İsrail İran ərazisinə yenidən hücum edərsə, onun hədəflərinə zərbələr endiriləcək.
Avropa.info xəbər verir ki, bu sözləri İran Prezidenti Məsud Pezeşkian “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.
“Biz İsrailin hərbi addımlarına qarşı tam hazırıq və qüvvələrimiz yenidən onun ərazisinə zərbələr endirə bilər. Biz müharibə istəmirik və atəşkəsin daimi olacağını gözləmirik”, – deyə Pezeşkian qeyd edib.
Tərəflərin eskalasiya zamanı bir-birinə güclü zərbələr endirdiyini əlavə edən İran prezidenti vurğulayıb ki, İsrail öz itkilərini gizlədir:
“İsrail raket zərbələrimizin effektivliyi barədə danışmağa imkan vermir, lakin onun müharibənin dayandırılmasını istəməsi çox şeyi deyir”.