08 - 11 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

“ÖNCƏ VƏTƏN” layihəsində: Səngərdə doğulan əbədilik – FOTOLAR

İyul 24, 2025
Araşdırma, Redaktorun Seçimi
A A

Xalidə Xalid
Araşdırmaçı -yazar/Türkiyə   

Azərbaycanımın dəyərli oxucuları!
“Öncə VƏTƏN” layihəsi ilə yenidən sizinləyəm.

Nəzərinizə çatdırım ki, bu layihə Türkiyə mətbuatında Azərbaycan şəhidlərinin tanıdılması ilə başladı və Azərbaycan mətbuatında Türkiyənin ŞƏHİD övladlarının həyat hekayələrini sizə təqdim etməklə davam edir.

Bu, mənim sizinlə “ÖNCƏ VƏTƏN” layihəsində üçüncü görüşümdür.

ŞƏHİD-sadəcə bir ad deyil, müqəddəslikdir. O, vətənin qəlbində əbədi yanan alov, torpaqda böyüyən qürur, azadlıq üçün çırpınan ürəkdir.

ŞƏHİDLİK-insanın ucaldığı ən yüksək zirvə, vicdanın susmadığı, qorxunun qalib gəlmədiyi, qürurun susqunluqda belə danışdığı səcdə yeridir.

Bu yazıda sizə təqdim etdiyim qəhrəman, jandarma baş leytenantı Gökhan Korkut da o müqəddəs səslərdən yüksələn hayqırtıdır.

Onun həyatı sadəcə keçilmiş yol deyil, sevgi, əzm və millətin yaddaşında yaşayan qəhrəmanlıq dastanıdır.

Vətən onunla fəxr etdi, torpaq onu bağrına basdı, millət onu unutmadı…

Şəhid anasının oğul nisgili…

Gökhanım, 1985-ci il, 24 iyul saat 10:45-də dünyaya göz açdı.
Bu anı heç vaxt unutmaram. O doğulanda mənim cəmi 19 yaşım vardı.

İlk göz ağrımız idi. Atası həmin gün işdə idi, xəstəxanaya bizi onsuz apardılar. Səhər icazə alıb gəldi.

O qədər yaraşıqlı, o qədər sevimli bir körpə idi ki, Gökhanım…

Böyüdükcə ailəmizin sonsuz sevgisi ilə əhatələndi.
Mərhəmətli, qoruyucu, mərd, qəlbi sevgi dolu bir uşaq idi. Müəllimləri də onu çox sevirdi.

Hər zaman öz haqqını qoruyardı, heç kimin onun haqqını tapdalamasına izn verməzdi.

Orta məktəb illərində hərbçi olmaq arzusunu gizlətmirdi.
Doğrusu, mən onun hərbçi olmağını istəmirdim. Amma onun təkidi qarşısında etirazım gücsüz qaldı.

Üç dəfə sənədləri geri qaytarılsa da, inadından dönmədi. Dördüncü cəhdində arzusuna çatdı.

Bu yola çıxan beş dostdan yalnız Gökhanım liseyə qəbul oldu, hərbi yolu seçdi.
Antalya Anadolu Liseyinə qəbul olsa da, imtina etdi.

Sevdiyi qızdan ayrıldığını dediyi gün sanki ürəyimdən bir parça qopdu. Onun ailəsi Gökhanın bu seçimlə barışa bilmədi.

İgidim isə Vətən yolunu seçdi. Onlar bu yolun müqəddəsliyini anlamadılar.

Bir gün evə gəlib “Anacan, mən onu unutdum”, – dedi.
Amma səsindəki acını, qəlbindəki sarsıntını hiss edirdim.

Onun üçün başqa bir qız seçdik. Nişan günündə mənə“Ana, səninlə bir az gəzməyə çıxmaq istəyirəm,bəlkə bir də bərabər gəzə bilmədik…”-dedi.

Sanki bilirdi, bu bizim son gəzintimiz olacaq…

İndi onun otağına girəndə divarlardan boylanan baxışlarını, üzümdə nəfəsini hiss edirəm.
Telefon zənglərində onun səsini eşidəcəyimə inanıram.

Əfsus ki, indi yalnız dualarımla, cismani yoxluğundakı həsrətimlə onu qucaqlayıram…

ŞƏHİD atası Vəli kişinin gördüyü yuxu…

Hər şey o yuxudan başladı…

Bir cümə gecəsi Vəli kişi qəribə bir yuxu gördü.
Evlərinin həyətində izdiham vardı – insanların üzündə həyəcan, havada səssizlik…
Oyananda qəlbinə qəribə bir ağrı çökdü. Səhər tezdən oğluna zəng etdi:
– Oğlum, necəsən?
– Əlayam, ata. Hər şey yolundadır, narahat olma.

Gökhan Hakkaridə Xüsusi Əməliyyat Taborunda bölük komandiri idi.
Təyinatını özü istəmişdi – “Vətən üçün” deyərək ən çətin bölgəyə könüllü getmişdi.

Amma o yuxunun sükutu çox çəkmədi…
Ertəsi gün qapı döyüldü. Vəli kişi titrəyən addımlarla qapıya yönəldi.
Qapını açanda qarşısında duran polkovnik-leytenantın dodaqlarından çıxan sözlər onun dünyasını yıxdı:
– Başınız sağ olsun. Oğlunuz ŞƏHİD olub…

Huşunu itirdi. Ayılanda tibb işçiləri başına toplaşmışdılar.
Ətrafında həyat yoldaşının, övladlarının hönkürtüklərini gördü.

Səhəri gün komandirlər ona Gökhanın harada dəfn olunmasını soruşduqlarında:
“ Şəhidlər məzarlığında…”-dedi.

Gökhan 30 min insanın duaları və göz yaşları ilə torpağa tapşırıldı.

Vəli kişi bu kəlamın mənasını oğlunun şəhadətindən  sonra daha dərindən anladı:
“Atəş düşdüyü yeri yandırar…”

Mustafa Korkutun qardaş həsrəti…

“Gökhan mənim sadəcə qardaşım deyildi, o, mənim idealım idi,” – deyir Mustafa.

Uşaqlıqda daim onun arxasınca gedərdim. Məhəllədə kim dara düşsə, o an özünü yetirərdi.

Həm qoruyucum idi, həm də oyunlarımızın dadı, ləzzəti. O zamanlar qəhrəman deyildi, amma qəhrəmanlıq onun içində idi…

14 yaşında hərbi liseyə getdi. Onun ayrılığı məndən sanki bir can alırdı. Amma bilirdim – onun yolu başqa idi. O yola tək çıxmışdı.

Son dəfə dəniz kənarında bir yerdə addımladıq. Dalğaların səsi, sükutun içində Gökhanın varlığı…

İndi o sahilə tək gedirəm. Amma hər addımımda sanki o da var – nəfəsi qulağımda, gülüşü ruhumda yaşayır.

Ən çox içimi ağrıdan – Hakkariyə getdiyində onun yanına gedə bilməməyim oldu. Terror vardı, çox təhlükəli idi. Səfərim alınmadı.

“Şəhidlər ölməz!” – bu söz boşuna deyilməyib. Onun hər an bizimlə olduğuna, yenə də bizi düşündüyünə əminəm.

Gökhan təkcə qardaş yox, yüzlərlə əsgərin dayandığı bir dağ, onların içində döyünən ikinci bir ürək idi.

O, sadəcə zabit deyildi – sükutun içində yol göstərən bir səs idi…

Biz ona ‘komandir’ dedik, o bizə ‘qardaş’ oldu…

(Silahdaşı Nazim Şana)

Gökhanla 13 il eyni yolu paylaşdıq. Hər anı yaddaşımıza yazılmış bir roman kimiydi – susqunluğu da danışırdı, baxışları da.

Əsəbi deyirdilər. Əslində, bu, onun məsuliyyət hissindən doğan bir gərginlikdi. Nəyi necə edəcəyini yaxşı bilirdi.

“Olmaz” sözü onun lüğətində yox idi. Onun yanında olmaq – təhlükənin ortasında belə özünü güvəndə hiss etmək demək idi.

Bir dəfə Hakkaridə düşmənin mövqeyini izah etmək üçün torpağın üstünə bıçaqla səssizcə xəritə çəkdi. Sonra gözlərini bizə dikdi:

“Hazırsınızmı?”

O baxış – qorxusuz, inam dolu, sarsılmaz idi. O baxış hələ də gözümün önündədir…

Biz səngərləri, gecələri, qarın içindəki səssizliyi bölüşdük.
Onunla çalışmaq sadəcə əmrlərə tabe olmaq deyildi – bir inancın, bir ruhun birlikdə daşınması idi.

Şəhid olduğu gün içimizdə sanki bir şey qopdu.

Amma son sözləri, o anki davranışı – onu bir daha bizə tanıtdı:

“Məni burada saxlayın. Qoruyucu atəş açın. Düşməni məhv edin.”

O, ağır yaralı idi. Amma özündən çox əsgərlərini düşünürdü. Canını sipər etdi – onları qorumaq üçün.

Bu, sadəcə igidlik deyildi. Bu, Vətənə sönməz bir sevginin son çağırışı idi.

Biz ona “komandir” deyirdik. Amma içimizdə o – qardaş idi.
İndi isə o, ŞƏHİDLİK zirvəsində – bir bayraq kimi susmadan dalğalanır…

O, geri dönməyi heç düşünməyənlərdən idi…

(Mayor Serkan Güvel)

2012-ci illin yay aylarıydı. Gökhanıma zəng etdim. “Nə var nə yox, nə edirsən?”-deyə, soruşdum.

“Çalışırıq” dedi. O dönəmlərdə Şemdinli olayları vardı. Mən də sanki tikan üsündə oturmuşdum, elə hey Gökhanı düşünürdüm.

Dedi ki, “sənin keçmiş bölüyüyünə köməyə gəlmişəm.”

Çaşıb qaldım.Bizim Bolu komando taburu ordaydı. Həmin dönəmlərdə terror qruplaşmaları ilə çox çətin anlar yaşanırdı.

Dedim “Gökhan getmə, biraz kənara çəkil”.

O, qəhrəman dostum düşmənə qarşı təkbaşına irəli atılaraq, cəsurcasına döyüşmüş. Bir də görür ki, ətrafında kimsə qalmayıb. Terrorçuların işində təkbaşınadır.

Bunları mənə özü danışmışdı.Hətta mən də əsəbləşmişdim. “Getmə, sənin geri dönüşünü gözləyirəm” demişdim.

O geri dönməyi heç düşünməyənlərdi. Çünkü onun üçün, sonunu düşünən qəhrəman ola bilməzdi.

Hər kəs onun haqqında xatirəsini danışar. Mənimsə onunla bağlı danışacaqlarım o qədər çoxdur ki…

Ondan mənə uşaqlığımız, bərabər oturduğumuz partalar, pulumuz olmadığı günlərdə son qəpiyimizi  birlikdə xərclədiyimiz günlərin xatirəsi yadigar qaldı…

Mərd, dürüst, ürəyi neceydisə, sözü də oydu. Kimsədən qorxmazdı. Döyüləcəyini bilsəydi belə, yenə də hər davaya girərdi.

Məslək yoldaşım, sirdaşım, qardaşım Gökhanım.

İçində fırtınalar qopan komandir…

(Mayor Cihan Ünal)

Gökhanla ilk dəfə tanış olanda cəmi 14 yaşı vardı.
Uşaq yaşında evindən, ailəsindən uzaq düşmüşdü. Çiyinlərinə böyük bir məsuliyyət almışdı.

Hərbi formanı ilk dəfə o zaman geyinmişdi.
Amma əslində, bu forma onun üçün bir and idi – bayrağa, millətə, vətənə səssiz, dərin bir and…

O forma Gökhan üçün sadəcə geyim deyildi – vicdanının, sədaqətinin, məsuliyyətinin simvolu idi.
Və mən əmin idim, bu formanı son nəfəsinə qədər daşıyacaq.

Gökhan sakit təbiətli insan idi. Üzündə həmişə dərin bir dinclik vardı. Halbuki içində fırtınalar əsərdi…
Amma heç kimə hiss etdirməzdi.

Səsi ucalmazdı, amma varlığı dayaq idi. Onunla bir yerdə olmaq – özünü güvəndə hiss etmək demək idi.

Hər kəsə şəfqətli, anlayışlı, insani dəyərlərlə yaşayan bir adam idi.
Heç vaxt rola girmədi-özü oldu.

O, arxamızda bir dağ idi…

Hərbi forma onun üçün sadəcə geyim deyildi…

(Mayor Serkan Polat)

Gökhanı ilk dəfə görəndə cəmi 14 yaşı vardı.
O da ailəsindən uzaq düşmüşdü – balaca uşağın çiyninə geyindirilmiş böyük məsuliyyətin içindəydi.

Hərbi formanı ilk dəfə o zaman geyinmişdi, amma o forma onun üçün göydəki bayrağa, dövlətinə, xalqına olan and idi.

Bu forma onun üçün sadəcə geyim deyildi.
Bu forma – silah yoldaşlarına sədaqətinin, millətinə sevgisinin, Vətənə borcunun canlı simvolu idi.

Mən əmin idim – bu formanı son nəfəsinə qədər çıxarmayacaq.

Gökhan sakit adam idi. Daxilində fırtına qopsa da, üzündə sakit bir dəniz vardı.
Heç kimə o çırpıntıları hiss etdirməzdi.
İçindəki vulkanları susqunluqla örtərdi.

Amma bu səssiz adamın qəlbi sevgi ilə dolu idi.

Hər kəsə qarşı şəfqətli, anlayışlı, ən çətin anda dayaq olan, sarsılmaz bir güvən timsalı idi.

Yanında olanda adamın içini rahatlıq bürüyərdi – çünki, Gökhan varsa, sən yalnız deyilsən.

Onun varlığı – güvənin, mərhəmətin, sədaqətin canlı, nəfəs alan təcəssümü idi.

İnsanlar çox şey deyə bilər, çox rol oynaya bilər.
Amma Gökhan olduğu kimi idi.
Nə içindəki hissləri gizləyərək yalançı gülərdi, nə də mərhəmətini göstərməkdən çəkinərdi.

O, sadəcə komandir deyildi…

Səni heç vaxt unutmayacağıq, komandir…

(Qazi Jandarma Baş Çavuş Arif Büyükakçalı)

Bölük komandirim, jandarma baş leytenantı Gökhan Korkutu xatırlayanda gözümün önünə onun dik duruşu, baxışlarındakı qətiyyət və içimizi isidən səmimiyyəti gəlir.

O, sadəcə komandir deyil – həm dayağımız, həm yol yoldaşımız idi.A rxasında dayananda sanki sinəmizi dağlara söykəmiş kimi hiss edirdik.

Komandirim cəsarətin canlı simvolu idi -təlimli, ayıq və daim döyüşə hazır.

Hər tapşırıqdan əvvəl bölgəni incəliyinə qədər araşdırar, heç bir detala göz yummazdı.
Onun yanında biz həm qoruma altında, həm də ruhən güclü idik.

Gökhanla çox əməliyyata qatıldıq.Hər dəfə onun rəhbərliyi altında qələbə qazanırdıq.

Cəmi 4 ayda illərə bərabər qəhrəmanlıqlar sığdırdı.Əsgərləri ilə bərabər həmişə ön cəbhədə döyüşər, arxada dayanmazdı.

Sərt dağlarda, çətin keçidlərdə, bəzən gecə-gündüz eyni mövqedə dayanırdıq. O, yorulmazdı, sanki bölgənin nəfəsini hiss edərdi.

Komandirim ŞƏHİD dostlarının da yükünü çiynində daşıyırdı.Dostunun şəhadətindən sonra onun bölüyünə könüllü keçdi.
And içdi – ŞƏHİD yoldaşlarının qisasını alacaq!

Fiziki baxımdan da möhkəm idi – idmançı quruluşlu, döyüş ruhlu.
Xidmət bölgəmiz sərt iqlim şəraitindəydi, amma biz geri çəkilmədik – çünki arxamızda Gökhan komandirimiz vardı.

Bu torpaqlar uğrunda çox arzular yarımçıq qaldı.
Atalar oğulsuz, analar balasız, övladlar atasız qaldı.

Amma biz dönmədik…
Çünki biz Vətənə, bayrağa, komandirlərimizə and içmişdik.

Səni heç vaxt unutmayacağıq, komandir…

Əsgərlərinə ata, dost, qardaş idi…

(Əsgər Ali Almacık)

2012-ci ildə, Hakkarinin sərt və soyuq qışında “EFELƏR” taborunda xidmət edirdim.

Orada tanıdım Baş leytenant Gökhan Korkutu.
O, sadəcə 3-cü bölüyün komandiri deyildi – bizim halımıza yanan, ruhumuza dayaq duran bir insan idi.

Hər dəfə bölüyə gələndə əvvəl hal-əhval tutar, səmimi bir səslə soruşardı:
“Nə çətinliyiniz var? Necə gedir işlər?”

Bu sadə sual bizə güvən verirdi.
Bilirdik ki, komandirimiz bizi yalnız vəzifə üçün deyil, insan olaraq düşünür.

Bir gün otağında çay istədi. Sonra isə “Necəsən?” – deyə soruşdu.

– Yaxşıyam, komandir, amma hava çox soyuqdur… – dedim.
Masasından üç cüt qalın corab çıxardı, mənə uzatdı:
“Bunlar keyfiyyətlidir, Ali. Növbəyə gedəndə geyin, ayaqların üşüməsin.”

Bu kiçik jest illərlə unutmadığım bir an oldu.

O, sadəcə zabit deyildi – əsgərlərinə ata, dost, qardaş olan bir ürək sahibi idi.

Gökhan komandir, ŞƏHİD olmuş dostunun bölüyündə xidmət etmək üçün könüllü təyinat istədi.
Bu fədakarlığı onu gözümüzdə bir dağa çevirdi.

O, vəfası ilə sevildi, sadəliyi ilə hörmət qazandı, igidliyi ilə yadda qaldı.

Ruhun şad olsun, komandirim…

TƏRCÜMEYİ-HAL

Gökhan Korkut, 24 iyul 1985-ci ildə Antalyanın Korkuteli qəsəbəsində, Vəli və Leyla cütlüyünün ailəsində dünyaya gəlib.

İbtidai və orta təhsilini Antalyanın Kəpəz qəsəbəsində yerləşən Erenköy İbtidai Məktəbində (indiki İbrahim Doğaner İbtidai Məktəbi) və Mimar Sinan Orta Məktəbində alıb.

1999-cu ildə Bursa İşıqlar Hərbi Liseyinə qəbul olub və dördillik təhsilini uğurla başa vurub.

2003-cü ildə həmin liseyi bitirərək təhsilini Ali Piyada Hərbi Məktəbində davam etdirib.

2007-ci ilin 30 avqustunda, 88-ci buraxılışın jandarma leytenantı kimi həmin məktəbdən məzun olaraq Türk Silahlı Qüvvələrinin şərəfli zabitlərindən birinə çevrilib.

2008-ci ildə Ankaranın Beytəpə bölgəsindəki Jandarma Məktəbləri Komandanlığında zabitlər üçün təkmilləşdirmə kursunu uğurla tamamlayıb.

2008–2009-cu illərdə ilk xidmət yerində – Sinop Jandarma Komandanlığında xidmət edib.

2009–2010-cu illərdə Hatay vilayətinin Dörtyol rayonunda yerləşən Jandarma Komando Tabor Komandanlığında 2-ci Komando Bölüyünün 1-ci tağım komandiri olub.

2009-cu ildə İzmirin Foça rayonundakı Komando Məktəbində komando təkmilləşdirmə kursunu, 2010-cu ildə isə döyüş və fiziki hazırlıq üzrə kursları və Karakol Komandanlığı kursunu müvəffəqiyyətlə tamamlayıb.

2010–2012-ci illərdə Kahramanmaraşın Elbistan rayonunda yerləşən Karahasanuşağı Xüsusi Təyinatlı Jandarma Karakolunun komandiri kimi xidmət edib.

Bu müddətdə Dağ Komando İxtisas Kursu, Paraşüt-Desant Kursu, Daxili Təhlükəsizlik Əməliyyatları üzrə Planlaşdırma və İcra Kurslarını uğurla bitirib.

1 iyul 2012-ci ildə Hakkarinin Yüksekova rayonundakı “Efeler” Tabor Komandanlığına 3-cü bölük komandiri olaraq təyin edilib.

Xidmət etdiyi müddətdə Hatay Amanos dağlarında PKK/Konqra-Gel terror təşkilatına qarşı uğurlu əməliyyatlar həyata keçirib.

18 noyabr 2012-ci il tarixində, Hakkarinin Şemdinli rayonunun Tahtataş Təpə bölgəsində baş verən silahlı toqquşma zamanı qəhrəmancasına ŞƏHİD olub.



             

Əvvəlki Yazı

Hərbi xidmətə hazırlaşan Məhəmməd doğum günündə öldü – VİDEO

Növbəti Yazı

Ramiz Mehdiyevin qızı Ali Məhkəməni də uduzdu

XƏBƏR LENTİ

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

“Nar” zəfərin 5 illiyini könüllü gənclərə özəl silsilə tədbirlərlə qeyd etdi – Fotolar

08 Noyabr 2025 / 10:02
3
“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

“Zəfər sənə yaraşır, Azərbaycan!” adlı rəsm sərgisi Zəfər Gününə həsr olunaraq keçirilib

08 Noyabr 2025 / 9:55
37
Şuşanın azad olunmasından beş il ötür

Şuşanın azad olunmasından beş il ötür

08 Noyabr 2025 / 0:06
1
Azərbaycan Zəfər Gününü qeyd edir

Azərbaycan Zəfər Gününü qeyd edir

08 Noyabr 2025 / 0:03
1
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Zəfər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:21
26
Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

Respublika Gənclər Kitabxanasında 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə silsilə materiallar hazırlanıb

07 Noyabr 2025 / 19:14
27
Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

Zəfər Gününə həsr olunmuş silsilə kitab icmalları keçirilib-Fotolar

07 Noyabr 2025 / 19:09
32
Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

Bakcell abunəçisi 1 AZN-lə lüks avtomobil sahibi oldu

07 Noyabr 2025 / 16:52
23
“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

“Nar”da növbəti avtomobil qalibi bəlli olacaq – Həyəcan dolu anlar bu axşam

07 Noyabr 2025 / 14:07
11
“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında

07 Noyabr 2025 / 14:06
7
“Nar”a yeni baş icraçı direktor təyin olundu

“Nar”a yeni baş icraçı direktor təyin olundu

07 Noyabr 2025 / 14:04
37
“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

07 Noyabr 2025 / 14:01
10
Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

Həyəcan davam edir – sən də “Zeekr 001” qalibi ola bilərsən!

07 Noyabr 2025 / 13:53
13
“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

“Nar” “Çoox Şanslı” lotereyasına start verdi

07 Noyabr 2025 / 13:51
8
Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

07 Noyabr 2025 / 13:48
12
Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

Bakcell lotereyasında ilk “Zeekr 001” qalibə təhvil verildi!

07 Noyabr 2025 / 13:45
11
Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

Bakcell süni intellekti ilk avtomobil qalibini seçdi!

07 Noyabr 2025 / 13:43
10
Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

Azərbaycanda ilk jest dili mobil tətbiqi istifadəyə verildi

07 Noyabr 2025 / 13:40
9
“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

“Bakcell” lotereyasında “Zeekr 001” üçün geri sayım başladı

07 Noyabr 2025 / 13:34
7
Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

Bakcell-in meqa lotereyasının ilk qalibi bəlli oldu!

07 Noyabr 2025 / 13:31
14
“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

“Nar”ın dəstəyi ilə inklüzivliyi təşviq edən “Bütün Vücudlar Danışır” layihəsinin hesabat tədbiri baş tutdu – FOTO

07 Noyabr 2025 / 13:29
9
“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

“Bakcell” “İnnovasiyalar və süni intellekt” konfransının əsas tərəfdaşı oldu

07 Noyabr 2025 / 13:26
14
“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

“Bakcell” 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı

07 Noyabr 2025 / 13:21
12
“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

“Bakcell”in baş icraçı direktoru “INMerge” İnnovasiya Sammitində çıxış edib – Fotolar

07 Noyabr 2025 / 13:19
15
“Nar”ın rəhbərliyində dəyişiklik olub

“Nar”ın rəhbərliyində dəyişiklik olub

07 Noyabr 2025 / 13:15
12
“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

“Bakcell” “INMerge” Sammitində ən son innovasiyalarla çıxış edir

07 Noyabr 2025 / 13:12
13
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır

07 Noyabr 2025 / 13:07
15
Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

Milli Qürur – Qələbə Bayramı adlı tədbir keçirilib

06 Noyabr 2025 / 17:22
24
Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

Respublika Gənclər Kitabxanasında “Dahi bəstəkar Üzeyir Hacıbəyli 140” adlı elektron baza istifadəçilərə təqdim edilib

04 Noyabr 2025 / 20:57
10
Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

Respublika Uşaq Kitabxanasında master-klass keçirilib-Fotolar

01 Noyabr 2025 / 16:24
23
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.