinin mühüm göstəricilərindəndir.

Ekspert diqqətə çatdırıb ki, Azərbaycanda dövlət səviyyəsində multikultural dəyərlərə, dini etiqad azadlığına və milli azlıqların hüquqlarına göstərilən diqqət cəmiyyətdə sabitliyin, həmrəyliyin və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir. Onun sözlərinə görə, bu dəyərlərin xüsusilə gənc nəslə çatdırılması və təbliği Azərbaycanın zəngin multikultural irsinin gələcək nəsillər tərəfindən qorunub yaşadılmasında mühüm əhəmiyyət daşıyır.

Tədbirdə digər çıxış edənlər layihənin cəmiyyətdə maarifləndirmə baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. Onlar bildiriblər ki, Azərbaycanda müxtəlif xalqların və dini icmaların əsrlər boyu sülh və qarşılıqlı hörmət şəraitində yaşaması ölkəmizin zəngin multikultural ənənələrinin göstəricisidir.

Çıxışlarda vurğulanıb ki, tolerantlıq və milli-mənəvi dəyərlərin qorunması cəmiyyətin sabitliyinin əsas amillərindən biridir. İsmayıllı rayonunda da müxtəlif mədəniyyətlərin və adət-ənənələrin qarşılıqlı hörmət şəraitində yaşadıldığı qeyd olunaraq, bu mühitin gənc nəslə nümunə kimi çatdırılmasının vacibliyi diqqətə çatdırılıb.

İştirakçılar belə layihələrin cəmiyyətdə dialoqun, həmrəyliyin və qarşılıqlı anlaşmanın daha da güclənməsinə xidmət etdiyini bildiriblər.




Əvvəlki Yazı

Ağsu və İsmayıllıda heyvandarlığın inkişafına həsr olunmuş ictimai müzakirə keçirilib

Növbəti Yazı

Türkmənistan Prezidenti Azərbaycana gəldi

XƏBƏR LENTİ

Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib-Fotolar

Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü” ilə əlaqədar silsilə tədbirlər keçirilib-Fotolar

27 Sentyabr 2026 / 14:36
64
Xankəndidə Şəhərində Zəfər parkına yürüş – Fotolar

Xankəndidə Şəhərində Zəfər parkına yürüş – Fotolar

27 Sentyabr 2026 / 14:03
19
Vətən Müharibəsinin QƏHRƏMANLARI: 27 sentyabr Azərbaycanda Anım Günüdür

Klassik Xalq Cəbhəsi Partiyası 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yaydı

27 Sentyabr 2026 / 0:44
5
Razı Nurullayev:“Sülhün davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir”

Razi Nurullayev: “Tıxaclarda itirdiyimiz sadəcə vaxt deyil, ömrümüzdür”

26 Sentyabr 2026 / 8:45
18
İran: ABŞ Hörmüz boğazında təhlükəsizliyə görə məsuliyyət daşıyır

İran: ABŞ Hörmüz boğazında təhlükəsizliyə görə məsuliyyət daşıyır

25 Sentyabr 2026 / 17:06
8
Unudulmaz qəhrəmanlar – Əbədi Xatirələr-Fotolar

Unudulmaz qəhrəmanlar – Əbədi Xatirələr-Fotolar

25 Sentyabr 2026 / 16:54
58
İrlandiyanın baş naziri Martin: Qəzza ilə bağlı bütün faktlar üzə çıxanda dünya utanacaq

İrlandiyanın baş naziri Martin: Qəzza ilə bağlı bütün faktlar üzə çıxanda dünya utanacaq

25 Sentyabr 2026 / 14:59
8
Zelenski: Bu qışı Rusiya üçün çətinləşdirməkdən başqa çarəmiz olmayacaq

Zelenski: Səhər saatlarından ümumilikdə 8 bölgə hücuma məruz qalıb

25 Sentyabr 2026 / 14:48
5
Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəzada ölən şəxs hərbçi imiş 

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən qəzada ölən şəxs hərbçi imiş 

25 Sentyabr 2026 / 14:21
18
İran Britaniyaya: İşğalçı və terrorçu rejimin qurulmasındakı rolunuza görə cavab verməlisiniz

İran Britaniyaya: İşğalçı və terrorçu rejimin qurulmasındakı rolunuza görə cavab verməlisiniz

25 Sentyabr 2026 / 14:04
23
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

İsraildə keçirilən sorğuya görə,  Netanyahu bloku parlamentdə 49 yerə düşüb

25 Sentyabr 2026 / 14:00
21
Almaniyada münaqişə zamanı hadisə yerindən qaçan iki qadın polis vəzifəsindən uzaqlaşdırılıb

Almaniyada münaqişə zamanı hadisə yerindən qaçan iki qadın polis vəzifəsindən uzaqlaşdırılıb

25 Sentyabr 2026 / 13:57
13
Prezident İlham Əliyev: “Cənubi Qafqazda bərqərar olan sülh investisiyalar üçün yeni imkanlar yaradır”

Prezident İlham Əliyev: “Cənubi Qafqazda bərqərar olan sülh investisiyalar üçün yeni imkanlar yaradır”

25 Sentyabr 2026 / 13:51
6
Şuşada mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

Şuşada mina və partlamamış hərbi sursat təhlükəsinə dair maarifləndirmə tədbiri keçirilib

25 Sentyabr 2026 / 13:48
8
Ehtiram Mehtiyev:”Ermənistan Azərbaycan ərazisindəki bəzi abidələri öz tarixi irsi kimi təqdim etməyə çalışır”

Ehtiram Mehtiyev:”Siyasi partiyalar və vətəndaş cəmiyyəti də görməli, müzakirə etmeli və öz təkliflərini ortaya qoymalıdır”

25 Sentyabr 2026 / 13:36
74
Bu şəxslər üçün avtobus və metro pulsuz olacaq

Bu şəxslər üçün avtobus və metro pulsuz olacaq

25 Sentyabr 2026 / 9:51
11
Milli Cəbhə Partiyasının 27 Sentyabr – Anım Günü Bəyanati

Milli Cəbhə Partiyasının 27 Sentyabr – Anım Günü Bəyanati

25 Sentyabr 2026 / 9:42
126
Polşada Ukrayna vətəndaşı keşişi bıçaqla öldürüb. Bu cinayəti Tusk və Zelenski pisləyib

Polşada Ukrayna vətəndaşı keşişi bıçaqla öldürüb. Bu cinayəti Tusk və Zelenski pisləyib

25 Sentyabr 2026 / 9:39
1
Rusiyada İHA hücumu nəticəsində sərnişin qatarı zədələnib

Rusiyada İHA hücumu nəticəsində sərnişin qatarı zədələnib

25 Sentyabr 2026 / 9:31
17
Bilgəh Sağlamlıq Mərkəzində dişini çəkdirən qadın vəfat edib-Video

Bilgəh Sağlamlıq Mərkəzində dişini çəkdirən qadın vəfat edib-Video

25 Sentyabr 2026 / 9:19
3
Kanadada gündəm: ABŞ-ın işğalı halında fövqəladə plan

Kanadada gündəm: ABŞ-ın işğalı halında fövqəladə plan

25 Sentyabr 2026 / 9:11
19
Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu-Yorkda görüşüblər- Fotolar

Ceyhun Bayramovla Ararat Mirzoyan Nyu-Yorkda görüşüblər- Fotolar

25 Sentyabr 2026 / 9:01
14
İlk körpə 30 ildən çox sonra bu adada dünyaya gəlib

İlk körpə 30 ildən çox sonra bu adada dünyaya gəlib

25 Sentyabr 2026 / 8:55
3
Netanyahu onu “müharibə cinayətkarı” adlandıran Mamdanini hədələyib

HƏMAS: Netanyahunun BMT-dəki çıxışı boş və yalanlarla dolu idi

25 Sentyabr 2026 / 8:47
13
CNN, Politico və MS NOW-dan iddia: Ağ Evin qadağanı məhkəməyə verilir

Ağ Evlə jurnalistlər arasında olan böhranin son vəziyyəti

25 Sentyabr 2026 / 8:38
5
Danimarka kəşfiyyatından xəbərdarlıq: Rusiya aylar ərzində NATO ölkəsinə hücum edə bilər

Danimarka kəşfiyyatından xəbərdarlıq: Rusiya aylar ərzində NATO ölkəsinə hücum edə bilər

25 Sentyabr 2026 / 8:32
18
Kolumbiya İranla diplomatik əlaqələri kəsib

Kolumbiya İranla diplomatik əlaqələri kəsib

25 Sentyabr 2026 / 8:25
13
Paşinyan: “Ermənistan-Azərbaycan sülhü möhkəmləndirilməli və institutlaşdırılmalıdır

Paşinyan: “Ermənistan-Azərbaycan sülhü möhkəmləndirilməli və institutlaşdırılmalıdır

25 Sentyabr 2026 / 8:06
9
Tıxac “Formula-1”lik deyil, bu, Bakının böyük problemdir

Formula 1 Azərbaycan Qran-Prisinin ikinci günü başlayır

25 Sentyabr 2026 / 7:51
20
Pezeşkian: ABŞ və İsrail məktəblərimizi vurdular

Pezeşkian deyib ki, onlar ABŞ-la “razılaşmaya hazırdırlar”

25 Sentyabr 2026 / 7:48
17
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.