18 iyun 2025-ci il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Mübariz İbrahimovun şəhadətinin 15-ci ildönümü münasibətilə xatirəsi yad edilib.
Bu barədə Avropa.info-ya kitabxanadan məlumat verilib.
Anım Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Kitabxana əməkdaşı uşaqlara Mübariz İbrahimovun həyat yolu və göstərdiyi şücaət barədə ətraflı məlumat verib. Qeyd edilib ki, onun timsalında bütün şəhidlərin xatirəsi xalqımızın yaddaşında daima yaşayacaqdır.
Daha sonra uşaqlara Milli Qəhrəmana həsr olunmuş animasiya filmi təqdim edilib. Uşaqlar izlədikləri film əsasında qəhrəman haqqında düşüncə və təəssüratlarını bölüşüblər