İranın cənubundakı Kirman əyalətində 5,4 bal gücündə zəlzələ baş verib.
Avropa.info xəbər verir ki, Tehran Universitetinin Seysmologiya Mərkəzindən verilən məlumata görə, episentri Kirman əyalətinin Zehkelut şəhəri olan 5,4 bal gücündə zəlzələ yerli vaxtla saat 08:36-da qeydə alınıb.
Zəlzələ 28 kilometr dərinlikdə baş verib və hər hansı insan itkisi ilə bağlı hələlik açıqlama verilməyib.