13 - 09 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Gündəm

Qalib dövlətin lideri: İlham Əliyev və Azərbaycanın gələcək strategiyası

Dekabr 24, 2025
Gündəm, Manşet
A A

Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi 22 illik dövr müasir dövlətçilik tariximizdə keyfiyyətcə yeni mərhələ kimi xarakterizə olunur. Bu dövr yalnız zaman baxımından deyil, məzmun və nəticələr etibarilə də ölkənin taleyini dəyişən, strateji dönüşlərə imza atılan bir mərhələdir. İlham Əliyevin liderliyi altında Azərbaycan sürətli və davamlı inkişaf modelini formalaşdıraraq regional aktordan qlobal siyasi proseslərdə söz sahibi olan dövlətə çevrilib.

İlk növbədə qeyd edilməlidir ki, bu 22 il ərzində ölkədə davamlı uğurların institusional əsasları qurulub. İqtisadi müstəqillik, enerji təhlükəsizliyi, güclü maliyyə ehtiyatları və modern infrastruktur ölkənin uzunmüddətli inkişaf strategiyasının təməl sütunlarını təşkil edir. Neft-qaz gəlirlərinin rasional idarə olunması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin strateji baxışının real nəticələridir.
İlham Əliyevin liderliyinin ən mühüm xüsusiyyətlərindən biri mürəkkəb və ziddiyyətli geosiyasi prosesləri Azərbaycanın milli maraqları prizmasından idarə etməyi bacarmasıdır. Qlobal böhranlar, regional qarşıdurmalar və beynəlxalq sistemdəki qeyri-sabitlik fonunda Azərbaycan balanslı, praqmatik və müstəqil xarici siyasət kursu yürüdərək öz mövqelərini möhkəmləndirib. Bu siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və ciddi oyunçu statusu qazanıb.

Prezident İlham Əliyevin tarixi missiyalarından biri məğlub vəziyyətə salınmış bir ölkəni qalib dövlətə və xalqa çevirmək oldu. İkinci Qarabağ müharibəsində əldə olunan möhtəşəm Qələbə təkcə hərbi uğur deyil, illərlə aparılan düşünülmüş siyasətin, güclü dövlət quruculuğunun və liderin qətiyyətli iradəsinin nəticəsi idi. Bu Qələbə regionda yeni siyasi-hərbi reallıqlar yaratdı və Azərbaycanın söz sahibi olduğu yeni təhlükəsizlik arxitekturasının əsasını qoydu.

Bu gün Prezident İlham Əliyev yalnız ölkə daxilində deyil, beynəlxalq miqyasda da böyük nüfuza malik lider kimi qəbul olunur. Onun çıxışları, təşəbbüsləri və mövqeləri qlobal platformalarda diqqətlə izlənir, beynəlxalq aktorlar tərəfindən ciddi şəkildə nəzərə alınır. Azərbaycan artıq proseslərin obyektinə deyil, subyektinə çevrilib.

Yeni reallıqlar yaratmaq bacarığı İlham Əliyevin siyasi liderliyinin əsas xüsusiyyətlərindəndir. Postmünaqişə dövründə bölgədə sülh gündəliyinin formalaşdırılması, regional əməkdaşlıq təşəbbüsləri və nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın gələcək onilliklər üçün strateji rolunu müəyyənləşdirir. Qlobal miqyasda mürəkkəb geosiyasi proseslər fonunda Prezident İlham Əliyev böhranları fürsətə çevirməyi bacaran lider kimi çıxış edir.

Bütün bu reallıqlar onu göstərir ki, Azərbaycanın gələcəyi Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası ilə birbaşa bağlıdır. Bu strategiya güclü dövlət, qalib xalq, dayanıqlı sülh və davamlı iqtisadi inkişaf prinsiplərinə əsaslanır. Şübhəsiz ki, bundan sonra da İlham Əliyevin liderliyi altında Azərbaycan yeni uğurlara imza atacaq, milli maraqlarını qlobal miqyasda qorumaq və möhkəmləndirmək istiqamətində irəliləməyə davam edəcək.

Azərbaycanın gələcəyi düşünülmüş strategiya, qətiyyətli liderlik və milli həmrəyliyin vəhdətində formalaşır. Bu yol isə artıq müəyyən edilib və dönməz xarakter alıb.

Müşfiq Məmmədli,
Milli Məclisin deputatı

Əvvəlki Yazı

Respublika Gənclər Kitabxanasında “Xalq yazıçısı Yusif Səmədoğlu – 90” adlı elektron məlumat bazası yaradılıb

Növbəti Yazı

Gənclər Kitabxanasında akademik Nailə Vəlixanlının 85 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb

XƏBƏR LENTİ

Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

Peskov: Zelenski Putinlə görüşmək istəsə, Moskvaya gələ bilər

12 Sentyabr 2026 / 18:07
0
Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

Zelenski: Rusiyanın Ukraynadakı hücumları nəticəsində 3 nəfər ölüb, çoxlu sayda insan yaralanıb

12 Sentyabr 2026 / 17:57
1
Azərbaycan iləTürkiyə arasında 3 böyük elektrik layihəsi planlaşdırılır

Azərbaycan iləTürkiyə arasında 3 böyük elektrik layihəsi planlaşdırılır

12 Sentyabr 2026 / 13:05
9
Hikmət Hacıyev Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı – Video

Hikmət Hacıyev Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı – Video

12 Sentyabr 2026 / 10:56
15
Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir-Ağdərə və Kəlbəcərdə olacaqlar

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri davam edir-Ağdərə və Kəlbəcərdə olacaqlar

12 Sentyabr 2026 / 10:17
15
İraq Səudiyyə neft kəməri boyunca öz ərazisindən pilotsuz təyyarələrin buraxıldığını təsdiqləyib

İraq Səudiyyə neft kəməri boyunca öz ərazisindən pilotsuz təyyarələrin buraxıldığını təsdiqləyib

12 Sentyabr 2026 / 9:54
14
Ukrayna Təhlükəsizlik Xidmətinin binası vuruldu – Video

Cavab vermək üçün saniyələr: Rus paraşütçülərinin zərbələri daha sürətli və daha ölümcül oldu

12 Sentyabr 2026 / 9:16
14
Carlson: ABŞ dünyanı de-dollarizasiyaya doğru sövq edir

Carlson: ABŞ dünyanı de-dollarizasiyaya doğru sövq edir

12 Sentyabr 2026 / 8:11
10
Tramp Putin və Zelenskiyə zəng edəcək: Sülh planına hansı maddələr daxil ola bilər?

Yeraltı: Ukraynalılar Zelenskinin sülh istəyinə demək olar ki, inanmırlar

12 Sentyabr 2026 / 8:05
9
Varvikko: Finlandiya nüvə silahlarının ölkə ərazisindən tranzitinə görə məsuliyyətdən azad etdi

Varvikko: Finlandiya nüvə silahlarının ölkə ərazisindən tranzitinə görə məsuliyyətdən azad etdi

12 Sentyabr 2026 / 7:59
17
ABŞ Rusiyanın “Qızıl Qübbə” raket əleyhinə müdafiə sistemindəki effektivliyini qiymətləndirib

ABŞ Rusiyanın “Qızıl Qübbə” raket əleyhinə müdafiə sistemindəki effektivliyini qiymətləndirib

12 Sentyabr 2026 / 7:52
17
İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə bölgəsini vurub

Rusiya Ukraynanın Krivoy Roq şəhərinə zərbələr endirib-bir nəfər ölüb

12 Sentyabr 2026 / 7:32
22
Lukaşenko oğlunun hərbi xidmətdə “ən çətin bölmədə” xidmət etdiyini deyib

Lukaşenko oğlunun hərbi xidmətdə “ən çətin bölmədə” xidmət etdiyini deyib

12 Sentyabr 2026 / 7:19
25
Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

Səudiyyə Ərəbistanının Xamis Müşait və Taif şəhərləri üçün verilən “təhlükə xəbərdarlığı” başa çatıb

12 Sentyabr 2026 / 7:05
16
İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6,6 bal gücündə zəlzələ baş verib

12 Sentyabr 2026 / 6:53
10
Özbəkistanda Türk Dünyasına uyğun əlifbaya keçidlə bağlı qanun qəbul edilib

Özbəkistanda Türk Dünyasına uyğun əlifbaya keçidlə bağlı qanun qəbul edilib

12 Sentyabr 2026 / 6:38
15
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

Rusiya pilotsuz təyyarələri Zaporojyedə özəl yaşayış sahəsinə hücum edib

12 Sentyabr 2026 / 3:32
16
L’Antidiplomatico: Putin Zelenskinin Rusiya Federasiyasını hədələməsinə sərt reaksiya verdi

Putin:”Avropa qoşunlarını Ukraynaya göndərməsi Rusiya ilə müharibə deməkdir”

12 Sentyabr 2026 / 3:17
6
Britaniya hərbi lideri: Rusiya artıq Ukraynada yarım milyon əsgər itirib -Foto

Britaniya hərbi lideri: Rusiya artıq Ukraynada yarım milyon əsgər itirib -Foto

12 Sentyabr 2026 / 3:05
15
Onlar Moskva və Kiyevdə hərəyə bir görüş keçirəcəklər

Zelenski: Rusiya Ukrayna enerjisinə hücumlara layiqli cavab verəcək

12 Sentyabr 2026 / 2:50
24
Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib – FOTOLAR

Akademik Musiqili Teatrında Mobil Əhmədovun 95 illiyinə həsrolunmuş konsert keçirilib – FOTOLAR

11 Sentyabr 2026 / 20:39
11
Mali ordusu: Avqust ayı əməliyyatlarında 1000-ə yaxın silahlı dəstə üzvlərini zərərsizləşdirilib

Mali ordusu: Avqust ayı əməliyyatlarında 1000-ə yaxın silahlı dəstə üzvlərini zərərsizləşdirilib

11 Sentyabr 2026 / 17:24
1
BRİKS sammitində Putin ayaqda alqışlandı: təfərrüatlar

BRİKS sammitində Putin ayaqda alqışlandı: təfərrüatlar

11 Sentyabr 2026 / 17:16
22
Baş prokuror Kamran Əliyev Qazaxıstana səfərdədir -Fotolar

Baş prokuror Kamran Əliyev Qazaxıstana səfərdədir -Fotolar

11 Sentyabr 2026 / 17:03
27
Diyarbəkirdə 77 nəfərin dəfn edildiyi binada sütun kəsilib

Diyarbəkirdə 77 nəfərin dəfn edildiyi binada sütun kəsilib

11 Sentyabr 2026 / 16:50
28
Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi – Fotolar

Əli Əsədovun rəhbərliyi ilə İqtisadi Şuranın iclası keçirildi – Fotolar

11 Sentyabr 2026 / 16:39
30
Euractiv: Kiyev Aİ-ni müdafiə sənayesinin genişlənməsinin yavaş tempinə görə tənqid edib

Euractiv: Kiyev Aİ-ni müdafiə sənayesinin genişlənməsinin yavaş tempinə görə tənqid edib

11 Sentyabr 2026 / 15:53
13
Türkiyə məhkəməsi İstanbulun keçmiş bələdiyyə başqanı İmamoğlunu 2 il müddətinə azadlıqdan məhrum edib

Türkiyə məhkəməsi İstanbulun keçmiş bələdiyyə başqanı İmamoğlunu 2 il müddətinə azadlıqdan məhrum edib

11 Sentyabr 2026 / 15:45
13
Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra Qafqazda liman və dram teatrı yanıb

Ukrayna Silahlı Qüvvələrinin mikroavtobusa hücumu nəticəsində iki nəfər ölüb

11 Sentyabr 2026 / 15:29
4
İran prezidenti Pezeşkian: Müharibənin davam etməsi ilə razı deyiləm

İran prezidenti Pezeşkian: Müharibənin davam etməsi ilə razı deyiləm

11 Sentyabr 2026 / 14:44
7
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.