ABŞ prezidenti Donald Tramp İranla atəşkəs əldə olunması və Qəzzada atəşkəs danışıqları prosesinin başlamasının ardından sabah paytaxt Vaşinqtonda İsrailin baş naziri Binyamin Netanyahunu qəbul edəcək.
Avropa.info xəbər verir ki, Tramp Qəzzada atəşkəs üçün təzyiq göstərdiyi Netanyahu ilə yanvar ayında prezident kimi ikinci müddətə başladıqdan bəri üçüncü dəfə Ağ Evdə görüşəcək .
Görüş , ABŞ-ın İranın nüvə obyektlərinə hücumundan sonra Tehran və Təl-Əviv arasında əldə olunan atəşkəsdən sonra Trampın Qəzzada oxşar atəşkəs barədə razılığa gəlmək və bütün məhbusları azad etmək üçün Netanyahuya təzyiqi artırdığı bir vaxta təsadüf edir.
İki liderin sabah axşam Ağ Evdə görüşəcəyi gözlənildiyi halda, ABŞ mətbuatı İsrailin strateji işlər naziri Ron Dermerin bəzi yüksək səviyyəli ABŞ rəsmiləri ilə məlumat mübadiləsi aparmaq üçün Vaşinqtonda olduğunu bildirib .
İyun ayında İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə birgə hücumundan sonra Tramp-Netanyahu görüşünün “qələbə dövrəsi” olacağı gözlənilir.
ABŞ mediası İsraildə seçkilərin yaxınlaşdığı və Netanyahuya qarşı korrupsiya işinin gündəmdən çıxarılmasına çalışıldığı bir vaxtda bu görüşün də İsrail baş nazirinin əlini gücləndirəcəyinə diqqət çəkir.
Tramp cümə günü jurnalistlərə deyib: “Gələn həftə ərzində Qəzzada atəşkəs görəcəyimizi gözləyirik”.
Həmin gün Həmas Qətər və Misir vasitəçilərinə son atəşkəs təklifinə “müsbət” cavabını çatdırıb.