ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Rusiya və Ukrayna münaqişə tərəflərini danışıqlara təşviq etməyə davam edəcək.
Avropa.info xəbər verir ki, Rubio NATO Sammitində iştirak etdiyi Hollandiyanın Haaqa şəhərində “Politico”ya verdiyi müsahibədə ABŞ-ın İrandakı 3 nüvə obyektinə hücumu, NATO sammiti və Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
İlin əvvəlindən bu yana 80 mindən çox rus əsgərinin həyatını itirdiyini, Ukraynanın itkilərinin isə daha az olduğunu qeyd edən Rubio, “Biz bu münaqişənin sona çatmasını istəyirik. Bu, qanlı, dağıdıcı və mənasız bir müharibədir , lakin tərəflər hələ də irəliləyiş əldə etmək istəklərini nümayiş etdirməyiblər. Ona görə də danışıqlara çağırmağa davam edəcəyik” dedi.
Bəzi ölkələrin Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməsi üçün ABŞ-a təzyiq etdiyini qeyd edən Rubio, “Hər kəsin istədiyi kimi Rusiyaya qarşı daha çox sanksiya tətbiq etsək və onları tamamilə əzsəydik, yəqin ki, atəşkəs haqqında onlarla danışmaq imkanımızı itirərdik. O zaman onlarla kim danışacaq?”