17 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Cəmiyyət

Səngərdə yazılan gənclik: Şəhid Mehman Ağayarovun qəhrəmanlıq yolu

Fevral 20, 2026
Cəmiyyət, Manşet
A A

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən igid oğulların hər biri xalqımızın yaddaşına əbədi həkk olunub. Onların sırasında 19 fevral 1992-ci ildə şəhidlik zirvəsinə ucalan Mehman Museyib oğlu Ağayarov da xüsusi yer tutur. O, ömrünün ən gözəl çağında torpağın harayı, Vətənin çağırışı ilə silaha sarılan, həyatını millətinin gələcəyinə qurban verən qəhrəman gənclərdən biri idi.

Mehman Ağayarov Zəngəzur mahalının qədim yurd yerlərindən olan Şurnuxu kəndinin yetirməsi idi. Bu torpaqlar əsrlər boyu mərd, zəhmətkeş, vətənə bağlı insanlar yetişdirib. Mehman da belə bir mühitdə böyümüş, halal zəhmətin, torpaq sevgisinin, milli dəyərlərin nə demək olduğunu hələ uşaq yaşlarından dərk etmişdi. Məktəbdə çalışqan, dostları arasında səmimi və qayğıkeş kimi tanınırdı. Onu tanıyanlar deyirdi ki, Mehmanın baxışlarında həmişə qəribə bir ciddilik, içində isə böyük bir mərdlik var idi.

Mənfur düşmənlərimizin məkrli fitnəkarlıqları baş qaldıranda Mehman hələ 8-ci sinifdə oxuyurdu. Uşaqlıq illərinin saf arzuları ilk dəfə həmin günlərdə sarsıldı. Silah səsi, qorxu və nigarançılıq onun yarımçıq qalan xəyallarına qarışdı. Məlum səbəblərdən ailə doğma ocağını tərk etməyə məcbur qald . Yol onları qonşu Qubadlı rayonuna gətirdi. Niyə məhz Qubadlı? Çünki ora doğma yurda ən yaxın nəfəs idi. Torpaq torpağa bitişik olur – Qubadlının torpağı Gorusun torpağına söykənirdi. Eyni dağların kölgəsi, eyni yelin səsi, eyni Vətən qoxusu vardı bu torpaqlarda. Bənzəri olmasa da, ruhu eyni idi.

Mehmanın ailəsi və onun kimi minlərlə məcburi köçkün Vətəndən uzaq düşməmək üçün Vətənə ən yaxın yeri özlərinə sığınacaq seçdilər. Onlar torpaqdan yox, torpaq onlardan ayrı düşmüşdü. Bu hicran Mehmanın qəlbində dərin iz buraxdı, onu tez böyütdü, səssizcə döyüşə hazırladı.

Pənah gətirdikləri Qubadlı rayonunda Mehmanın ailəsi qısa zamanda zəhməti, halallığı və mərdliyi ilə özlərinə məxsus hörmət qazandı. Köçkün olsalar da, bu torpaqda yad olmadılar – çünki Vətən harada idisə, onlar da orada idilər.

Mehman Qubadlı şəhərində 1 saylı Q. İlyasov adına orta məktəbdə təhsilini başa vurdu. Məktəb illərində də səmimiyyəti, məsuliyyəti və sədaqəti ilə seçildi. Onun davranışında artıq bir əsgər duruşu, bir Vətən övladı qüruru hiss olunurdu.

Təhsilini tamamladıqdan sonra Mehman tərəddüd etmədən Sovet Ordusu sıralarında hərbi xidmətə yollandı. Bu yol onun üçün sadəcə əsgərlik deyil, gələcək taleyinin, Vətənə sədaqət andının ilk ciddi sınağı idi. O, hələ bilmirdi ki, bu xidmət onu daha böyük bir müqəddəsliyə – şəhidlik zirvəsinə aparan yolun başlanğıcıdır… Mehman artıq təkcə əsgər deyil, həm də düşünən, yazan, Vətənin dərdini ürəyində daşıyan bir gənc idi…

Silaha sarılan Mehman üçün müharibə sadəcə döyüş deyildi — bu, doğma torpağın, ata-baba ocağının, xalqın namusunun müdafiəsi idi. Döyüş yoldaşları onun qorxmazlığını, soyuqqanlılığını və fədakarlığını xüsusilə vurğulayırdılar. Ən çətin anlarda belə geri çəkilməyi düşünməz, yoldaşlarını ruhlandırar, “Torpaq uğrunda ölən varsa — Vətəndir!” deyərək hamını mübarizəyə səsləyərdi.

Ailənin ünvanına Mehmanın xidmət etdiyi hərbi hissədən tez-tez təşəkkür məktubları gəlirdi. Bu məktublar təkcə rəsmi sətirlər deyildi – orada bir gəncin intizamı, dürüstlüyü və Vətənə sədaqəti yazılmışdı. Komandanlığın qürur dolu sözləri ata-ananın ürəyinə təsəlli, ailənin alnına isə fəxarət idi.

Hər gələn məktub Mehmanın necə böyüdüyünün, necə möhkəmləndiyinin sübutu idi. Sanki taleyin özü ailəyə pıçıldayırdı: bu oğul adi bir ömür yaşamayacaq…

Ordu sıralarında olduğu müddətdə Mehman heç kimi unutmurdu. Doğmalarını, qohum-əqrəbanı, dost-tanışı bir-bir yadına salar, hamısına əsgər məktubu yazardı. O məktublar kağız üzərində söz yox, ürəkdən gələn salam idi.
Məktublar şirin zarafatlarla, ümid dolu cümlələrlə, əsgər taleyinin səmimi nəfəsi ilə dolu olardı. Hər sətirdə xidmətindən duyduğu fərəh, Vətən qarşısında borcunu yerinə yetirməyin qüruru hiss olunurdu. Müxtəlif cür əsgər şəkilləri ilə bəzədiyi o məktublar uzaqlardan gələn bir sevinc payı idi.

Həmin məktubları almaq üçün hamı kimi mən də hər gün səbirsizliklə gözləyirdim. Poçtalyonun addım səsi elə bil ürəyimizə dolan ümid idi. O zaman bilmirdik ki, bu məktublar bir gün xatirəyə, bu xatirələr isə əbədi həsrətə çevriləcək…

Günlər ayı qovdu, aylar illərə çevrildi. Mehman ordu sıralarındakı xidmətini alnıaçıq, üzüağ başa vurdu. Əsgər libasını çıxarsa da, Vətən sevgisini ürəyindən çıxarmadı. O, hər zaman olduğu kimi, yoluna məsuliyyətlə davam etdi.

Xidmət etdiyi şəhərdə ali təhsil almaq üçün imtahan verdi. Arzularını yarımçıq qoymadı, biliyə sarıldı. Jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil oldu. Sözə, həqiqətə və insan taleyinə bağlılığı onu bu yola gətirmişdi. Sanki taleyi onu gələcəkdə Vətənin səsini, haqqın harayını dünyaya çatdırmağa hazırlayırdı.

Mehman Qubadlıya – ailəsinin yanına qayıtdı. Doğma ocağın istiliyi onu bir anlıq qucaqlasa da, Vətənin harayı bu sükutu uzun sürdürmədi. Torpaqlarımız amansız müharibə meydanına çevrilmişdi. Hər qarış yer uğrunda qanlı döyüşlər gedirdi.

El-obanın namusu, Vətənin qeyrəti təhlükədə olduğu bir zamanda Mehman da geri çəkilmədi. Qəhrəman oğullar kimi o da rayonda xidmət göstərən “N” hərbi hissələrindən birinə qoşuldu. Artıq söz yox, əməl zamanı idi.
Qubadlı rayonu və ətraf bölgələr uğrunda gedən ağır döyüşlərdə Mehman mərdliyi, cəsarəti və şücaəti ilə seçilməyə başladı. Güllə yağışı altında irəli atılan bu gənc döyüşçü torpaqla canı arasında seçim etmədi – canını torpağa sipər etdi. Onun hər addımı Vətənə sədaqətin canlı sübutu idi.

Mehman artıq taleyini seçmişdi – bu yolun sonu ya zəfər, ya da şəhidlik idi…

Cəbhəyə ayaq basdığı ilk gündən komandirin baxışları onun üzərində dayandı. Bu baxışlarda etibar vardı, inam vardı. Komandir onu kəşfiyyatçı dəstəsinə çağırdı və dedi:

– Mehman, biz bilirik… Qubadlıdan Gorus-Qafana uzanan gizli-aşkar yolları səndən yaxşı tanıyan yoxdur. Daşın dilini, dərənin nəfəsini, gecənin sükutunu sən oxuyursan. Bu torpaq səni tanıyır, sən də bu torpağı. Yaxşı olar ki, kəşfiyyat dəstəsinə sən rəhbərlik edəsən…

Mehman bir anlıq susdu. Bu susqunluqda qorxu yox idi — Vətən vardı. Uşaqlıq izləri ilə addımladığı cığırlar, atasının səsi, anasının duası, dağların sinəsinə hopmuş yurd qoxusu vardı. O, yolları əzbər bilmirdi sadəcə, o yollar onun yaddaşı idi. Hər döngədə bir xatirə, hər qayada bir and gizlənmişdi. Mehman başını dik tutdu. Bu artıq bir əmr deyildi — bu, torpağın çağırışı idi. Və o çağırışa cavab vermək üçün kəşfiyyat dəstəsinin önündə addımladı: torpağını yağı düşməndən qorumağa, Vətəni öz canı ilə sipər etməyə…

Mehman da artıq öz yolunu seçmişdi. Qəlbində bir məqsəd vardı —torpağımızı yağı düşməndən azad etmək. Bu məqsəd onu evdən, ocaqdan ayırıb cəbhəyə doğru aparmışdı. Cəbhəyə üz tutarkən tərəddüd etmədi, çünki bu yol onun vicdan yolu idi. Təklif olunan vəzifəni məmnunluqla, qürurla, razılıqla qarşıladı. Bu, onun üçün sadəcə bir vəzifə deyildi — Vətənə verilən söz idi. Mehman bilirdi: harada torpaq nalə çəkirsə , orada onun addımı olmalıydı. Harada bayraq enmişdisə, orada onu yenidən qaldırmaq borcu vardı. O, silahını deyil, əvvəlcə qəlbini götürüb yola çıxdı. Çünki Vətən uğrunda döyüşənlər öncə ürəklərində qalib olurlar…

Az müddət keçmişdi cəbhəyə gəldiyi gündən, amma o qısa zaman uzun bir ömrə bərabər oldu. Bu ağır, bu şərəfli yükü Mehman məharətlə, şücaətlə çiyinlərinə aldı. Vaxt az idi, yol çətin, amma iradəsi dağlardan uca idi. Hər tapşırıqda soyuqqanlı, hər addımda cəsur oldu. Düşmənin nəfəsini duyan torpaq onun ayaq səsini tanıdı.Mehman sübut etdi ki, qəhrəmanlıq illərlə ölçülmür — bəzən bir an, bir qərar, bir cəsarətli addım yetər. O, qısa zamanda cəbhənin etibarını qazandı, çünki ürəyi Vətənlə döyünürdü. Ağır və şərəfli missiyanın öhdəsindən ləyqətlə, məharətlə, şücaətin adı kimi gəldi.

Düşmən qüvvələri onunla bacara bilmirdi. Nə vaxt Qubadlıya doğru gizli bir plan cızsalar, Mehman o planları hələ kağız üzərindəykən alt-üst edirdi. Gecənin səssizliyində, dağların kölgəsində o, döyüşçü dostları ilə birlikdə düşmənin mövqelərini darmadağın edirdi. Bu torpaq onların addımına güvənirdi, onlar da torpağın nəfəsini dinləyirdi. Mehman düşmənin dilində danışırdı — amma bu sözlər silahdan iti idi. Onları aldadıb tora salır, öz hiylələri ilə üz-üzə qoyurdu. Düşmən çaşqın qalırdı: haradan gəldi bu zərbə, harada itdi bu yol? Bu, təkcə hərbi bacarıq deyildi, bu, ağıl ilə cəsarətin birləşdiyi an idi. Mehman döyüşü səngərdə deyil, bəzən bir cümlədə, bəzən bir susqunluqda qazanırdı.

Şurnuxu… Daşında tarix, suyunda yaddaş olan bir yurd. Bu torpaq Mehmanı yalnız böyütmədi, ona Vətəni sevməyi, torpaq uğrunda yaşamağı və lazım gəldikdə ölməyi də öyrətdi. Uşaqlıq illərindən bu dağların havasını ciyərlərinə çəkən Mehman üçün Vətən sadəcə bir söz deyildi – o, namus idi, qeyrət idi, ata-baba ocağı idi.
1992-ci ilin qarlı, qanlı fevral günləri Azərbaycanın tarixində ən ağır dövrlərdən biri kimi yadda qaldı. Cəbhə bölgələrində vəziyyət son dərəcə gərgin idi. Məhz belə bir gündə – 19 fevralda Mehman Ağayarov döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu.

Onun ölümü təkcə ailəsi üçün deyil, bütün kənd, rayon və onu tanıyan hər kəs üçün böyük itki idi. Lakin bu itki eyni zamanda böyük bir qürur idi — çünki Mehman Vətən uğrunda canını verərək ən uca məqama yüksəlmişdi. O, torpaqla birləşərək özü də torpaq kimi əbədi oldu.

Şəhidlər ölmür — onlar millətin yaddaşında, bayrağın dalğasında, azad torpağın hər qarışında yaşayır. Mehman Museyib oğlu Ağayarov da bu gün azad Azərbaycan səmasında dalğalanan üçrəngli bayrağımızın kölgəsində ruhu şad olan qəhrəmanlarımızdandır.

Onun adı doğulduğu yurdun tarixində, şəhidlər siyahısında, ən əsası isə insanların qəlbində yaşayır. Bu gün Vətən torpağında sərbəst gəziriksə, uşaqlar sülh şəraitində böyüyürsə, bu, Mehman kimi igidlərin qanı və canı hesabınadır.

Mehman Ağayarovun həyatı qısa olsa da, mənalı və şərəfli oldu. O, ömrünü illərlə deyil, fədakarlığı ilə ölçdü. Onun şəhidliyi bizə Vətənin nə qədər müqəddəs olduğunu, azadlığın hansı bədəllə qazanıldığını bir daha xatırladır.
Sənin qanla yazdığın tarix heç vaxt silinməyəcək Şəhidim.

Ağayeva Natəvan Fəxrəddin qızı

Əvvəlki Yazı

“Nar” uşaq hüquqları sahəsində maarifləndirməni gücləndirir

Növbəti Yazı

MEK-in direktor müavini gənc alim və müəllimlər üçün təlim keçib

XƏBƏR LENTİ

Ukrayna  dronlarla Rusiyaya kütləvi hücum etib

Ukrayna dronlarla Rusiyaya kütləvi hücum etib

17 İyul 2026 / 11:01
1
Xankəndində güclü yanğın baş verib

Xankəndində güclü yanğın baş verib

17 İyul 2026 / 10:36
1
Zaur Baxşəliyev yeni lahiyə ilə efirə qaydir

Zaur Baxşəliyev yeni lahiyə ilə efirə qaydir

17 İyul 2026 / 10:29
4
Oğuzhan Uğur həps edildi

Oğuzhan Uğur həps edildi

17 İyul 2026 / 10:21
6
Ukrayna  Başqırdıstanda neft emalı zavodunu vurdu – VİDEO

ABŞ İrana zərbələr endirdi İran qarşiliq verdi

17 İyul 2026 / 10:02
1
Çin Səfirliyi:”Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”

Çin Səfirliyi:”Çin həmişə digər ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipinə sadiq qalıb”

17 İyul 2026 / 9:30
1
Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

Tramp:“Bu açıqlamalar göstərir ki, seçki sistemimiz o qədər kövrək və həssasdır ki, onu müdafiə etmək mümkün deyil”

17 İyul 2026 / 9:07
1
İsrail parlamentinin buraxılmasını nəzərdə tutan qanun qəbul edilir

İsrail parlamentinin buraxılmasını nəzərdə tutan qanun qəbul edilir

17 İyul 2026 / 9:01
2
ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər

ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə eniblər

17 İyul 2026 / 8:16
1
ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

ABŞ Ordusu Bəndər-Xomeynidə beş körpünü vurub

17 İyul 2026 / 8:08
1
I kurs tələbəsi vəfat etdi

I kurs tələbəsi vəfat etdi

17 İyul 2026 / 7:48
4
Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

Azərbaycan Dövlət Kukla Teatrı Pirallahıda – FOTOLAR

16 İyul 2026 / 21:16
9
Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

Razi Nurullayev: Heç bir şəxs qohumlarının fəaliyyətinə görə məsuliyyət daşıya bilməz”

16 İyul 2026 / 18:15
52
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Deputat: “Problemlərin həlli üçün təklif verməyə, döyüşməyə hazıram”

16 İyul 2026 / 17:43
29
Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

Qubada hamilənin ölümü ilə bağlı araşdırma başlayıb

16 İyul 2026 / 17:05
1
Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

Ağdamda Yaqub Rzayevin anım günü qeyd edildi-Fotolar

16 İyul 2026 / 16:54
6
Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

Dünyanı şoka salan cinayətdə təqsirləndirilən baba – Sərbəst buraxıldı

16 İyul 2026 / 16:49
1
Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

Cəbrayılın Şukurbəyli kəndinə yeni köç karvanı yola düşdü

16 İyul 2026 / 9:39
2
Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

Robert Brovdi “Ukrayna hərbçiləri Azov dənizində Rusiyaya məxsus 116 gəmiyə zərbə endiriblər”

16 İyul 2026 / 9:27
1
Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

Rusiyada Miqrantlarla bağlı yeni qanun-Xüsusi telefonla..

16 İyul 2026 / 9:21
3
Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

Qarabağ FK “Vestri” komandasının qonağı olacaq

16 İyul 2026 / 9:13
3
Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

Bakıda oteldə yanğın baş verib, qonaqlar təxliyə olunub-Video

16 İyul 2026 / 9:08
1
Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

Vens:”İsrailin Trampı İranla bağlı şantaj etdiyi iddialar yalandır”

16 İyul 2026 / 8:53
8
Çin və Rusiyanın Ukrayna məsələsində mövqeləri necə uzlaşır?

Çin və Rusiyanın Ukrayna məsələsində mövqeləri necə uzlaşır?

16 İyul 2026 / 8:48
3
Ceyhun Bayramov Rusiyaya səfərə getdi

Ceyhun Bayramov Rusiyaya səfərə getdi

16 İyul 2026 / 8:43
1
XIN Azərbaycan Vətəndaşlarina xəbərdarlıq etdi: “Orda işləmək üçün getməyin”

XIN: Vurulan gəminin 10 azərbaycanlı heyət üzvü ölkəmizə təxliyə edildi

16 İyul 2026 / 8:26
3
Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

Yunanıstan Rusiyaya qarşı sanksiyalar paketinin qəbuluna etiraz edib

16 İyul 2026 / 7:56
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski Sergey Koretskinin baş nazirliyə namizədliyini irəli sürdü

16 İyul 2026 / 7:35
1
Musiqili Teatr dörd aylıq repertuar planını açıqladı – FOTO

Musiqili Teatr 116-cı mövsümə konsert proqramı ilə yekun vuracaq

15 İyul 2026 / 20:29
24
Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

Nazim Hüseynlinin qələmində milli ruhun poetik təntənəsi

15 İyul 2026 / 20:07
10
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.