İranın Lorestan əyalətində İsrailin xarici kəşfiyyat agentliyi Mossad adından “sosial media vasitəsilə” fəaliyyət göstərdiyi iddia edilən 5 nəfər saxlanılıb.
Avropa.info xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA, Lorestan İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin verdiyi yazılı açıqlamanı dərc edib.
Sosial şəbəkələrdə aktiv olan 5 nəfər İsrailin İrana hücumları zamanı ictimaiyyət arasında təşviş və qorxu yaratmaqda və rejimin sarsılmasında ittiham olunur.
Eyni əyalətdə də dünən oxşar ittihamlarla 18 nəfər təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.