İranın Hörmüz boğazında gəmiyə raket hücumu nəticəsində 8 ABŞ hərbçisi yaralanıb.
İranın Hörmüz boğazında gəmiyə raket hücumu nəticəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin 8 dəniz piyadası yaralanıb.
Avropa.info xəbər verir ki, hadisə iki həftə əvvəl baş verib.
Bildirilir ki, həlak olanlar arasında bir zabit, digər yeddi nəfər isə sıravi dəniz piyadalarıdır. Onların heç biri ciddi xəsarət almayıb.
“Dəniz piyadaları ciddi xəsarət almayıblar, lakin tüstüdən inhalyasiyaya məruz qalıblar və baş ağrısı kimi beyin sarsıntısı simptomları keçirdikləri üçün mümkün travmatik beyin xəsarətləri alıblar”, – bəyanatda deyilir.
Bundan əvvəl Hörmüz boğazında ticarət gəmisi hücuma məruz qalmışdı. Gəmiyə mərmi düşüb və yanğın başlayıb. Ekipaj təxliyə edilib, iki nəfər yaralanıb.
Bu arada İranın Fars agentliyi xəbər verir ki, ötən gecə Hörmüz boğazında yerləşən 7 gəmiyə zərbələr endirilib. Ötən gecə daha 12 gəmiyə hücum edilib. Məlumatda insidentlərin digər təfərrüatları, o cümlədən mümkün dağıntılar və tələfatlar barədə məlumat verilmir.




























