Braziliyada həftənin əvvəlindən yağan güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 3 nəfərə çatıb.
Avropa.info xəbər verir ki, Səlahiyyətlilərdən verilən açıqlamaya görə, ölkənin cənubundakı Rio-Qrande-du-Sul əyalətində güclü yağış daşqına səbəb olub.
İndiyədək daşqınlarda 3 nəfər həyatını itirib, 1 nəfər itkin düşüb.
Mülki müdafiə qrupları tərəfindən yağışdan zərər çəkmiş ərazilərdən 6 minə yaxın insan təxliyə edilib.
Çayların daşdığı və bir çox evin su altında qaldığı ərazilərdə axtarış-xilasetmə işləri davam edir.
Təxminən 100 şəhərin daşqınlardan zərər çəkdiyi və təxliyə işlərinin çətinliklə davam etdiyi bildirilib.
Rio Grande do Sul əyaləti keçən il oxşar fəlakətlə üzləşdi və 180-dən çox insan öldü.