Kayseridə Erciyes dağında çadırda qalan evli cütlük dəm qazından zəhərlənərək həyatını itirib.
Avropa.info xəbər verir ki, Tekir Yaylasındakı düşərgədə kirayə qaldıqları çadırda qalan Mustafa K. və həyat yoldaşı Fatmagül K.-nın yaxınları onlardan xəbər ala bilməyincə jandarma qruplarına xəbər verib.
Xəbərdarlığı alan qruplar çadıra gedib və cütlüyü hərəkətsiz vəziyyətdə tapıblar.
Hadisə yerinə gələn sağlamlıq qruplarının müayinəsi nəticəsində cütlüyün öldüyü müəyyən edilib.
Sobadan sızan dəm qazından zəhərləndiyi müəyyən edilən cütlüyün cəsədləri Kayseri Dövlət Xəstəxanasının morquna aparılıb.