06 - 02 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Fevral 6, 2026
Araşdırma
A A

Kamran Novruz oğlu İsmayılov,
Tarix elmləri doktoru

Bu gün ölkədə ictimai müzakirələrin obyektində olan məsələlərdən biri də 35 ilə yaxındır Ermənistanın blokadası altında yaşayan Azərbaycanın Naxçıvan bölgəsinin muxtariyyət statusu ilə bağlıdır. Əsas diskussiyalar muxtariyyət statusunun indiki formada saxlanılması və ya dəyişilməsi ətrafında gedir. Dərhal öz mövqeyimi bildirmək istəyirəm: mən Naxçıvanın indiki muxtar statusunun saxlanılmasının tərəfdarı deyiləm. Özü də bu mövqeyimi mən artıq 30 ildir ki, ifadə edirəm və mənim bu mövqeyim indi bölgədə və onun ətrafında baş verən hadisələrlə qətiyyən bağlı deyildir.

Naxçıvanın muxtar respublika formasında statusunun saxlanılması tərəfdarları bu statusun guya beynəlxalq müqavilələrlə təsbit edildiyini və bu statusu dəyişməyin mümkün olmadığını iddia edirlər. Bu zaman onların əsas istinad nöqtələri 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələridir.

Ümumiyyətlə, bizdə ictimai rəydə, tarixşünaslıqda bu müqavilələr ətrafında sanki bir ehkam, mif formalaşmışdır. Bu miflərdən biri odan ibarətdir ki, guya Moskva və Qars müqavilələrində Naxçıvanın muxtar statusu (respublika formasında) qəti olaraq öz əksini tapmışdır.

Yumşaq desək, bu tarixi faktın və mənbənin saxtalaşdırılmasıdır. Moskva müqaviləsinin 3-cü, Qars müqaviləsinin isə 5-ci maddəsində Naxçıvan bölgəsi “muxtar ərazi” (müqavilənin tərtib olunduğu türk dilindəki mətndə “özerk ülke”, rus dilindəki mətndə “автономная территория”) kimi qeyd olunur [Карсский договор от 13 октября 1921 года. AR DA, f. 28, s.1, iş 68, v.10-12; Карсский договор от 13 октября 1921 года.https://www.virtualkarabakh.az/ru/post-item/32/132/qars-muqavilesi-1921-ci-il-13-oktyabr.html; Московский договор между Россией и Турцией, 16 марта 1921 года http://www.doc20vek.ru/node/4149]. Müqavilələrdə bu ərazidə konkret hansı muxtariyyət formasının tətbiq olunacağı qeyd olunmur. Dünyada muxtar ərazi statusunun ən müxtəlif növləri (xüsusi ərazi, muxtar qurum və s.) mövcuddur. Yanılmıramsa, muxtariyyətin respublika forması yalnız keçmiş SSRİ-də gerçəkləşdirilmişdir. Yeri gəlmişkən, Naxçıvan öz tarixi ərzində muxtariyyətin ən müxtəlif formalarını (muxtar vilayət, sovet sosialist respublikası, muxtar sovet sosialist respublikası, muxtar respublika) yaşamışdır.

İkinci mif – Moskva və Qars müqavilələri ilə Naxçıvanın muxtar status əldə etməsi Azərbaycan üçün böyük tarixi nailiyyət, tarix hadisədir.

Bu doğrudanmı belədir? Əslində muxtariyyət nə deməkdir. Muxtariyyət dövlətin müəyyən ərazisinin xüsusi statusa malik olması və ya müvafiq statusa malik ərazi vahididir. Bu isə həmin ərazinin, daxil olduğu dövlətin hüquq və səlahiyyətlərindən kənarda öz daxili problemlərini müstəqil həll etmək hüququnu nəzərdə tutur. Bu anlayış özündə yerli (regional) özünüidarəetməni ehtiva edir. Muxtariyyət anlayışı uzun müddət suverenlik və müstəqillik anlayışları ilə assosiasiya olunmuşdur. Beynəlxalq nəzəriyyədə ənənəvi olaraq hər hansı xarici hakimiyyətə tabe olmayan dövlətlər muxtar dövlətlər adlanırdılar. Başqa sözlə, muxtariyyət nisbi müstəqillik anlamında başa düşülürdü.

Məlumdur ki, Azərbaycan konstitusiyaya görə unitar dövlətdir. Düzdür, hazırda dünyada bir çox unitar dövlətlərin (İtaliya, İspaniya, Portuqaliya, Çin, Danimarka, Finlandiya, Böyük Britaniya və s.) də daxilində muxtar ərazilər mövcuddur. Lakin onların mütləq əksəriyyəti ümumi deyil, spesifik, yəni milli-ərazi xarakter daşıyırlar. Naxçıvanın muxtariyyəti isə sırf siyasi-ərazi muxtariyyətidir.

Bu baxımdan XX əsrin 20-ci illərin əvvəllərində Naxçıvana muxtariyyət statusunun verilməsi əslində Azərbaycanın bu tarixi ərazisinə öz suveren hüquqlarının nəhdudlaşdırılması demək idi. Daha bunun nəyi tarixi nailiyyət oldu? Tarixi nailiyyət həmin müqavilələrdə Naxçıvanın Azərbaycanın ayrılmaz ərazisi kimi tanınması olardı. Düzdür bəziləri mənim bu fikrimə etiraz edərək müqavilələrdə Naxçıvanın muxtariyyət statusu haqqında bəndin öz əksini tapmasını kompromis kimi qəbul edirlər. Əgər bu belədirsə bunu açıq etiraf etsinlər. Biz isə uzun müddətdir hətta, Naxçıvan MSSR-in yaradılması yubileylərini belə bayram kimi qəbul edirik.

Naxçıvan bölgəsinin xüsusi statusunun əldə olunmasında 1918-1921-ci illərdə bölgədə və ətrafında baş vermiş hadisələr mühüm rol oynamışdır. Həmin dövr Naxçıvanın siyasi tarixinin mühüm mərhələsi olmaqla yanaşı, onun ərazi mənsubluğunun müəyyənləşdirilməsində həlledici rol oynadı. İlk dəfə olaraq 1918-ci il iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Türkiyə hərbi komandanlığı arasında bağlanmış Batum müqaviləsində qeyri-müəyyən şəkildə də olsa öz əksini tapmış bölgənin ərazi identikliyi məsələsi bölgəyə erməni təcavüzünün genişləndiyi bir zamanda onun taleyinin həll olunmasında həlledici amil rolunu oynadı. Batum müqaviləsinə əsasən Naxçıvan ərazisi Azərbaycanla Türkiyə arasında bölüşdürülür və İndiki Ordubad rayonu ərazisindən axan Gilançay iki dövlət arasında sərhəd xətti kimi müəyyənləşirdi. Müqaviləyə görə Ordubad ərazisi Azərbaycan Cümhuriyyətinin, Naxçıvan və Şərur isə Osmanlı imperiyasının tərkibinə qatılırdı [Азербайджанская Демократическая Республика: Внешняя политика (Документы и материалы), Баку: Азербайджан, 1998, 632 c., s.14; İsmayılov K. Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920, Bakı: Turxan NPB, 2019, 264 s., s. 29-30]. Bütövlükdə həmin dövrün ən mühüm nəticəsi Ermənistanın real təhdidləri qarşısında Naxçıvanın türk-Azərbaycan milli-ərazi identikliyini qoruyub saxlaması oldu. 1918-1921-ci illər həm də onunla əlamətdar oldu ki, Naxçıvan əhalisi ilk dəfə olaraq öz türk kimliyini və Azərbaycan ərazi kimliyini açıq-aşkar ifadə etməyə başladı. Bunu naxçıvanlıların onları erməni hücumlarından qorumaq məqsədilə türk hərbi komandanlığına göndərdikləri çoxsaylı məktub və müraciətləri də təsdiq edirdi.

Ermənilərin bölgənin ilhaqına yönəlmiş addımlarının qarşısının alınması, azərbaycanlı əhalinin həyat təhlükəsizliyinin təmin edilməsi baxımından Naxçıvanın siyasi elitasının həmin dövrdə atdığı addımlar xüsusi qeyd edilməlidir. Bu addımlar sırasında 1918-ci ilin mayında Araz-Türk Respublikasının yaradılmasını, 1919-cu ilin yanvarında Naxçıvan Türk Milli Şurasının fəaliyyətinin bərpa edilməsini, “Naxçıvan Türk hökuməti” adlı qurumun təşkil edilməsini, Azərbaycan, İran və Türkiyə hökumətləri ilə əlaqələrin yaradılmasını, silahlı qüvvələrin yaradılmasını, erməni hücumlarına qarşı müdafiə tədbirlərinin görülməsini xüsusi qeyd etmək lazımdır.

Naxçıvanda öz silahlı dəstəsini yerləşdirdikdən sonra ingilislərin bölgəni Ermənistanın idarəçiliyinə vermək planları naxçıvanlılar tərəfindən qətiyyətlə rədd edilmiş, onlar diyarın gələcəyinin yalnız Azərbaycanın tərkibində gördüklərini qətiyyətlə ifadə etmişdilər. Naxçıvanlılar Azərbaycan hökuməti ilə əlaqə yaratmaq üçün Bakıya nümayəndələr göndərmiş, Azərbaycan hökuməti də öz növbəsində Naxçıvan üzərində suverenliyini təsbit etmək üçün müəyyən siyasi, inzibati, diplomatik, hərbi, maliyyə xarakterli addımlar atmışdı. Həmin tədbirlər sırasında Naxçıvan general-qubernatorluğunun yaradılması, Naxçıvandakı vəziyyəti öyrənmək üçün oraya nümayəndə heyətinin göndərilməsi xüsusi qeyd edilməlidir. Naxçıvanlıların müqavimətinə baxmayaraq ingilislər bölgəni Ermənistanın idarəçiliyinə versələr də ingilis qoşunları Naxçıvandan çıxarıldıqdan sonra yerli əhali silaha sarılaraq erməni qoşunlarını Ordubad istisna olmaqla bölgənin bütün ərazisindən çıxarmağa müvəffəq oldu. Bununla da Naxçıvanda erməni idarəçiliyi iflasa uğradı.

Naxçıvanda ingilisləri əvəz etmiş amerikalıların da müxtəlif layihələr irəli sürməklə bölgəni ermənilərə tabe etdirmək cəhdləri də bir nəticə vermədi. Bu faktlar Naxçıvan bölgəsinin artıq həmin dövrdə öz etnik-ərazi identikliyinin dəqiq müəyyənləşdirdiyini təsdiq edir.

Bütövlükdə 1918-1920-ci illərdə Naxçıvanda və onun ətrafında cərəyan etmiş hərbi-siyasi proseslər, bölgənin erməni təcavüzündən qorunmasında Naxçıvan siyasi elitası – Azərbaycan hökuməti – Türk hərbi komandanlığı üçbucağının əməli koordinasiyasının yüksək səmərəliliyini bir daha təsdiq etmiş oldu. Yeri gəlmişkən, bu gün Naxçıvan MR-nın müdafiəsinin və təhlükəsizliyinin təmin edilməsində də adı çəkilən üçbucağın müstəsna rol oynadığı şübhəsizdir.

Azərbaycanın sovetləşməsindən, Naxçıvanın sovet qoşunları tərəfindən tutulmasından sonra bölgə Sovet Rusiyası ilə Mustafa Kamal Türkiyəsi arasında münasibətlərin əsas çuğlaşma nöqtəsinə çevrildi. Cümhuriyyət dövründə olduğu kimi indi də Naxçıvanın milli-ərazi identikliyinə təsir göstərən həlledici amil xarici qüvvə amili oldu. Ermənistanı öz tərəfinə çəkmək üçün Sovet Rusiyasının rəhbərliyində təmsil olunan bir qrup (G.Çiçerin, S.Orconikidze, B.Leqran) Naxçıvanın ona verilməsi təklifini irəli sürürdülər. Lakin Naxçıvan öz milli-etnik və ərazi kimliyini artıq qəti müəyyənləşdirmişdi: Naxçıvanın türk əhalisi bölgənin gələcəyini Azərbaycandan kənarda təsəvvür etmirdi. Bunu Naxçıvanda Sovet hökumətini təmsil edən bir çox şəxslərin Moskvaya, Bakıya məktub və müraciətləri də təsdiq edir. Bu baxımdan B. Şahtaxtinskinin V. Leninə 13 avqust 1920-ci il tarixli məktubu səciyyəvidir. O bildirirdi ki,  Naxçıvan əhalisi belə bir fikri yaxına buraxmaq istəmir ki, Sovet Rusiyası bütün əhalinin iradəsinin  əleyhinə olaraq, Naxçıvanı daşnaklara versin. Bundan üç gün əvvəl isə M. Bekdaşov N. Nərimanova məktubunda Naxçıvan xalqının böyük əksəriyyətinin diyarın Azərbaycan SSR-in ayrılmaz hissəsi kimi tanıdığı bildirmişdi [Həsənli C. Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939), Bakı, Adiloğlu, 2012, 656 s., s.259]

1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələri isə Naxçıvanın milli-ərzi identikliyinin dördillik inkişafının məntiqi və hüquqi təsbiti oldu. Sonrakı illərdə bölgənin ərazi statusu ilə bağlı həyata keçirilən hüquqi addımlar, qəbul edilmiş normativ sənədlər, o cümlədən Naxçıvanın Azərbaycan tərkibində muxtar statusunu təsdiqləyən Azərbaycanın və Naxçıvanın konstitusiyaları bu identikliyin hüquqi cəhətdən yeni reallıqlara uyğunlaşdırılması idi.

Azərbaycanın Naxçıvan üzərində suverenliyinin təmin edilməsində Mustafa Kamalın, Kazım Qarabəkirin, Türkiyənin digər siyasi-hərbi rəhbərlərnin müstəsna xidmətləri vardır. Onların apardıqları gərgin mübarizə sayəsində bolşeviklər tərəfindən Şərur-Dərələyəz qəzasının Ermənistana verilməsi nəzərdə tutulan bir hissəsi (Sədərək kəndi ilə Arazdəyən arasındakı kiçik ərazi – Qurd qapısı rayonu) Naxçıvana qaytarılaraq diyarın Türkiyə ilə ümumi sərhədi yaradılmışdı. Türkiyənin inadlı mövqeyi ilə rastlaşan Rusiya sovet hökuməti 16 mart 1921-ci il Moskva müqaviləsinə Naxçıvan ilə bağlı xüsusi bəndin salınmasına razılıq verməyə məcbur olmuşdu. Yalnız bundan sonra Türk qoşunları Naxçıvan ərazisini tərk etmişdilər. Türk qoşunları regionu tərk etməmişdən əvvəl burada ərazinin nənsubluğu ilə bağlı keçirilmiş rəy sorğusunda əhalinin 90% Naxçıvan diyarının Azərbaycanın tərkibinə daxil olması təklifini dəstəkləmişdi. Həmin ilin oktyabrın 13-də bağlanmış Qars müqaviləsi isə Moskva müqaviləsinin Naxçıvanla bağlanmış müddəasını olduğu kimi təsdiqləmişdi. Bu müqavilələrin ən mühüm nəticəsi də məhz ondan ibarət idi ki, B. Şahtaxtinskinin qeyd etdiyi kimi, “Naxçıvan rayonu Azərbaycana keçirdi və o heç zaman Ermənistana verilməyəcəkdir” [Письмо Бехбуда .Шахтахтинского.  Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Fond 609, Siyahı 1, iş 94, v.138].

Moskva və Qars müqavilələrinin Naxçıvanla bağlı maddələrinə İran tarixçiləri də özünəməxsus şərh verirlər. Onların iddialarına görə guya müqavilələrdə göstərilmiş Yuxarı Qarasu ilə Araz çayı arasında ərazi (indi Türkiyəni Naxçıvanla birləşdirən dar dəhliz) İrana məxsus idi və XVIII əsrin xəritələrində Maku vilayətinin bir hissəsi kimi göstərilmişdi. Onlar bu ərazinin 1828-ci ildə Rusiyaya verildiyini iddia edirlər. Sonralar guya İran Türkiyə ilə sərhədlərin müəyyənləşdirilməsi məqsədilə apardığı danışıqlarda bu zolağı qaytarmağa cəhd göstərsə də buna nail olmamışdı. Ermənilər də Moskva və Qars müqavilələrinin hüquqi əsasının olmadığını sübut etmək üçün İran tarixşünaslığının bu tezisindən istifadə edirlər. Bunu erməni siyasi xadimlərinin Moskva müqaviləsinin 100 illiyi ilə bağlı dünya liderlərinə müraciəti də təsdiq edir [Обращение к мировым лидерам о политической и правовой оценке 100-летнего пакта Ленин-Ататюрк (Московский договор от 16 марта 1921 года) и признании его недействующим на территории России в части государства Армения” 16 марта 2021 год ttps://nt.am/ru/news/298233\]. Bu fakt Ermənistanla İranın Azərbaycana, Naxçıvana, Türkiyəyə qarşı çoxillik birgə fəaliyyətinin daha bir sübutudur.

1922-ci ildə Qars müqaviləsi hər dörd respublikanın ali orqanları tərəfindən ratifikasiya edildi. Həmin il sentyabrın 11-də İrəvanda Azərbaycan və Ermənistan nümayəndələri arasında ratifikasiya sənədlərinin mübadiləsi baş tutduqdan sonra müqavilə qüvvəyə mindi. Bununla da Naxçıvanın dəfələrlə ifadə olunmuş milli-ərazi identikliyi beynəlxalq müqavilə ilə bir daha öz hüquqi təsbitini tapdı

Düzdür, Naxçıvan əhalisinin inadlı müqaviməti, Mustafa Kamalın başçılıq etdiyi Türkiyənin yeni hökumətinin səyləri nəticəsində (məhz onların qətiyyəti mövqeyinin nəticəsi idi ki, qeyd olunan maddələrdə Azərbaycan üçün müstəsna əhəmiyyət kəsb edən şərt – “Azərbaycanın Naxçıvan vilayətinə himayəsinin heç bir üçüncü dövlətə güzəştə getməməsi” şərti öz əksini tapmışdı – K.İ.) ermənilər öz məqsədlərinə nail olmasalar da, sonuncular müqavilələrin bağlanmasından ötən müddət ərzində Naxçıvanla bağlı iddialarından heç vaxt əl çəkməmişlər.

Yeri gəlmişkən, erməni tarixşünaslığı və rəsmi ideologiyası 1921-ci ildə Naxçıvana muxtariyyət verilməsini ermənilərin kiçik uğuru kimi dəyərləndirirlər. Ermənilər iddia edirlər ki, türk-bolşevik işbirliyi nəticəsində imzalanmış Moskva və Qars müqavilələri Naxçıvanın “öz ana vətəni”ndən – Ermənistandan qoparılaraq Azərbaycana verilməsini rəsmiləşdirmişdi. Lakin həmin müqavilələrdə Naxçıvanın Azərbaycanın himayəçiliyi altında  (tərkibində deyil – K.İ) da olsa muxtariyyət qazanmasını ermənilər məhz onlara edilən güzəşt kimi qəbul edərək bu muxtariyyətin diyarın erməni əhalisinə şamil edildiyini bildirirlər. Ermənilər o vaxt ümid edirdilər ki, 1918-1920-ci illərdə Naxçıvanı hərbi yolla ələ keçirə bilməsələr də gələcəkdə bu məqsədlərinə siyasi yolla nail olacaqlar. 20-30-cu illərdə regionun erməni əhalisini incik salmamaq, hətta onları şirnikləndirmək üçün müəyyən tədbirlər də həyata keçirilmiş, onların mədəni-maarif ehtiyacların ödənilməsi, hakimiyyət strukturlarında təmsil olunmaları üçün kvotalar müəyyənləşdirilmişdi. Yeri gəlmişkən, həmin illərdə Naxçıvanın bayrağında muxtariyyətin adı Azərbaycan dili ilə yanaşı erməni dilində də həkk olunurdu. Bu müddəa Naxçıvan MSSR-in 1937-ci ildə qəbul edilmiş Konstitusiyasının muxtar respublikanın bayrağının təsvir olunduğu 112-ci maddəsində öz əksini tapmışdı [Съезды Советов Союза ССР, союзных и автономных советских социалистических республик: сборник документов, 1917—1937 гг.. — М.: Юридическая литература, 1964. — Т. VI. — С. 359—360.]. Yalnız 1938-ci il avqustun 25-dı (digər mənbəyə görə 1939-cu il iyulun 28-də) bayrağın üzərində erməni dilində yazılmış yazıdan imtina olunmuşdu [Конституция (Основной Закон) Нахичеванской Автономной Советской Социалистической Республики: С изменениями и дополнениями, принятыми Верховным Советом Нахичеванской АССР 25 июля 1938 г. и 28 июля 1939 г. – Баку: Азернешр. Отдел политической литературы, 1941. – 28 с.// https://naukaprava.ru/catalog/3561/3572/23195/]. MR-nın 1939-cu ildə nəşr edilmiş konstitusiyasından bayrağın təsvirində erməni dilində “Naxçıvan MSSR” yazısı çıxaılmışdı.

Növbəti mif – Naxçıvanın muxtariyyət statusu beynəlxalq müqavilələrlə (Moskva və Qars müqavilələri nəzərdə tutulur) təsbit edildiyindən bu statusu dəyişdirmək və ya ləğv etmək mümkün deyil.

Əvvəla, yuxarıda qeyd edildiyi kimi, öz tarixi ərzində Naxçıvanın muxtariyyət adı bir neçə dəfə dəyişilmişdir.

1924-cü ildə muxtar respublikaya çevrilənə qədər Naxçıvan SSR müstəqil dövlətə mənsub müəyyən atributlara malik idi. Naxçıvanın Türkiyədə, Ermənistanda, Gürcüstanda, İranda, Bakıda konsulluq və nümayəndəlikləri fəaliyyət göstərirdi.

1923-cü ilin fevralında III Ümumnaxçıvan Sovetlər qurultayı diyarın Azərbaycan SSR-ə daxil olması haqında qərar qəbul etmiş, həmin ilin 16 iyununda Azərbaycan SSR MİK bu qərarı təsdiqləmişdi. Türkiyə dövləti bu qərarları etirazla qarşılamış, onların Moskva və Qars müqavilələrimə zidd olması haqqında hətta RSFSR və Azərbaycan SSR hökumətlərinə 25 iyun 1923-cü il tarixində nota göndərmişdi. Əslində formal olaraq Türkiyə tərəfi haqlı idi. Çünki bu qərarlar həmin müqavilələrin hərfinə (ruhuna yox) zidd idi. Çünki, vurğulandığı kimi, Moskva və Qars müqavilələrində Naxçıvan muxtariyyəti çox təəssüf ki, Azərbaycanın tərkibində deyil, onun himayəsi altında təsbit edilirdi. Buna görə də Azərbaycan MİK Rəyasət Heyəti  öz qərarına yenidən baxmalı olmuş, və 1924-cü il fevralın 24-də Naxçıvan diyarının  (Naxçıvan SSR-nin) Azərbaycan SSR-nin himayəsi altında Naxçıvan Muxtar Sovet Respublikasına çevrilməsi haqqında yeni qərar qəbul etməli olmuşdu. Naxçıvan MSSR-nin yaradılması rəsmən bu tarixdən götürülsə də, həmin tarixdən sonra da bir çox rəsmi sənəddə (məsələn, Naxçıvanın 1926-cı ildə qəbul edilmiş konstitusiyasında) regionun adında “Sovet Sosialist Respublikası” sözləri işlədilirdi. Bütün bunlar təsdiq edir ki, Naxçıvanın muxtar ərazi kimi elan edilməsindən sonra onun statusu bir neçə dəfə dəyişikliyə uğramışdır.

Ən başlıcası, söhbət Naxçıvanın statusunun ləğv edilməsindən deyil (hərçənd ki, bunun baş verəcəyi halda hansısa hüquqi kazus, presedent və ya beynəlxalq skandal yaranacağı haqda iddialar əsassızdır –K.İ.), bu statusun muxtar respublika, muxtar dövlət formasında mövcudluğundan gedir. Məgər, muxtariyyət statusu hökmən muxtar respublika formasında olmalıdır? Yuxarıda qeyd etdiyim kimi, dünyada muxtariyyətin müxtəlif forma və növləri var. Məsələn, Moldova Respublikasının tərkibində Qaqauziya xüsusi hüquqi statusa malikdir. Unitar dövlət olan İspaniya 17 muxtar respublikaya deyil, muxtar icmaya (vilayətə) (ispanca: comunidad autónoma) bölünür. Müttəfiq respublika, muxtar respublika, muxtar vilayət kimi formalar sovet milli-dövlət quruculuğu sisteminin qalığıdır. Biz sovetin bir çox əcaib təcrübələrindən çoxdan imtina etsək də bu təcrübədən hələ də möhkəm yapışmışıq.

Nəzərə almaq lazımdır ki, Naxçıvan əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edir və Azərbaycan Respublikasından ayrılmaqla bağlı fikirlər onların ağıllarına belə gəlmir. Bölgədə heç vaxt separatçı meyllər olmayıb, olmayacaq da. Ona görə də sakitliklə Naxçıvanın muxtariyyət statusuna yenidən baxmaq olar.

Nə etməli? İlk növbədə konstitusiya və inzibati-ərazi islahatları aparılaraq Naxçıvan muxtariyyətinin respublika forması ləğv edilməli, muxtariyyətin digər, daha aşağı formalarından biri tətbiq edilməlidir.

Naxçıvanın mürəkkəb geosiyasi vəziyyətini nəzərə alaraq mən “Naxçıvan Xüsusi (Özəl) Bölgəsi” adını təklif edirəm. Heç Naxçıvan üçün ayrıca konstitusiyaya da ehtiyac yoxdur. Onun statusunu xüsusi qanunla və ya əsasnamə ilə də müəyyənləşdirmək olar. Bir dövlətdə bir konstitusiya olar. Azərbaycan Respublikasının Konstitusiyasının 134-cü maddəsinə görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir və onun statusu da bu Konstitusiya ilə müəyyən edilir. Heç dövlət içində dövlət, respublika içində də respublika olar? Məsələn, Qaqauziyanın hüquqi vəziyyəti Moldova Respublikasının “Qaqauziyanın xüsusi statusu haqqında” qanunu ilə tənzimlənir. Qanunda Qaqauziya “xüsusi statuslu ərazi-muxtar qurum” kimi  müəyyənləşir.

Naxçıvanın mövcud statusu dövlətimizin siyasi-ərazi təşkilini də mürəkkəbləşdirir, müəyyən asimmetriklik yaradır.

Əslində, muxtar respublika formasında status nə bölgənin özünüidarəetmə hüquqlarının, nə də orada yaşayan vətəndaşların hüquqlarının genişlənməsinə hər hansı şəkildə müsbət təsir göstərmir. Bunu bölgədəki vəziyyətlə bağlı mətbuatda gedən yazılar da təsdiq edir.

Muxtar respublikada hakimiyyətin bölgüsü prinsipi də çox qəribə formada həyata keçirilir. Azərbaycan Respublikasında (eləcə də əksər dövlətlərdə) icra hakimiyyəti ali vəzifəli şəxs olan Prezidentə mənsub olsa da Naxçıvanda qanunvericilik hakimiyyətinin başçısı ali vəzifəli şəxs sayılır. O, faktik olaraq həm qanunvericilik hakimiyyətinə, həm də icra hakimiyyətinə rəhbərlik edir.

Muxtar respublikada icra hakimiyyəti strukturlarına da yenidən baxılmalı, mövcud reallıqlara uyğunlaşdırılmalı, idarəetməni optimallaşdırmaq üçün daha çevik mexanizmlər tətbiq edilməlidir. Hazırda isə Azərbaycan Respublikası hökumətinin – Nazirlər Kabinetin tərkibi və strukturu azacıq istisnalarla Naxçıvanda da kopyalanıbdır. Rəsmi statistikaya görə 462.960 min əhalisi olan Naxçıvan MR Nazirlər Kabinetinin tərkibinə 13 nazirlik, 4 komitə, 7 dövlət xidməti, 2 agentlik, 1 departament daxildir. Bu baxımdan dövlət başçısının Naxçıvanda DTX-nın və Gömrük Komitəsinin ləğv edilməsi haqqında məlum sərəncamları hamı tərəfindən rəğbətlə qarşılanmış və bu istiqamətdə yeni qərarların qəbul edilməsinə ümidlər də böyükdür. Faktik olaraq iki dövlət teleradio kanalının və bir dövlət qəzetinin (müstəqil KİV-lər ümumiyyətlə yoxdur) fəaliyyət göstərdiyi regionda Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Mətbuat Şurası, Televiziya və Radio Şurası kimi qurumlar mövcuddur.

Zəruriliyi şübhə doğurmayan məsələlərdən biri də muxtar respublikanın inzibati-ərazi quruluşunda dəyişikliklərin aparılmasıdır. Yeri gəlmişkən, Azərbaycanda inzibati-ərazi islahatının həyata keçirilməsi günümüzün ən aktual məsələlərindən biridir. Bəzi istisnalar olmaqla əksər postsovet ölkələri sovet dövrünün rayonlaşma prinsipindən çoxdan imtina ediblər. Bu kontekstdə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” 07 iyul 2021-ci il tarixli Fərmanı mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, həmin sənədə əsaslanaraq Azərbaycan Respublikasının həm də yeni inzibati- ərazi bölgüsü aparılmalı, sovetdən qalma rayon inzibati-ərazi vahidləri dərhal ləğv edilməli, Azərbaycanın tarixi coğrafiyasına uyğun olaraq 14 inzibati ərazi vahidi (Aran, Bakıətrafı, Gəncəbasar, Qarabağ, Qazax, Quba, Lənkəran, Naxçıvan, Şəki, Şirvan. Zaqatala, Zəngəzur vilayətləri (elləri), ayrıca inzibati vahidlr kimi Bakı, Sumqayıt və Gəncə böyük şəhərləri) yaradılmalıdır. Bu həm bürokratiyanın, əlavə xərclərin azalmasına, idarəçiliyin effektivliyinin artmasına, həm də xalqımızın mənəvi birliyinin möhkəmlənməsinə, cılız yerliçilk təzahürlərinin aradan qaldırılmasına kömək edəcəkdir. Ümumiyyətlə özünü doğrultmayan icra hakimiyyətləri strukturu dərhal ləğv edilməli, onlar prezidentis səlahiyyətli nümayəndəliyi (valilər) institutu ilə əvəzlənməli, bələdiyyələrin statusu möhkəmləndirilməli, indiki rayon icra hakimiyyətlərinin bütün strukturları bələdiyyələrə verilməlidir. Bütün bunlar isə əlbəttə, konstitusiyada müvafiq dəyişiklərin aparılmasını tələb edir.

Ərazisi cəmi 5.502.75 km² təşkil edən Naxçıvan MR-ı yeddi rayondan təşkil olunubdur. 1990-cı ildə yaradılmış Sədərək rayonu cəmi 4 kənd yaşayış məntəqəsindən ibarətdir. Bu fakt əslində Ginnesin rekordlar kitabına düşməli faktdır. Bu azmış kimi, 2004-cü ildə 10 kənd yaşayış məntəqəsindən ibarət əlavə inzibati-ərazi vahidi – Kəngərli rayonu da yaradılıbdır. Bununla kifayətlənməyərək rayonların tərkibinə daxil olan ərazi vahidlərini də kiçildiblər. İndi muxtar respublikada 203 kənd yaşayış məntəqəsinin daxil olduğu 157 kənd inzibati ərazi dairəsi (təqribən 0.77 əmsal) mövcuddur [http://www.nakhchivan.az/portal-1/index-2.htm]. Hər inzibati ərazi dairəsinin öz icra nümayəndəliyi, bələdiyyəsi fəaliyyət göstərir. Nəzərə almaq lazımdır ki, Naxçıvanda kəndlər arasında məsafə çox qısadır, bəzən iki qonşu kəndin sərhədini belə müəyyənləşdirmək mümkün deyildi.

Razılaşmaq lazımdır ki, bütün bu rəqəmlər büdcəsi 75-80 faiz Azərbaycan dövlətinin ayırdığı dotasiya hesabına formalaşan bölgə üçün böyük təmtəraqdır.

1920-ci illərin II yarısında Azərbaycan SSR-də keçmiş qəzaların yerinə sahəsinə görə nisbətən kiçik ərazi vahidləri – dairələr və daha sonra rayonlar təşkil olunarkən idarəetmənin asanlaşdırılması, əhalinin rahatlığının təmin edilməsi, necə deyərlər, hakimiyyət orqanları ilə xalq arasında sədlərin aradan qaldırılması məqsədləri güdülürdü. O zaman əsas nəqliyyat vasitəsi at, eşşək, öküz arabası sayılırdı. İndi, nəqliyyat –kommunikasiya və elektron vasitələrinin inkişaf etdiyi, rəqəmsallaşmanın, e-hökumət və s. geniş tətbiq edildiyi bir zamanda, rayon mərkəzləri arasında məsafənin maksimum 20-25 km olduğu muxtar respublikada bu sayda rayona nə ehtiyac var? Məncə, gələcəkdə ölkədə aparılacaq inzibati-ərazi islahatı kontekstində Naxçıvanda bütün rayonlar ləğv edilməli və vahid inzibati-əraziyə malik Naxçıvan Xüsusi (Özəl) Bölgəsi təşkil olunmalıdır. Ya da səkkiz rayonun əvəzinə minimum dörd inzibati-ərazi vahidi – Şərur, Naxçıvan (Babək), Ordubad rayonları (sovetdən qalma bu termindən də imtina etmək lazımdır – K.İ) və Naxçıvan şəhəri təşkil oluna bilər. Əslində, bu bölgü regionun tarixi xüsusiyyətlərinə də uyğundur.

P.S. Mən bu mülahizələrimi hələ 2023-cü ildə elmi məqalə şəklində qələmə alaraq nəşr olunması üçün təqdim etmişdim. Lakin bəziləri məqalədəki fikirlərin həddən artıq radikal və konstitusiya zidd olduğunu əsas götürərək onu çap etməkdən imtina etmişdilər. Son günlərdə Naxçıvan konstitusiyasına edilmiş bir sıra dəyişikliklər, o cümlədən Naxçıvan muxtariyyəti statusunun müəyyənləşdirilməsində Moskva və Qars müqavilələrinə istinadın oradan çıxarılması və yalnız Azərbaycan konstitusiyasına istinad edilməsi, Naxçıvan Ali Məclisinin sədrinin səlahiyyətlərinin məhdudlaşdırılması, Naxçıvan Ali Məclisinə seçkilərin Azərbaycan Prezidenti tərəfindən, Naxçıvan Ali Məclisi sədrinin təklifi əsasında təyin edilməsi, Naxçıvanın Nazirlər Kabinetinin Naxçıvan Ali Məclisinə yox, Azərbaycan Prezidentinə tabe olması və iş qaydasının onunla dəqiqləşdirməsi, Azərbaycan Prezidentinin razılığı olmadan Naxçıvanda icra hakimiyyəti orqanlarının yaradılmasının qadağan edilməsi, konstitusiyaya Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı maddənin daxil edilməsi və s. dəyişiklər heç şübhəsiz, mütərəqqi addımlardır və təqdir olunmalıdır. Lakin Aərbaycan Respublikasında idarəetmə islahatlarının həyata keçirilməsi kontekstində və onların məntiqi nəticəsi Naxçıvan muxtariyyətinin ya tamam ləğv edilməsi, ya da məhdudlaşdırılması olmalıdır.

Əvvəlki Yazı

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

XƏBƏR LENTİ

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

Naxçıvanın muxtariyyət statusu ilə bağlı mülahizələr

06 Fevral 2026 / 15:53
38
Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

Ən yeni texnoloji cihazlar artıq “Bakcell Shop”da!

06 Fevral 2026 / 11:46
5
Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

Tarixi ədalətin bərpası prezident İlham Əliyevin qətiyyətli mövqeyi və siyasəti nəticəsində mümkün oldu

05 Fevral 2026 / 23:04
67
İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramına qeydiyyat davam edir – Gənclərin nəzərinə

03 Fevral 2026 / 14:06
8
Respublika Uşaq Kitabxanasında  “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında “Sağlam Gənclik – Güclü Gələcək” adlı tədbir keçirilib-Fotolar

02 Fevral 2026 / 20:20
93
“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

“Zal qızı Zalxa” tamaşasının premyerası alqışlarla qarşılandı – FOTOLAR

01 Fevral 2026 / 17:04
15
Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

Gənclər Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib – FOTOLAR

01 Fevral 2026 / 16:54
31
Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

Sağlamlığınız təhlükədədir: Bu məhsullar sizi ölümə aparır

30 Yanvar 2026 / 18:44
7
Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

Paşinyan niyə “Türkiyə agenti” elan olundu: Ermənistan “Rusiyanın düşmənləri” sirasına yerləşir

30 Yanvar 2026 / 18:26
6
İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

İranın təhdid ritorikası: Azərbaycan niyə ön plandadır? – ŞƏRH

30 Yanvar 2026 / 18:23
7
Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

Bu şəxslər əsgərliyə gedəndə 3 500 manat alacaq

30 Yanvar 2026 / 17:46
8
Prezident səfiri geri çağırdı – FOTO

Prezident sərəncam imzaladı – Bu gənclər mükafatlandırıldı – ADLAR

30 Yanvar 2026 / 16:29
6
Azərbaycan dünyada idman ölkəsi kimi tanınmaqdadır

2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı təsdiqləndi

30 Yanvar 2026 / 16:26
3
“Qarabağ”ın rəqibi müəyyənləşdi

“Qarabağ”ın rəqibi müəyyənləşdi

30 Yanvar 2026 / 15:25
3
Onlara pulsuz mənzil veriləcək – Sadəcə bu sənədlər lazımdır

Bu il Bakıda mənzillərin qiyməti bahalaşacaq? – AÇIQLAMA

30 Yanvar 2026 / 15:12
5
“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

“Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı

30 Yanvar 2026 / 14:16
4
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır

30 Yanvar 2026 / 14:04
6
Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

Nəsimi Nəbizadənin qaçdığı Reabilitasiya Mərkəzinin rəhbəri TUTULDU – YENİLƏNİB

30 Yanvar 2026 / 12:55
3
Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

Konstitusiya Məhkəməsi pensiya stajı ilə bağlı QƏRAR VERDİ

30 Yanvar 2026 / 11:58
5
Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

Kitab Bağışlama Günü münasibətilə “Bir kitapb, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verilir

28 Yanvar 2026 / 14:51
39
Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

Qubadlı rayonunun icra başçısının ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi – FOTOLAR

27 Yanvar 2026 / 19:31
9
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!

27 Yanvar 2026 / 19:21
6
“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

“Nar” hər kəs üçün bərabər xidmət mühitini gücləndirir

26 Yanvar 2026 / 17:39
4
“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

24 Yanvar 2026 / 14:17
49
“Qanla Yazılan Tarix: 20 Yanvar”

“Qanla Yazılan Tarix: 20 Yanvar”

17 Yanvar 2026 / 20:51
43
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir

16 Yanvar 2026 / 19:11
9
Ehtiram Mehtiyev: “Prezident İlham Əliyev bu müzakirələrdə qalib lider, regional təhlükəsizliyin təminatçısıdir”

Vaxt gələcək Ermənistan hökuməti Azərbaycan xalqından üzr istəyəcək – Ehtiram Mehtiyev

16 Yanvar 2026 / 16:57
145
Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

Təhsil, yaddaş və şəxsiyyət: Fazil Abasquluzadə nümunəsində Şurnuxu məktəbi

16 Yanvar 2026 / 16:00
55
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib – FOTO

15 Yanvar 2026 / 20:15
8
Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

Dünyanın tanınmış hüquqşünasları professor İlham Rəhimovu təbrik etdilər

13 Yanvar 2026 / 21:06
12
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.