Jurnalistlər ABŞ-ın Çinə silah satışı ilə bağlı şayiələri yoxlayıblar.
Vaşinqton Pekinə silah vermək niyyətində deyil. Bu məlumatı “The Wall Street Journal” Amerika hakimiyyətinin nümayəndələrinə istinadən yayıb.
Avropa.info xəbər verir ki, bir gün əvvəl ABŞ-ın Çindəki səfiri David Perdue Fox News telekanalında qeyd edib ki, Donald Tramp Si Cinpindən Çinin Amerika silahlarını almaqda maraqlı olub-olmadığını soruşub.
The Wall Street Journal-a verdiyi şərhdə Amerika administrasiyasının rəsmisi Çinə silah satmaq planının olmadığını bildirib. Başqa bir yüksək səviyyəli mənbə əlavə etdi ki, bu cür əməliyyatlar artıq ABŞ qanunları ilə qadağandır.
Mümkün silah satışı ətrafında vəziyyət Tayvan məsələsi ilə sıx bağlıdır. Pekin Tayvanı Çin Xalq Respublikasının əyaləti hesab edir. Taypey bu iddiaları rədd edir. Tayvanın müstəqilliyini dünyada cəmi 12 ölkə tanıyır. Birləşmiş Ştatlar onlardan biri deyil və rəsmi olaraq “vahid Çin” siyasətini dəstəkləyir. Bundan əvvəl Si Vaşinqtonun Tayvanın müstəqillik istəyinə qarşı çıxacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ bu məsələyə diqqətlə yanaşmalıdır.






























