Səudiyyə Ərəbistanı hicri 1447-ci ilin əvvəli ilə Kəbənin örtüyünü təzələdi.
Avropa.info xəbər verir ki, Səudiyyə Ərəbistanında Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri üzrə Baş İdarədən verilən açıqlamada Kəbə örtüyünün dəyişdirilməsi prosesinin dünən axşam saatlarında 154 mütəxəssisdən ibarət bir qrup tərəfindən həyata keçirildiyi bildirilib.
Yeni çəkilmiş 47 ədəd və 1415 kiloqram örtünün dəyişdirilməsi prosesi saatlarla aparılıb. Kəbənin örtüyünün hazırlanmasında təxminən 825 kiloqram xalis ipək, 180 kiloqram gümüş və qızıldan istifadə olunub.
Yenisi ilə əvəzlənən köhnə örtük zəmzəm suyu ilə yuyulur və daha sonra muzeylərdə sərgilənmək üçün İslam ölkələrinə göndərilir.
Kəbənin gümüş və qızıldan olan kəmərində Qurani-Kərimdən ayələr var.
Dünyanın ən böyük tikiş maşını ilə hazırlanmışdır
Kəbə örtüyü Məkkədə Kral Əbdüləziz Kisva Kompleksində istehsal olunur. Kompleksdə 200-ə yaxın usta və inzibati heyət çalışır. Burada həmçinin uzunluğu 16 metr olan dünyanın ən böyük kompüterlə işləyən tikiş maşını yerləşir.
Səudiyyə Ərəbistanı hər il Zilhiccə ayının 9-u, Ərəfə günü Kəbənin örtüyünü dəyişdirirdi, lakin 2022-ci ildə bu adət dəyişdirildi və örtünün yenilənməsi hicri ilin birinci günü Məhərrəm ayının 1-ə keçirildi.