04 - 07 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Siyasət

Vəzifəsindən azad olunan Qusman Prezident İlham Əliyevdən nə soruşmuşdu?

İyul 25, 2025
Siyasət
A A

Xəbər verdiyimiz kimi, Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bu haqda sərəncamı Rusiyanın Baş naziri Mixail Mişustin imzalayıb.

1950-ci ildə Bakıda anadan olan Qusman 25 ildən artıqdır TASS-da çalışır. 2000-ci ildən “Güc formulu” teleserialının müəllifi və aparıcısı olan Qusman Rusiyanın əməkdar mədəniyyət işçisi (2001) və əməkdar jurnalistidir.

Onun işdən çıxarılma səbəbi açıqlanmayıb.

Avropa.info xəbər verir ki, Rusiya mətbuatı Qusmanın bir neçə gün əvvəl Xankəndi şəhərində keçirilən Qlobal Media Forumunda iştirakına diqqət çəkir.

“İyul ayında Qusman Azərbaycan Prezidenti İlham Əliyevin çıxış etdiyi forumda iştirak edib. KİV xəbər verir ki, jurnalist ölkə rəhbərindən bütün sahələrdə unikal xarici siyasət yeritməyi necə bacardığını soruşub”, – “gazeta.ru” saytında dərc edilən xəbərdə deyilir.

Rusiyanın bir sıra hərbi blogerləri də Qusmanın forumda iştirakını tənqid etmişdi.

Qusmanın forumda Prezident İlham Əliyevə sualını və cavabı təqdim edirik:

Mixail Qusman: Hörmətli İlham Heydər oğlu, hər vaxtınız xeyir. Sizi salamlamaq istəyirəm. Təşəkkür edirəm ki, bu gün biz Xankəndidəyik. Forum Şuşa adlansa da, mən qırx il əvvəl sonuncu dəfə bu şəhərdə olmuşam. Yəqin ki, həmkarlarım, həmyerlilərim vəziyyətimi başa düşərlər.

Bilirsiniz, axırıncı Forumda Siz dəqiq müəyyən etdiniz, çünki mən Miluokidən təzəcə qayıtmışdım. Siz yanvarın 20-də Ağ evdə kimin olacağını dəqiq müəyyən etdiniz. O vaxt dəqiq dediniz və belə də oldu. Siz hətta Azərbaycanın ABŞ-la, bu administrasiya ilə münasibətlərinin daha yaxşı olacağını ehtimal etdiniz. Bu barədə Prezident Trampın ölkənin Müstəqillik Günü münasibətilə təbriki əsasında da fikir yürütmək olardı.

Sualım bir az genişdir. Bu gün Azərbaycan, fikrimcə, tamamilə nadir xarici siyasət yürüdür. Başqa hansı dövlətlə müqayisə oluna biləcəyini də bilmirəm. Bütün beynəlxalq azimutlarda, mən Rusiyadan başlayacağam, son zamanlar nə Rusiyada, nə də Azərbaycanda geniş ictimaiyyətin müsbət reaksiyasına səbəb olma ehtimalı az olan, mənim dediyim kimi, son zamanların “çalxalanmalarına” baxmayaraq, 2022-ci il fevralın 22-də Moskvada imzaladığınız müqavilənin əsasları heç bir şübhə doğurmur. Bu, aydındır.

Mən ABŞ haqqında danışdım. Türkiyə ilə münasibətlər Şuşa Bəyannaməsinə əsaslanır. İran Prezidenti cəmi bir neçə gün əvvəl bu zalda idi. Avropa komissarları elə həftə olmur ki, burada olmasınlar. Mən bunları sadalaya bilərəm, o cümlədən Çinə səfəriniz, Qoşulmama Hərəkatındakı rolunuz və sairə. Bunda müəyyən bir fenomen var, onu dünyada heç də hamı başa düşmür. Mənə elə gəlir ki, dünyada heç də hamı bunu layiqincə qiymətləndirmir. Bununla bağlı sadə bir sualım var. Başa düşürəm ki, Sizin bunu necə bacardığınızı soruşmaq virtuoz skripkaçıdan skripkada necə ifa etdiyini soruşmaq kimidir. O deyəcək: “Mən skripkanı, onun yayını götürürəm və ifa edirəm”. Amma Sizin siyasətiniz müəyyən, mənə elə gəlir ki, çox aydın, çox yaxşı düşünülmüş siyasi prinsiplərə əsaslanır ki, bu çoxvektorlu siyasəti həyata keçirməyə imkan verir.

Siz Prezident Əliyevin, zənnimcə, belə uğurlu xarici siyasət yürütməsini şərtləndirən 5-7 təməl siyasi prinsiplərini deyə bilərsinizmi? Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Mən bir dəfə avropalı həmkarlarımla qapalı görüşdə, hələ 2020-ci ildən sonra, amma 2023-cü ildən əvvəl, vəziyyət müzakirə olunanda, burada, Xankəndidə hələ də separatçılar olanda bildirmişdim ki, – o qədər uzun söhbət gedirdi, – mən bir dəfə dedim ki, bunu açıq, üz-üzə demişəm, yəni, yox, xalqıma heç vaxt yalan söyləmirəm. Beləcə də dedim. Bu, əslində, doğrudur. Amma sualınıza cavab olaraq, mən beynəlxalq həmkarlarıma da heç vaxt yalan danışmamağa çalışıram. Əlbəttə, imkan daxilində. Hesab edirəm ki, biz obyektiv və dürüst olmalıyıq, yalan danışmamalıyıq. Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur.

Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil. Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman. Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq.

Fikirləşirəm ki, bu, bizə beynəlxalq nüfuz qazanmağa imkan verən amillərdən biridir. İkinci amil, məncə, heç də az əhəmiyyət kəsb etmir. Bu, həmişə haqlı olaraq qeyd etdiyiniz kimi, prinsiplərə, konkret olaraq beynəlxalq hüququn universal prinsiplərinə riayət etməkdir. İstənilən vəziyyətdə, istər siyasi, istərsə də başqa üstünlüklərdən asılı olmayaraq, biz həmişə onlara sadiq olmuşuq. Biz özümüz də separatizmdən və işğaldan əziyyət çəkən bir ölkə kimi sadəcə olaraq dünyanın heç bir yerində analoji vəziyyətlərə münasibətimizi başqa cür ifadə edə bilmədik. Ona görə də beynəlxalq hüquqa və BMT Nizamnaməsinə sadiqlik həm də fundamental amildir və hesab edirəm ki, Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutmasına imkan verib.

Düşünürəm ki, Azərbaycan coğrafiyası, – mən bu haqda artıq danışmışam, – bu, təbii ki, dərmanlar kimi, kimin əlində olmasından asılı olaraq, müəyyən dərəcədə bəlkə də təhlükəli, bəlkə də çox faydalı bir amildir. Buna görə də özlərini risklərdən qorumaq üçün coğrafiyadan istifadə edirlər. Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətimizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu məsələdə coğrafiyanın mühüm rolu olub. Azərbaycan, eyni zamanda, həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan və Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox başqa qurumlar vasitəsilə sammit formatlarında fəal iştirak edən azsaylı ölkələrdən biridir. Azərbaycanın nüfuzunu vurğulayan daha bir mühüm amil, deyərdim ki, D-8 Təşkilatına yeni üzv olan ilk və yeganə ölkə olmasıdır. Vaxtilə Türkiyənin, Pakistanın, Misirin təşəbbüsü ilə yaradılan və hazırda müsəlman dünyasının əhalisinə, potensialına görə ən böyük səkkiz dövlətini birləşdirən təşkilat hələ bir çox onilliklər əvvəl yarandığı gündən indiyədək yeni üzv qəbul etməyib. Azərbaycan yekdilliklə qəbul edilən yeganə ölkədir.

Düşünürəm ki, sualınıza sonsuz cavab vermək olar, ona görə də burada dayanacağam. Əlbəttə ki, hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda qonşunun da maraqlarına baxmaq. Yəni, milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir, lakin regional və qlobal kontekstdən ayrılaraq bu amildən güclü sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq lazımdır, vəziyyətə qonşunun prizmasından baxmağa çalışın. Onda çox şey aydınlaşır, belə olan halda anlaşılmazlığa səbəb olan bir çox məsələlər kifayət qədər səmərəli nizamlanır. Ona görə də belə bir suala görə sizə minnətdaram.

Yeri gəlmişkən, kiçik bir aydınlıq gətirmək istərdim. Mən Trampın qələbəsini proqnozlaşdırmırdım. Sadəcə dedim; onun bizim kimi fundamental dəyərləri, o cümlədən ailə dəyərlərini bölüşdüyünü nəzərə alsaq, Azərbaycan xalqı üçün daha yaxşı olardı. O, müharibələrə başlamamış yeganə ABŞ Prezidentidir. Həm də hakimiyyətdə olduğu qısa müddətdə müharibələrə son qoyan bir adam olduğu aydın görünür. Biz, həmçinin Azərbaycana və Ermənistana son nəticədə razılığa gəlməyə kömək etmək səylərinə görə ona çox minnətdarıq. O, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır. Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, “Vaşinqton bataqlığı”nı dibinə qədər qurutsun.

Əvvəlki Yazı

İsrailin Qəzzaya hücumu nəticəsində daha bir jurnalist həlak olub

Növbəti Yazı

Xalq artisti Arif Babayevin vəziyyəti ağır olaraq qalır

XƏBƏR LENTİ

Coratda dənizdə 2 nəfər batdı – Biri xilas edildi, digərinin meyiti tapıldı

Ağdamda ata və iki övladı su anbarında batdı

04 İyul 2026 / 17:06
7
Manaf Ağayev saxlanılıb..?

Manaf Ağayev saxlanılıb..?

04 İyul 2026 / 16:27
1
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski:”Amma o, bura gələ bilməyəcək, çünki reallıq Putinin dediklərindən çox fərqlidir”

04 İyul 2026 / 16:03
13
Navalnının ölümünə beş alim və bir hərbi qulluqçuya sanksiya tədbiq olunub

Navalnının ölümünə beş alim və bir hərbi qulluqçuya sanksiya tədbiq olunub

04 İyul 2026 / 15:54
2
Azərbaycanlı Kamil və “banda”sı tutuldu – Milyonluq dələduzluq.

Azərbaycanlı Kamil və “banda”sı tutuldu – Milyonluq dələduzluq.

04 İyul 2026 / 13:01
8
Fatimənin ölumündə mülk davasi- yeni detallar üzə cixdi

Fatimənin ölumündə mülk davasi- yeni detallar üzə cixdi

04 İyul 2026 / 12:52
8
Ukrayna Piterdəki neft terminalını vurdu – Video

Ukrayna Piterdəki neft terminalını vurdu – Video

04 İyul 2026 / 12:43
4
Mehriban Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi

Mehriban Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi

04 İyul 2026 / 9:52
81
Xameneinin vida mərasiminə start verilib -Fotolar

İranda Əli Xamenei ilə vida mərasimi davam edir

04 İyul 2026 / 9:44
1
Rusiya Ukraynanın Sumı şəhərini bombalayıb – Ölənlər var

Rusiya Ukraynanın Sumı şəhərini bombalayıb – Ölənlər var

04 İyul 2026 / 9:41
3
Marta Kos:“Biz əlaqəlilik sahəsində işimizi növbəti mərhələyə keçirdik

Marta Kos:“Biz əlaqəlilik sahəsində işimizi növbəti mərhələyə keçirdik

04 İyul 2026 / 9:37
1
Hava şəraiti kəskin dəyişəcək-Xəbərdarliq

Hava şəraiti kəskin dəyişəcək-Xəbərdarliq

04 İyul 2026 / 9:11
10
Rəsmi Bakıdan Vaşinqtona Təbrik Məktubu

Rəsmi Bakıdan Vaşinqtona Təbrik Məktubu

04 İyul 2026 / 9:03
8
DÇ-2026: Meksika 1/8 finala yüksəldi

Bu Gün DÇ-nin 1/8 Finalı Başlayır

04 İyul 2026 / 8:59
2
Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

Zelenski: Baş Qərargahda hərbi istehsal məsələsinə böyük diqqət yetirilib

04 İyul 2026 / 8:51
22
Paytaxtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

90 yaşlı kişi idman edərkən faciəvi şəkildə öldu

04 İyul 2026 / 8:39
15
Ukraynada məktəbdə telefon qadağası tətbiq edir

Ukraynada məktəbdə telefon qadağası tətbiq edir

04 İyul 2026 / 8:06
13
Coratda dənizdə 2 nəfər batdı – Biri xilas edildi, digərinin meyiti tapıldı

Coratda dənizdə 2 nəfər batdı – Biri xilas edildi, digərinin meyiti tapıldı

03 İyul 2026 / 17:45
77
Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

Biznesin nəfəs alması üçün bürokratik divarlar sökülməlidir… – Deputat Razı Nurullayev

03 İyul 2026 / 15:46
69
Tailanddakı dəhşətli qəzanın –  Video Görüntüləri

Tailanddakı dəhşətli qəzanın – Video Görüntüləri

03 İyul 2026 / 12:31
11
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndərildi

03 İyul 2026 / 11:52
6
Xarkovda ölən tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn edildi – FOTOLAR

Xarkovda ölən tələbə Fatimə Hüseynova Kürdəmirdə dəfn edildi – FOTOLAR

03 İyul 2026 / 11:45
9
Yulian Naqelsmann istefa verdi

Yulian Naqelsmann istefa verdi

03 İyul 2026 / 11:38
5
35 yaşlı aktrisanın ölüm səbəbi açıqlandı

35 yaşlı aktrisanın ölüm səbəbi açıqlandı

03 İyul 2026 / 11:34
2
Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar – 11 nəfər ittiham edilir

Bakıda dövlətə məxsus 25 hektar torpağı satıblar – 11 nəfər ittiham edilir

03 İyul 2026 / 11:24
12
Xameneinin vida mərasiminə start verilib -Fotolar

Xameneinin vida mərasiminə start verilib -Fotolar

03 İyul 2026 / 10:53
4
Müsəlman Dünyası Liqası Dəməşqdəki terror aktını pislədi

Müsəlman Dünyası Liqası Dəməşqdəki terror aktını pislədi

03 İyul 2026 / 10:32
5
Kürdlər İrana daxil oldular:Şiddətli döyüşlər başladı, ölənlər var

Kürdlər İrana daxil oldular:Şiddətli döyüşlər başladı, ölənlər var

03 İyul 2026 / 10:28
10
Ronaldo qələbəni sevinclə eyvanda qeyd etdi – Video

Ronaldo qələbəni sevinclə eyvanda qeyd etdi – Video

03 İyul 2026 / 10:22
6
İbrahim Tatlıses xəstəxanadan paylaşım etdi

İbrahim Tatlıses xəstəxanadan paylaşım etdi

03 İyul 2026 / 10:02
1
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.