ABŞ prezidenti Donald Tramp İrandakı digər rəsmilərin hücumdan sonra “zədələndiyini” bildirən üç nüvə obyektini təsvir etmək üçün “məhv edilmiş” ifadəsinin işlədilməsinin düzgünlüyünü müdafiə edib.
Avropa.info xəbər verir ki, Tramp Truth Social-dakı paylaşımında ABŞ rəsmilərinin onun bəyanatlarına zidd olan açıqlamalarına qiymət verib.
Tramp peyk görüntülərinin İrandakı bütün nüvə obyektlərinə böyük ziyan vurduğunu göstərdiyini deyib və əlavə edib: “Məhv edilib” dəqiq ifadədir.
Görüntülərdəki ağ quruluşun qayanın dərinliklərində basdırıldığını və hətta damının yeraltı səviyyədə olduğunu söyləyən Tramp, “Ən böyük ziyan yeraltı səviyyədə idi. Birbaşa zərbə!”
Digər tərəfdən, New York Times (NYT) qəzetinin əldə etdiyi peyk görüntüləri, Fordo obyektinin xaricində “dəstək binası” olaraq bilinən ağ rəngli binanın hücumda heç bir zərər görmədiyini və bunkeri deşən bombanın giriş nöqtələrinin ortaya çıxdığını göstərdi.
ABŞ-ın yüksək rütbəli rəsmisi deyib ki, ABŞ-ın zərbəsi Fordo nüvə obyektini məhv etməyib, lakin ona “ciddi ziyan vurub”.
Tramp İranın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə edilən hücumlardan sonra bu əsas məqamların “tamamilə məhv edildiyini” bildirsə də, Baş Qərargah rəisi Dan Caine də daxil olmaqla müxtəlif təhlükəsizlik rəsmilərinin bu ərazilərin yalnız “zərər gördüyünü” söyləməsi diqqət çəkir.