Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyinin növbəti təlimi 06.08.2025-ci il tarixində keçirilib.
Avropa.info xəbər verir ki, budəfəki təlim əvvəlkilərdən daha maraqlı və əyləncəli olub.
Təlimçi Gülyaz Əsgərova uşaqlara gipsdən hazırlanmış “Xarıbülbül” fiqurları və sulu boyalar paylayıb. O, uşaqlara Qarabağın tarixi, tarixi yerləri, flora və faunası haqqında söhbət açıb. Xarıbülbülün yalnız Şuşada bitdiyini qeyd edərək, bu gül barəsində söylənən əfsanə və rəvayətlərdən danışıb. 44 günlük Vətən müharibəsi dövründə ordumuzun qəhrəmanlığını vurğulayıb və xarıbülbülün şəhidlərin xatirə simvoluna çevrildiyini uşaqlara izah edib.
Daha sonra uşaqlar suallarını veriblər və fiqurları öz zövqlərinə uyğun rəngləməyə başlayıblar. Əfqan uşaqların yaratdığı əl işləri bir-birindən fərqli, möhtəşəm və rəngarəng olub.
Təlimin sonunda bu fiqurlardan ibarət sərgi təşkil olunub. Uşaqlar öz aralarında ən gözəl fiquru seçiblər və bu dəfə də Sədəf öz əl işi ilə fərqlənib.
Təlim çox maraqlı və yaddaqalan şəkildə başa çatıb.