25 - 08 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

ÇAĞDAŞ DÖVRÜN GÖRKƏMLİ QADINININ FƏLSƏFİ PORTRETİNƏ ÇİZGİLƏR

Avqust 25, 2025
Araşdırma
A A

Dünya sivilizasiyası tarixi insan fəaliyyətinin, demək olar ki, bütün sahələrində görkəmli qadın obrazları ilə zəngindir. Bu qadınlar təkcə öz ölkələri deyil, bütün dünyada inkişafın simvolu olublar. Bəs, bu fenomenal qadınlar öz fəaliyyətlərində hansı fəlsəfi, mənəvi və əxlaqi imperativlərdən qaynaqlanıblar?

Bu baxımdan yanaşsaq, insan düşüncəsinin müəyyən fəlsəfi əsaslarını yaradan görkəmli qadınları xatırlamaq olar. Məsələn, Platon və Aristotel fəlsəfəsini tədris edən İsgəndəriyyəli Hipatiya (b.e. V əsr) fəlsəfənin məqsədi kimi Tanrı ilə mistik qovuşma haqqında Platonun həqiqətini müdafiə edirdi. Zərif cinsin ümumbəşəri fəlsəfi konsepsiyaların əsasını formalaşdıran digər nümayəndələrinin də adlarını çəkmək olar.

 

Bu nəzəri səylər qadınların cəmiyyətdəki mövqeyini ucaldıb və onları bəşəriyyətin rifahı naminə ən qabaqcıl ideyaların daşıyıcısı və icraçısına çevirib.
Doğrudan da, Kleopatra qədim Misir dövlətini Romanın müdaxiləçi təcavüzlərindən qoruyanda və ya Janna D’Ark Fransa torpaqlarını ingilis əsarətindən azad edəndə ilahi, tanrısal başlanğıcla əlaqəyə dair fəlsəfi ideyanı əsas tutmurdularmı? Bəs, İkinci Dünya müharibəsindən sonra dövlət suverenliyi qazanmış ölkələrin hərtərəfli tərəqqisi naminə öz həyatlarını qurban vermiş İndira Qandi və Benazir Bhutto necə?! İstənilən halda, mövcud sivilizasiyanın dəyişdirilməsi üçün böyük qadın dövlət xadimlərinin hər cür fədakarlığının əsasında onların obrazını formalaşdıran fəlsəfi, mənəvi-əxlaqi motivlər dayanır.
Azərbaycan torpağı həmişə öz xalqına hörmət gətirən, onun sarsılmaz azadlıq iradəsini, dərin mədəniyyətini, qeyri-adi tolerantlığını və misli görünməmiş intellektini simvolizə edən görkəmli qızları, qadınnları ilə tanınıb. Məəsələn, ağlı və uzaqgörənliyi sayəsində dövlətin idarə olunmasında fəal iştirak edən Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatunu nümunə gətirmək yetərlidir. Yaxud böyük Aleksandr Dümanı təkcə Leonardo da Vinçi fırçasına layiq parlaq aristokratik görünüşü deyil, həm də dərin, hərtərəfli ağlı ilə heyran edən görkəmli şairə və dövlət başçısı Xurşidbanu Natəvan. Bu kateqoriyada XI əsrin öz lirik-fəlsəfi rübailəri ilə məşhur olan görkəmli şairəsi, İslam İntibahının parlaq nümayəndəsi Məhsəti Gəncəvi xüsusi yer tutur.
Müasir dövrdə də adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış çoxsaylı görkəmli qadınlar var – tarixi ənənə bu gün da davam eləyir. Hər kəsdən öncə, təbiidir ki, bir neçə mötəbər ad çəkilməlidir: Azərbaycan oftalmologiyasının inkişafına əvəzsiz töhfələr bəxş edən, bu sahədə yeni istiqamət müəyyənləşdirən, qadınların respublikanın ictimai-siyasi proseslərdə iştirakına güclü təkan verən akademik Zərifə xanım Əliyeva; Azərbaycanda müasir şərqşünaslıq elminin əsasını qoyan, gələcək Azərbaycan diplomatiyasının ərəb-şərq dövlətləri ilə əlaqəsinin nəzəri əsasını yaradan akademik Aida xanım İmanquliyeva; müstəqil Azərbaycanın gələcək xarici siyasət kursunun əsasını qoyanlardan biri, görkəmli dövlət xadimi, sovet dövründə xarici işlər naziri olmuş Tahirə Tahirova!
Ölkəmizin son dönəmlərdə möcüzəli oyanışı və bəşər sivilizasiya piramidasının zirvəsinə intensiv yüksəlişinin bərəkətli axarında, proseslərin müsbət istiqamətə yönəlməsində qadınların rolu ilə bağlı tarixi ənənəni layiqincə davam etdirən Respublikanın Vitse-Prezidenti, onun Birinci Xanımı Mehriban Əliyevanın fəaiyyəti ilə sözügedən meyl özünün yeni, daha yüksək mərhələsinə daxil olur.
Son 50 ildə siyasətdə qadınların rolunun artması bizi – Azərbaycan sakinlərini bu həqiqətən də görkəmli şəxsiyyətin, onun Azərbaycan xalqının hərtərəfli rifahı və mədəni tərəqqidə dünya proseslərinə təsiri naminə böyük sonuclara gətirib çıxaran fəlsəfi baxışlarına daha ətraflı, daha diqqətli baxmağa sövq edir. Çünki hələ 2020-ci ildə Aİ milli parlamentlərində yerlərin və hökumət üzvlərinin 33%-i qadınların payına düşürdü.
Mehriban xanım öz ölkəsinin sosial-humanitar və mədəni modernləşməsinin ilhamvericisi və ümumdünya inkişafına öz əvəzsiz töhfələrini vermiş şəxs kimi müasir dünyanın görkəmli qadın liderləri qrupuna daxildir. O ən qabaqcıl, mütərəqqi düşüncə və ideyaların saysız-hesabsız arsenalına malik, öz fəlsəfi potensialının əsas prinsiplərini rəhbər tutaraq, öz səylərini Azərbaycan mədəniyyətinin təbliğatı və Azərbaycan irsinin müdafiəsi, eləcə də, bir çox ölkələrdə mədəni abidələrin bərpası və xilas edilməsinə yönəldən bir mesenat kimi bütün dünyada tanınır. Bu və bir sıra digər amillər sayəsində Mehriban xanım təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da sevgi və rəğbət qazanıb.
Bu görkəmli şəxsin dövlət-siyasi, ictimai-humanitar fəaliyyətinin çoxşaxəliliyi o qədər böyükdür ki, onun kiçik bir hissəsi belə bir məqalənin miqyasına sığışmaz. Oxucunun icazəsi ilə biz bu çoxşaxəliliyin fəlsəfi əsasına diqqət yetirəcəyik. Bu çoxşaxəlilik Mehriban xanımın Azərbaycan xalqının mədəni özünüreallaşdırması, onun mənəvi, ictimai-sosial durumunu və Azərbaycan hüdudlarından kənarda da bir çox ölkələri əhatə edən əməllərində aydın şəkildə öz əksini tapır. Onun beynəlxalq səviyyəli görkəmli siyasi və ictimai xadim, bütün dünyada bəşəriyyətin mədəni irsinin qoruyucusu kimi nüfuzu bir çox ölkələrin ictimai, parlament və hökumət xadimlərinin düşüncəsinə qida verir, Azərbaycanın beynəlxalq nüfuzunu misli görünməmiş yüksəkliklərə qaldırır ki, bu da ilk növbədə ölkəmizin imicinə müsbət təsirini göstərir.

Azərbaycanın milli lideri Heydər Əliyev tərəfindən Sovet İttifaqının dağıntıları üzərində yaradılmış müasir Azərbaycan dövlətçiliyinin əsaslarını möhkəmləndirmək üçün xalqımızın minilliklərin dərinliklərinə gedən mədəni nailiyyətlərini bütün dünya ictimaiyyətinə nümayiş etdirərək, ölkənin mədəni simasını ildən-ilə təkmilləşdirmək zəruri idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun sadiq silahdaşı – Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu istiqamətdəki nəhəng səyləri dövlətimizin beynəlxalq imicini gücləndirməyə, erməni dövlət təbliğatının Azərbaycan xalqının böyük mədəni irsini ləkələmək cəhdlərini sərt və güzəştsiz şəkildə dəf etməyə yönəlib. Bu aydın, ardıcıl bir siyasətin həyata keçirilməsi zəruri idi.
Əgər XIX əsrin görkəmli ingilis şairi və kulturoloqu Arnold Metyu vaxtilə “Mədəniyyət ahəngə və işığa can atmaqdır” deyirdisə, müasir dövrdə bu ahəngin və işığın parlaq təcəssümü görkəmli şəxsiyyət Mehriban xanım Əliyevadır! Mehriban xanmın fəaliyyətinin yalnız bəzi aspektlərini işıqlandırmaq belə yetər görəsən ki, dünya dövlət-siyasi elitası onun qeyri-adi şəxsiyyətinə necə heyrandır. Bu gün dünya Mehriban Əliyevanı Şərq və Qərb sivilizasiyasının sintezinin təcəssümü, dünya, Avropa və Şərq dünyagörüşü dəyərlərinin parlaq daşıyıcısı, müasir dövrün görkəmli siyasi xadimi kimi tanıyır.
Onun rəhbərliyi altında Fransada Luvrda İslam İncəsənəti Departamenti yaradılmış, Kann şəhərində Azərbaycan Mədəniyyəti Günləri keçirilmiş, Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi açılmış, Fransanın Dövlət Şərq Dilləri və Mədəniyyətləri İnstitutunda Azərbaycan dili fakültəsi fəaliyyətə başlamışdır. Onun birbaşa rəhbərliyi altında hazırlanmış layihələr sayəsində Versal sarayının ərazisindəki abidələr tarixi görünüşünü bərpa etmiş, Strasburq kafedral kilsəsinin XIV əsrə aid beş vitrajı, Fransanın müxtəlif bölgələrində 20 kilsə, Kapitol muzeylərindəki “Filosoflar zalı” bərpa edilmişdir. Onun inanılmaz iradə, fikir və səyləri ilə Azərbaycan dünyanın ən qiymətli xristian abidələrindən biri olan Vatikandakı Müqəddəs Marselin və Pyetronun katakombalarının bərpası, Müqəddəs Sebastyanın məzarlarının geri qaytarılması, Vatikan muzeyində Zevs heykəlinin və Sikstin zalının, eləcə də Vatikan Apostol Kitabxanasının əlyazmalarının bərpası kimi nəhəng bir layihəni həyata keçirən yeganə İslam ölkəsinə çevrilib.
Milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin Mehriban xanım tərəfindən ardıcıl və diqqətlə həyata keçirilən təbliği proqramı UNESKO-nun İnsanlığın Qeyri-maddi Mədəni İrsi Siyahısına daxil edilmiş Azərbaycan muğamı kimi unikal qədim musiqi növünün təbliğinə xüsusi əhəmiyyət verir. Muğam sadəcə bir janr deyil, bu, Azərbaycanın ruhu, nəfəsi, fəlsəfəsi, səslər, melodiyalar və improvizasiyalarda əbədiləşmiş qədim tarixidir.
Ümumbəşəri musiqi kantatasının bu ucalığının məbədi 2009-cu ildə Bakıda yaradılan Beynəlxalq Muğam Mərkəzi oldu. Mərkəz gənc ifaçılara muğam sənətinin incəliklərini öyrənmək, vokal və instrumental imkanlarını nümayiş etdirmək imkanı verir. Mehriban xanımın təşəbbüsü ilə bu cür mərkəzlər respublikanın bütün bölgələri, həm Qarabağ, həm də digər rayonlarda yayılmışdır.
Bütün bunlar muğamın dünyada populyarlaşması və sevilməsini təmin edir və Azərbaycanın dünya musiqi sənətinin inkişafına mühüm töhfəsi kimi qəbul olunur. Bundan əlavə, Prezident İlham Əliyev və Mehriban Əliyevanın parlaq və səmərəli fəaliyyəti nəticəsində muğam sənətinin təbliğat aspektləri o qədər genişlənib ki, muğamın özü və onun əsas musiqi alətləri olan tar, kamança UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil edilib.
Mehriban xanım Əliyeva təkcə Azərbaycan xalqının mədəni irsinin ardıcıl və qətiyyətli təbliğatçısı kimi deyil, həm də bütün xalqın, xüsusən də, Azərbaycandakı aztəminatlı ailələrin, uşaqların və yaşlıların maraqlarını güzəştsiz müdafiə edən böyük bir xeyriyyəçi kimi əfsanəvi bir ehtiram qazanıb. O, uşaqlara, ehtiyacı olanlara səmimi və davamlı qayğısına, Azərbaycan gənclərinin vətənpərvərlik, dünyada ən mütərəqqi ideyaları qəbul etmək, tolerantlıq və çalışqanlıq ruhunda tərbiyəsi üçün effektiv sistem yaratdığına görə insanların böyük sevgisinə nail olub.
Mehriban xanımın sərhədsiz xeyriyyəçilik fəaliyyəti sadəcə ənənəyə hörmətdən irəli gəlmir. Bu, siyasətə sürətlə daxil olmaq istəyən bu və ya digər ictimai-siyasi xadimin elektorata xoş görünmək üçün imic formalşadırmaq cəhdi də deyil. Bu, görkəmli dövlət xadiminin öz xalqına və bütün bəşəriyyətə səmimi sevgi ilə dolu geniş qəlbindən gəlir.
Ehtiyacı olanlara kömək etmək, adi insanlara qarşı xeyirxahlıq və diqqət göstərmək Mehriban xanımın təbiətinin əsasını təşkil edir. Bu, onun ailə tərbiyəsinin təbii fabulası, bu ailə isə hələ tam öyrənilməmiş genetik kod vasitəsilə nəsildən-nəslə ötürülən həqiqi humanizmə əsaslanan Azərbaycan xalqının mənəvi elitarizminin nümunəsidir.
Yeri gəlmişkən, Brokhauz və Efron lüğəti xeyriyyəçiliyi “varlıların yoxsullara köməyə tələsmək kimi mənəvi borcu” kimi şərh edir və bir qayda olaraq, bu missiya əsasən kişi obrazı ilə əlaqələndirilirdi. Mesenat anlayışı da ilk növbədə güclü cinslə əlaqəli idi. Əslində, bu fəaliyyətin adı Roma aristokratı Qay Silni Mesenatın adından götürülmüşdür. Lakin dünya tarixi qadın xeyriyyəçiliyi və mesenatlığının bir çox nümunəsini bilirdi. Bu gün bunların ən parlaq nümunələrdən biri də Mehriban xanımın qəlbinin genişliyindən qaynaqlanan sosial siyasətidir.
Ölkənin birinci xanımı, Prezident İlham Əliyevin sadiq silahdaşı olan Mehriban Əliyevanın fəaliyyətinin bütün mənəvi və fəlsəfi incəliklərini nəzərdən keçirsək, onun dünya siyasətində baş verən hadisələrin dinamikasına təsiri hər gün artan Prezident İlham Əliyevin yanında rolu ilə bağlı bir sıra paralellər aparmaq olar. Məsələn, Amerika və dünya tarixinin görkəmli prezidentləri Franklin Delano Ruzvelt və Con Kennedi üçün mənəvi-psixoloji, əxlaqi istirahət və dünya sunamilərindən uzaq ailə limanlarının təcəssümü olan Eleonora Ruzvelt və Jaklin Kennedi kimi məşhur birinci xanımları xatırlamaq mümkündür.
Lakin yersiz təvazökarlıq etmədən qeyd etmək olar ki, Mehriban xanımın birinci xanım kimi həyat kredosu, göstərilən nümunələrlə müqayisədə xeyli irəli getmişdir. Çünki o, Prezident İlham Əliyev üçün təkcə ailə xoşbəxtliyi və rifahı mənbəyi deyil, həm də Azərbaycan dövlətçiliyinin daha da çiçəklənməsi, Azərbaycan xalqının rifahının artırılması və mənəvi, mədəni irsinin qorunması istiqamətində nəhəng planların həyata keçirilməsində onun sağ əlinə çevrilmişdir.
Müasir dövrdə heç bir qadın siyasi xadim – Mehriban xanımdan başqa – Şərq qadınının müdrikliyini, etikliyini, zərifliyini Qərb qadınının siyasi modernizmi, intellekti, düşüncə azadlığı və bənzərsiz xarici üslubu ilə birləşdirə bilməmişdir. Hər iki böyük dünya sivilizasiyasının bütün bu xüsusiyyətləri Mehriban Əliyevada inanılmaz harmoniyada birləşir.
Mehriban xanım Əliyevanın bu cür unikal şəxsiyyəti Azərbaycan xalqının bir neçə minillik mənəvi elitarizminin daşıyıcısı olması və yüksək əxlaqi simasını simvolizə edən fərdi genetik tərkibinə əsaslanır.
Bir tərəfdən, Mehriban xanım Əliyevanın simasında milli siyasi məkanda bu cür fenomenallığın meydana çıxması misilsiz bir hadisədir. Digər tərəfdən, Şərqin siyasi tarixində “Mehriban Əliyeva faktoru” qadınların siyasətə daha çox daxil olması və Şərq dünyasının bir çox ölkələrində idarəetmə strukturlarına çıxış imkanlarının genişləndirilməsi tendensiyasının davamlılığını nümayiş etdirir. Azərbaycan isə bu baxımdan Şərqin “qadın siyasəti”nin tarixi axarında öz sabit mövcudluğunu aydın şəkildə nümayiş etdirmişdir.
Mehriban Əliyeva fenomeni, şübhəsiz ki, gələcək dövrlərin tarixçiləri tərəfindən maraqla öyrəniləcək. Lakin Azərbaycan tarixinin indiki mərhələsində cəsarətlə demək olar ki, Mehriban xanımın unikal genetik kodu mənimsəməsi, əməksevərliyi, elmi, siyasi və idarəetmə biliklərini əldə etmək iradəsi ilə birlikdə onu həm yaradıcı, elmi özünüreallaşdırma, həm də ictimai və dövlət idarəçiliyi sahəsində yüksək zirvələrə çatdırmışdır.
Mehriban xanım Əliyeva Azərbaycan və postsovet məkanının tarixi baxımından müstəsna hadisədir, lakin bütün dünya məkanında qlobal proseslər baxımından obyektiv olaraq qanunauyğundur.

 

Adəm İsmayıl Bakuvi

Vəhdət Partiyasının sədri,yazıçı-publisistö

Əvvəlki Yazı

Əlilliyi olan uşaq və gənclər üçün boccia üzrə yoldaşlıq yarışı keçirilib – FOTOLAR

Növbəti Yazı

Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunan elektron resurslar virtual oxuculara təqdim edilib

XƏBƏR LENTİ

Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunan elektron resurslar virtual oxuculara təqdim edilib

Xalq şairi Fikrət Qocanın xatirəsinə həsr olunan elektron resurslar virtual oxuculara təqdim edilib

25 Avqust 2025 / 15:59
23
Mehriban Əliyeva tarixi görüşlə bağlı paylaşım etdi – Fotolar

ÇAĞDAŞ DÖVRÜN GÖRKƏMLİ QADINININ FƏLSƏFİ PORTRETİNƏ ÇİZGİLƏR

25 Avqust 2025 / 15:39
67
Əlilliyi olan uşaq və gənclər üçün boccia üzrə yoldaşlıq yarışı keçirilib – FOTOLAR

Əlilliyi olan uşaq və gənclər üçün boccia üzrə yoldaşlıq yarışı keçirilib – FOTOLAR

24 Avqust 2025 / 16:26
9
Zelenskidən Putinə SƏRT MESAJ: Sülh danışıqları çıxılmaz vəziyyətə düşür

Zelenskidən Putinə SƏRT MESAJ: Sülh danışıqları çıxılmaz vəziyyətə düşür

23 Avqust 2025 / 22:11
7
Dönərdən zəhərlənmələrin əsas SƏBƏBLƏRİ: Ucuz ət, yoxsa sanitar qaydaların pozulması?

Dönərdən zəhərlənmələrin əsas SƏBƏBLƏRİ: Ucuz ət, yoxsa sanitar qaydaların pozulması?

23 Avqust 2025 / 21:53
4
Trampdan SƏRT REAKSİYA: “Əgər istefa verməzsə…” – FOTO

Trampdan SƏRT REAKSİYA: “Əgər istefa verməzsə…” – FOTO

23 Avqust 2025 / 15:50
7
Qəzzanın körpələri acından ölür

Qəzzanın körpələri acından ölür

23 Avqust 2025 / 8:01
4
Zelenski: “Ukrayna Rusiyadan fərqli olaraq liderlərlə heç bir görüşdən qorxmur”

Zelenski: “Ukrayna Rusiyadan fərqli olaraq liderlərlə heç bir görüşdən qorxmur”

23 Avqust 2025 / 7:49
6
ABŞ-ın Villanova Universitetində silahlı şəxs xəbərdarlığı

ABŞ-ın Villanova Universitetində silahlı şəxs xəbərdarlığı

22 Avqust 2025 / 8:54
5
İranda 5,4 bal gücündə zəlzələ baş verib

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib

22 Avqust 2025 / 8:50
19
Ağdamın Xıdırlı kəndinə yeni köç karvanı yola düşdü -Fotolar

Ağdamın Xıdırlı kəndinə yeni köç karvanı yola düşdü -Fotolar

22 Avqust 2025 / 8:44
30
Rubio: Tramp Rusiya-Ukrayna sülh danışıqlarında irəliləyişin olmamasından məyus olub

Tramp: “Mən bu axşam küçələrdə olacağam. Təbii ki, polis və hərbçilərlə bərabər”

22 Avqust 2025 / 8:38
24
İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir – FOTO

İmkansız ana xəstə övladının müalicəsi üçün yardım istəyir – FOTO

21 Avqust 2025 / 20:16
73
Respublika Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi yad edilib

Respublika Gənclər Kitabxanasında akademik Bəkir Nəbiyevin xatirəsi yad edilib

21 Avqust 2025 / 14:05
38
Fiziki məhdudiyyətli istedadlı uşaqlar mükafatlandırıldı-Fotolar

Fiziki məhdudiyyətli istedadlı uşaqlar mükafatlandırıldı-Fotolar

21 Avqust 2025 / 10:11
36
Yazıçı, dramaturq Şıxəli Qurbanovun 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

Yazıçı, dramaturq Şıxəli Qurbanovun 100 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb

19 Avqust 2025 / 17:26
31
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass keçirilib

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün master-klass keçirilib

19 Avqust 2025 / 17:12
42
Zərdab sakini baş nazir Əli Əsədova müraciət edib

Zərdab sakini baş nazir Əli Əsədova müraciət edib

19 Avqust 2025 / 14:55
208
“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

“Nar” nüfuzlu “Stevie” mükafatına layiq görüldü

19 Avqust 2025 / 14:27
6
QHT sosial media sahəsində təlimlərə başlayır

QHT sosial media sahəsində təlimlərə başlayır

18 Avqust 2025 / 14:10
8
“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

“Qələmin səsi, Qəlbin nəğməsi Bəxtiyar Vahabzadə – 100” adlı veblioqrafiya virtual istifadəçilərə təqdim edilib

18 Avqust 2025 / 11:21
57
Türkiyədə Cütlük çadırda dəm qazından zəhərlənərək ölüb

Türkiyədə Cütlük çadırda dəm qazından zəhərlənərək ölüb

18 Avqust 2025 / 8:30
18
İsraildə hökumət əleyhinə tətil və etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib

İsraildə hökumət əleyhinə tətil və etiraz aksiyalarında 1 milyondan çox insan iştirak edib

18 Avqust 2025 / 8:16
11
“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Xarıbülbülün Rəngləri” adlı növbəti təlimi keçirdi

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Xarıbülbülün Rəngləri” adlı növbəti təlimi keçirdi

17 Avqust 2025 / 17:29
9
Ankarada 3,2 bal gücündə zəlzələ baş verib

İndoneziyada 5,8 bal gücündə zəlzələ nəticəsində 29 nəfər xəsarət alıb

17 Avqust 2025 / 11:53
5
Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

Prezident İlham Əliyev İndoneziya Prezidentini təbrik edib

17 Avqust 2025 / 11:43
55
“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Kitabların sehirli dünyası” adlı növbəti təlimi keçirdi

“Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi miqrant uşaqlar üçün “Kitabların sehirli dünyası” adlı növbəti təlimi keçirdi

17 Avqust 2025 / 11:18
7
Putin-Tramp görüşündə nadir hadisə…

Putin-Tramp görüşündə nadir hadisə…

16 Avqust 2025 / 9:24
11
Tramp administrasiyası Kapitol polisini bərpa etməyə razıdır

Tramp administrasiyası Kapitol polisini bərpa etməyə razıdır

16 Avqust 2025 / 9:11
6
Deputat Razı Nurullayevi hədəf alan “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər

Deputat Razı Nurullayevi hədəf alan “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər

15 Avqust 2025 / 14:26
61
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.