14 - 06 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Vətən – Mənim öz adım

Tariximizə sahip çıxaq: Qalib xalqın qələmi susmamalıdır

Sentyabr 16, 2025
Araşdırma
A A

Unutmamalı və unutdurmamalı!

Biz tarixin müəyyən zaman kəsiklərində xalqımızın başına gətirilən faciələri, soyqırımları unutduq və unutdurduq. Mənfur düşmənlərimizi gələcək nəsillərə olduğu kimi tanıtmadıq. Qatı düşmən isə heç zaman yatmadı, çirkin niyyətlərinin keşiyində həmişə ayıq-sayıq dayandı. Qələbələrini də elə bu səbəbdən qazandı. 1536-cı ildə bir milyon kvadrat kilometrlik ərazidə öz parlaq səltənətini quran böyük Azərbaycan hazırda 86,6 min km²-lik  əraziyə malikdir. Bu faktın özü bir çox məqamlardan, mətləblərdən xəbər vermirmi?

Zamanında düşmənin hiyləsini, məkrini görüb xalqa olduğu kimi izah etsəydik, təbliğ etsəydik, xalqın yaddaşını korşalmaqdan qorusaydıq və ən nəhayət, birləşsəydik, bu günkü maddi və mənəvi itkilərlə üzləşməzdik. Dünənimizdə baş verən səhvləri biz bu gün düzəltməliyik. Haqq səsimizi bütün dünyaya hayqırmalıyıq. Bunun üçün isə ən birinci silahımız mənfur qonşlarımıza qarşı təbliğat və təşviqat vasitələrini daim aktiv fəaliyyətdə saxlamağımızdır.

Tarixi Azərbaycan torpaqları üzərində salınan şəhər və kəndlərimizi müasir dövrün internet resurslarından istifadə etməklə beynəlxalq aləmə tanıtmalı, habelə, onları mənfur erməni yalanlarının məngənəsindən qurtarmağa çalışmalıyıq.

Dayanmadan çalışan məkrli erməni təbliğat maşınının qarşısında durmaq və tərəfimizdən daima müqavimət  göstərmək mütləq haldır. Bunun üçün bütün təbliğat və təşviqat fəailiyyətimizi qarşı tərəfin əksinə- həqiqətin səmtinə yönəltməliyik ki, heç kimsə bu saxtakarların dediyinə, uydurmasına, saxta nağıllarına inanmasın. Daima fəaliyyətimizi haqq istiqamətində qurmalıyıq. Əcdadlarımızın bizə miras qoyub getdikləri, tarixi-milli, dini abidələrimizi mənfur qonşularımızın hiyləsindən, fitnə-şərindən qorumalı, onu gələcək nəsillərə miras olaraq ərməğan etməliyik. Bu yolda sarsılmaz dəyanətimiz, ardıcıl mübarizəmiz və yağı düşmənə qarşı haqq savaşımız əbədi məşəl kimi alovlanmalı və bizi haqlı istəyimizə doğru götürməlidir.

Torpağını, millətini sevərək, onu göz bəbəyi kimi qorumağı qarşısına məqsəd olaraq qoyan Azərbaycan vətəndaşları bu müqəddəs vəzifənin öhdəsindən layiqincə gəlməlidir. Biz də Vətəndaş Cəmiyyəti İnstitutu olaraq bu istiqamətdə öz töhfəmizi verməliyik.

Gələcəyimiz olan uşaqlara, gənclərə milli-mənəvi dəyərlərimiz, tarixi keçmişimiz, hərb tariximiz haqqında geniş məlumatlar verilməlidir. Onlara xalqımızın görkəmli elm xadimləri tanıdılmalıdır. Ədəbiyyat və incəsənət tariximizdən bəhs etməli, soy-kök bağlarımızdan, min illiklərə söykənən dövlətçilik tariximizdən danışılmalıyıq.

Vətənə, torpağa bağlı sevginin bədii təcəssümü olaraq gənclərimiz qəhrəmanlığı, ərliyi, ərənliyi xalqımızın yaratdığı qəhrəmanlıq dastanlarından, eposlarından öyrənməlidir. Tomrisin, Bayındır xanın, Qazan xanın, Burla xatunun, Koroğlunun, Gizzir oğlu Mustafa bəyin, Qaçaq Nəbinin, Həcərin, Mübariz İbrahimovun, Polad Həşimovun və digər qəhrəmanların həyatı gəncliyə örnək bir məktəbdir.

…İllərlə həsrət qaldıq o Vətən torpaqlarına. İgidlər oylağı Cıdır düzü bədöy Qarabağ atları üçün qəribsədi. Bulaq başları nazlı sənəmlərini arzuladı. Yüzlərlə vətən həsrətli qarabağlı, zəngəzurlu gözü yaşlı, könlü dağlı köçdü dünyadan…

Biz mənfur erməni tapdağı altında inildəyən vətən torpaqlarını- Qarabağı, Şuşanı, Laçını, Qubadlını, Kəlbəcəri və digər yurd yerlərimizi an belə unutmadıq.

Dövlətimiz xalqla bir oldu. Qarabağ, Şuşa bir an belə unudulmadı. Bütün Azərbaycanın və azərbaycanlıların sözü-söhbəti Qarabağ, Şuşa, erməni tapdağında qalan Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Cəbrayıl, Zəngilan, Füzuli oldu.

Ermənistanın baş naziri Nikol Paşinyanın Cıdır düzündəki “yallısı” Qarabağın azad olunması yolunda həlledici məqam oldu –“nöqtə” “Nida” ilə qarşılaşdı.

Azərbaycan Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyev bu rəzillərin “özbaşınalığına qarşı” sərt mövqe nümayiş etdirdi.

Nəhayət, həqiqət zəfər çaldı. Ulu Öndərin arzusunu Ali Baş Komandanımızın ardıcıl, dönməz qətiyyəti, böyük şücaəti, “dəmir yumruğu” həyata keçirdi.

2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi düşmən əsarətindən qurtuluşla nəticələndi. Torpaqlarımız yağı düşmənin caynağından igid oğullarının hesabına qurtarıldı. Bütün Azərbaycan o şanlı tarixi günü bayram etdi. Ali Baş Komandanın bilavasitə rəhbərliyi ilə igid, qorxmaz, cəsur, ürəyi vətən, Qarabağ, Şuşa sevgisi ilə dolu olan ərlərimiz, ərənlərimiz işağl altında inildəyən Vətən torpaqlarını əsarətdən qurtardılar. Başından dumanı, çəni, yağışı-yağmuru əskik olmayan Şuşa 2020-ci ilin noyabr ayında özünün nadir günlü-günəşli günlərini yaşayırdı. Sanki öz doğma ana qucağını açaraq, öz övladlarını qoynuna səsləyirdi.

Yeri gəlmişkən qeyd edim ki, ötən illər ərzində mənfur erməni təbliğat maşını dünyanı əsassız, uydurma iddialarla Qarabağı, həmçinin, milli mədəniyyət beşiyimiz olan, Pənahəli xan tərəfindən salınan qədim-qayım türk torpağı olan Şuşanı bütün dünyaya erməni yurdu olaraq təbliğ etdi və hazırda da etməkdədir. Onlar öz çirkin əməllərindən əsla əl çəkmirlər.

Ötən 30 il ərzində torpaqlarımızda at oynadan, özbaşınalıq edən barbar erməni terrorçuları beynəlxalq məhkəmələrdə törətdikləri əməllərə görə ciddi məsuliyyətə cəlb olunmalıdırlar. Erməni hökuməti tarixi Azərbaycan torpaqlarında milli-mədəni irsimizə, habelə, vətəndaşlarımıza qarşı cinayət tərkibli əməllərinə görə cavabdehlik daşımalıdır. Quldurluqla məşğul olan erməni dövlətinin iç üzü sübut və dəlillərlə ifşa olunmalı və bu materiallar beynəlxalq məhkəmələrə, aidiyyatı orqanlara, erməniləri himayə edən dünyanın bir çox hökumətlərinə çatdırılmalıdır.

Əsl erməni üzü, yalan və uydurması ifşa olunmalı və bu bütün sülhsevər dünyaya bəyan edilməlidir. Bu üzdəniraqlar bir milyondan artıq azərbaycanlının milli-mənəvi hissiyyatı ilə oynadılar, onları doğma ocaqlarından didərgin düşürdülər, ölüsünə-dirisinə hörmət qoymadılar.

Bu var-dövlət tamahkarları, oğruları vətəndaşlarımızın malını-mülkünü əllərindən aldılar, özlərini isə ayağı çılpaq, başı açıq çöllərə saldılar. Ömrü boyu evində, elində yaşayan insanlar can hövlü ilə dağlara, dərələrə pənah apardılar. Bu dağ və dərələrdə də onları qatil, quldur erməni terrorçuları aman vermədi. Xalqımızın başına gətirdikləri soyqırımlarına, faciələrə görə, milli-mənəvi genetik yaddaşımıza vurulan bu zərbələrə görə erməni qaniçənliyini unutmayayacaq, unutdurmayacaq və daima onları lənətləyəcəyik. Çünki, başımıza nə gəldisə, unutqanlığımız üzündən gəldi.

Bütün bu həsrətin, ağrı-acının, zülm və vəhşətin təsviri, təşviqi, təbliği daima olaraq gündəlikdə saxlanılmalı, tərəfimizdən hələ də “eşitməyən” qulaqlara haqq səsimiz eşitdirilməlidir. Kütləvi İnformasiya Vasitələri, sosial media qurumları, müxtəlif şəbəkələr, habelə, əyani və qiyabi görüşlər müqəddəs amal və məramımız yolunda ən yaxın silahdaşımız olmalıdır. “Müsəlləh” əsgər olaraq Vətən yolunda daima-durmadan çalışmaq qarşımıza qoyduğumuz əsas məqsəd olaraq yollarımıza nur səpməlidir.

İslam Mahmudov

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaq və gənclərin zərərli təsirlərdən qorunması” adlı layihəsi çərçivəsində çap olunur.

Əvvəlki Yazı

30 min əsgərlə təlim: Rusiya və Belarus nəyə hazırlaşır?

Növbəti Yazı

Müəllim naziri və agentlik direktorunu tənqid etdi: “Deyirlər, dərsləri bununla keçin”

XƏBƏR LENTİ

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

Pay Torpaqları Əhalinin Əlindən Alınacaq? -Deputatdan Aciqlama

13 İyun 2026 / 21:40
11
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

Bakcell yeni baş icraçı direktor təyinatını elan edib

13 İyun 2026 / 13:42
3
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

13 İyun 2026 / 13:41
2
Yol polisi sürücülərə müraciət etdi

Yol polisi sürücülərə müraciət etdi

13 İyun 2026 / 12:03
16
Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

Böyük Şəhər Bələdiyyəsi modeli gündəmdə deyil… – Deputat Razı Nurullayev

13 İyun 2026 / 9:56
2
Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

Rusiya Ermənistandakı seçkilərin nəticəsini tanımaya bilər

13 İyun 2026 / 9:48
2
Şuşada TDT Forumu keçirilir

Şuşada TDT Forumu keçirilir

13 İyun 2026 / 9:44
6
 Ohanyan məcburi məhkəməyə gətirilir

 Ohanyan məcburi məhkəməyə gətirilir

13 İyun 2026 / 9:37
1
Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

Qadağan olunmuş məlumatları “TikTok”da yayan şəxs həbs olundu

13 İyun 2026 / 9:33
1
Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

Sosial şəbəkə üçün video çəkərkən yıxılıb öldü – Anbaan görüntülər

13 İyun 2026 / 9:28
7
Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-Fotolar

13 İyun 2026 / 1:19
55
Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında maraqlı kitab müzakirəsi keçirilib-Fotolar

13 İyun 2026 / 1:13
38
Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

Xaqani Şirvaninin zəngin irsi uşaqlara təqdim edilib-Fotolar

05 İyun 2026 / 8:41
40
“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

“Əslində böhtan bu gün cəmiyyətin geniş təbəqələrində rast gəlinən ciddi etik və hüquqi problemdir”-Rafiq Daşdəmirli

05 İyun 2026 / 7:41
47
Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

04 İyun 2026 / 20:51
2
“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

“XXI Əsrin Qadınları” İctimai Birliyi Şamaxıda tədbir keçirib – FOTO

04 İyun 2026 / 20:48
6
Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

Bakıdan Türkiyəyə Qatarla gediş-gəliş başladı

03 İyun 2026 / 12:44
16
Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

Süni qiymət artımı turizmə zərbə vurur… – Deputat Razı Nurullayev

03 İyun 2026 / 11:22
26
“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

“Aztəminatlı ailələrə hüquqi yardımın göstərilməsi” layihəsinə start verilib

03 İyun 2026 / 11:09
2
Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ağdaş rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

03 İyun 2026 / 9:43
25
Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

Ermənistanda seçkilər: Kreml üçün yeni geosiyasi sınaq mərhələsi – ŞƏRH

03 İyun 2026 / 9:29
120
Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

Uşaqpulu bərpa olunmalıdır, ailələr sıxıntı içindədir… –Rafiq Daşdəmirli

03 İyun 2026 / 9:17
81
Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

Xankəndidə “Qarabağ Mənzərələri” adlı etüd-sərgi keçirildi – FOTOLAR

02 İyun 2026 / 23:20
9
Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

Prezident Administrasiyasında MCP başqanı ilə görüş keçirilib

02 İyun 2026 / 16:09
66
“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

02 İyun 2026 / 14:09
3
Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

Gələcəyin 1 nömrəli sərvəti Ermənistanda tapıldı – Azərbaycan da siyahıya salına bilər

02 İyun 2026 / 13:05
34
“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

“Bir bayraq altında doğulan Azadlıq” adlı e-resurs istifadəçilərə təqdim edilib

02 İyun 2026 / 11:39
54
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü Respublika Uşaq Kitabxanasında qeyd ediblər-Fotolar

02 İyun 2026 / 11:28
44
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu

02 İyun 2026 / 0:34
3
Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində qətl olub

01 İyun 2026 / 20:16
15
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.