Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan, “Ağrıları dünənki kimi təzə olan Srebrenitsa Soyqırımının ildönümündə, həyatlarından məhrum olmuş bosniyalı qardaş və bacılarımızı rəhmətlə yad edir, ailələrinə və yaxınlarına səbr diləyirəm” dedi.
Avropa.info xəbər verir ki, Əminə Ərdoğan, Srebrenitsa Soyqırımının 30-cu ildönümü ilə bağlı sosial şəbəkədəki paylaşımında bunları qeyd edib:
“Bu gün Srebrenitsayı yad etmək təkcə yas tutmaq deyil, həm də insanlığın ləyaqətini qorumaq üçün mübarizə aparmaqdır. Ağrıları dünənki kimi təzə olan Srebrenitsa Soyqırımının ildönümündə həyatlarından məhrum olmuş bosniyalı qardaş və bacılarımızı rəhmətlə yad edir, ailələrinə və yaxınlarına başsağlığı verirəm”.