Rusiya prezidenti Vladimir Putin Rusiya ordusundakı şəxsi heyətin sayını 2 milyon 441 min 630 nəfərə çatdıran fərman imzalayıb.
Avropa.info xəbər verir ki, Rusiya Dövlət Hüquq İnformasiya Sistemində dərc olunan fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1 milyon 550 min 500 əsgər olmaqla 2 milyon 441 min 630 nəfər olaraq müəyyən edilib.
Sözügedən qərar imzalandığı andan qüvvəyə minib.
Beləliklə, Rusiya ordusundakı əsgərlərin sayı 15 min 500 nəfər artdı.
Putin 2026-cı ilin iyulunda imzaladığı fərmanla Rusiya ordusundakı şəxsi heyətin sayını 1 milyon 535 mini əsgər olmaqla 2 milyon 426 min 130-a çatdırıb. Sözügedən qərar avqustun 1-dən qüvvəyə minib.
Ötən ilin sonunda Putin Ukraynadakı müharibədə 700 mindən çox əsgərin xidmət etdiyini açıqlamışdı. Rusiya ordusunun Ukraynada döyüşmək üçün müqaviləli və könüllü əsgərləri də var.






























