COP30-a qədər bir çox məsələlər öz həllini gözləyir. Bu aspektdən yanaşdıqda suya əlçatanlılıq qadınlar üçün böyük problemdir və bu, ölkələrdən asılı deyil. Ən zəif inkişaf etmiş ölkələrdə də bu problem daha vacib xarakter daşıyır.
Avropa.info AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Su və gender bərabərliyi” mövzusunda keçirilən konfransda deyib.
Maarifləndirmənin bu məsələdə vacib rol oynadığını diqqətə çatdıran komitə sədri əlavə edib: “Bizim cəmiyyətimizdə ekologiya mədəniyyəti formalaşmalıdır, əgər bu, formalaşmasa biz uzunmüddətli problemlərlə qarşılaşacağıq. Bizim çox gözəl qanunlarımız olsa da, hələ də onu icra edə bilmirik. Deməli, bu sahədə maariflənmə işləri daha da gücləndirilməlidir”, – deyə H.Hüseynova qeyd edib