25 - 05 - 2026
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Mediada ədəbi dil normalarının pozulması: Mövcud vəziyyət və müdafiə mexanizmləri

İyun 10, 2025
Araşdırma, Redaktorun Seçimi
A A

Giriş

Dilin istənilən xalqın təkcə ünsiyyət vasitəsi deyil, eyni zamanda milli kimliyinin daşıyıcısı, toplumun tarixi yaddaşının, mənəvi dünyasının və ideoloji bütövlüyünün fundamental dayaqlarından biri olduğu qavranılmış gerçəklikdir. Beləliklə, dil milli mənsubiyyətin başlıca ifadəsi olduğuna görə vətəndaş cavabdehliyimizi və öhdəliklərimizi də qavramağımızı gərəkləndirir.

Erkin (bağımsız) dövlətçilik sürəsində dilin qorunması və qalxınması başlıca yönəldicilik kimi alqılansa da, mediada və rəqəmsal platformalarda, reklam daşıyıcılarında ədəbi, publisistik, elmi dil normalarının leksik, qrammatik və üslubi baxımdan pozuntularla ifadə edilməsi halları ciddi görünən dərəcədə çoxdur.

Həmin pozuntuların təhlili, səbəbləri və bu sayaq savadsızlığın, yaxud biganəliyin aradan qalxızılması istiqamətində sistemləşdirilmiş tövsiyələr zaman-zaman ortaya qoyulsa da problemin aradan qalxızılması üçün yetənəkli üsullar düşünülməmişdir. Dilimizin işlənmə durumunu mediada görüb də bunları yazmamaq olmur.

Baxmayaraq ki, sosial ifadə müstəvilərində (KİV-də, internet resurslarında, reklam daşıyıcılarında) ədəbi dil normalarının pozulması halları, dilimizdən istifadə ilə bağlı durum, pozuntuların açığa çıxardılması, bu yöndən dilin qorunması və zənginləşməsi, düzgün istifadəsi üçün tövsiyələrin verilməsi barədə dönə-dönə toplantılar olub, dəyərli təkliflər verilib.

Üstəlik, Ölkədə qos-qoca AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda, BDU-da və Pedoqoji universitetlərdə Azərbaycan dili akademik səviyyədə araşdırılaıb, üslublaşdırılıb. Yüzlərlə filoloq dil mövzusunda alimlik dərəcəsi alıb.

Ayrıca 2001-ci il iyunun 18-də rəhbəri ölkə prezidenti olmaqla Dövlət Dil Komissiyası yaradılıb. “Qloballaşma şəraitində Azərbaycan dilinin zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” qəbul edilib, Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı sərəncam verilib, həmçinin Nazirlər Kabineti yanında Terminologiya Komissiyası yaradılıb. “Məqsəd dövlət dilinin mövqeyinin möhkəmləndirilməsinə, norma və qaydalarına əməl olunmasına, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılmasına, zənginləşməsinə, qorunmasına dövlət siyasətini yürütməkdir”.

Hələ üstəlik, 2018-ci ildən 2024-cü ilin noyabrınacan işləmiş Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi mediada dil nöqsanlarının olmaması ilə bağlı xeyli layihələr gerçəkləşdirib.

Dilçi alimlərin, ekspertlərin, KİV-lərin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin iştirakı ilə dəfələrlə ictimai müzakirələr təşkil olunub. Bu sürədə “Azərbaycan dilinin milli dəyər” anlayışı müdafiə oluub. O sıradan ayrıca TV veriliş yayımlanıb.

Ancaq, amma, lakin… Problem istəklərimiz qatında həll edilməmiş qalır.

Azərbaycan dilinin adi leksik və qrammatik qaydalarının pozulması, əcnəbi dillərdə olan söz və ifadələrin işlədilməsi vəziyyəti necə, hansı üsullarla izlənməlidir? Azərbaycandilli mətbuatın vəziyyəti hansı prinsiplərlə təhlil və monitorinq edilməlidir? İçində olduğumuz MEDİA yükümlülərinə hansı ismarışlar verilməlidir? Ya dilin düzəni üçün belə dirənişlər etmək gərəksizdir, faydasızdır? Bəlkə problemin aradan qalxızılması üçün yetənəkli üsullar yoxdur?

Bu suallar daim açıq qalmalıdır. Çünki, qloballaşan dünyada, internetin mədəniyyətləri və dilləri çulğaşdırdığı məkanda dilin daim sahmanda olması hər bir doğma dil daşıyıcısının haqqı və məsuliyyətidir.

Sezdiyimiz faktlardan doğan problemlər zamanla həll edilən işdir.

Azərbaycandilli mediada, xüsusilə də sosial şəbəkələr və onlayn xəbər portallarında ədəbi dil normalarına əməl edilməməsi halları çoxalmaqdadır. Bu pozuntular əsasən aşağıdakı formalarda özünü göstərir:

  • Morfoloji pozuntular, cümlədə təyin və tamamlığın yerinin yanlış yazılması,– çoxlu redaksiyanın işlədiyi Nəşriyyatın girişinə pandemiya zamanı xəbərdarlıq yazıb yapışdırmışdılar: “Maskasız binaya girmək qadağandır!” Düzgün yazılışın “Binaya maskasız girmək qadağandır!” olmasına heç kim etina etmirdi.
  • Sərbəst danışıq üslubunun normativ yazı dilində işlənməsi – Məsələn, “heç kim görmür də” kimi şifahi danışıq formaları yazılı mediada yer almaqdadır.
  • Şifahi ünsiyyət elementlərinin reklam və afişalarda orfoqrafik, leksik, üslub pozuntuları ilə işlədilməsi – “Ən dadlısı bizdədi!”, “Gəlin baxın, görəcəksiz”, “O nədi elə?”, “Lap əla keçdi tədbir”, “Kimdi günahkar?”, “Gəl biznən ol”.
  • Yersiz sensasiyalarda dilin eybəcərləşdirilməsi – Bəzi xəbər başlıqları: “Azərbaycan partladı – medal qız yağışı”, “Bu görüntü sizi şoka salacaq!” – informasiya yox, emosional manipulasiyalarla sensasiya oyunu qurmaqdır.
  • Ən qorxulusu isə, əcnəbi söz və ifadələrin tərcüməsiz işlədilməsidir – “start verildi”, “menecment komandası”, “event keçirildi”, “feedback aldıq”, “PR kampaniyası başladı” kimi ifadələrin öz dilimizdə qarşılığı olsa da yersiz.
  • Bu sayaq çoxlu faktlar sıralamaq olar. Ölkə mediasında hər gün bu və buna bənzər xeyli qüsurlu misallar toplaya bilərik.

Səbəbləri sistemləşdirəndə problemin çoxşaxəli olduğu önə çıxır:

  • Redaktə institutunun zəifliyi: Bir çox onlayn media orqanlarında ixtisaslaşmış redaktor heyətinin olmaması;
  • Peşəkar jurnalist hazırlığının keyfiyyəti: Jurnalistika sahəsində çalışanların ədəbi, rəsmi, elmi dil biliklərinin istifadədə loru ifadələrdən ayırım təcrübəsinin zəifliyi;
  • Dil siyasətində tənzimləyici mexanizmlərin yetərsizliyi: Qanunvericilikdə məsuliyyət müəyyən edilsə də tətbiq və nəzarətin, demək olar ki, olmaması;
  • Reytinq və tıklama dalınca qaçan medianın və sosial şəbəkələrin təsiri: Qısa, emosional və tıklama yönümlü mövzunun dilinin keyfiyyətindən çox, diqqətçəkiciliyini önə çıxarmaqla normativ və estetik dəyərlərin arxa plana keçirilməsi;
  • Xarici dillərin (xüsusilə də ingiliscənin) təsiri. Ekspertlərin əcnəbi terminləri yerli-yersiz işlətmələri;
  • Ən başlıcası, TV-lərdə, radiolarda düzgün danışıq mövzusunda təlim-verilıişlərin olmaması. Zamanla cəhd edilsə də dilin öyrədilməsi ilə bağlı tutarlı modelin tapılmaması.

Monitorinq və statistik təhlil:

Azərbaycan dilinin istifadəsinə nəzarət üzrə Monitorinq Mərkəzinin yayımladığı illik hesabatlarda aşağıdakı xətalı vərdişlər qeyd olunur:

  • Elektron KİV-də dil pozuntusu ilə müşahidə olunan başlıqların ümumi xəbərlərə nisbəti: təxminən 35-45%;
  • Reklam və afişalarda sintaktik və morfoloji səhvlərin payı: təqribən 60%;
  • Sosial media kontentində ən çox pozulan norma: şəxs və zaman şəkilçilərinin istifadəsi, loru ifadələrin yazıya daşınması, durğu işarələrinin işlənmə qaydalarını bilməmə.

Müstəqil qurumlar və dil mütəxəssislərinin dillə bağlı davamlı monitorinqləri açığa çıxardır ki, ədəbi dilə əməl etmə faizi xüsusən elektron mediada çox aşağıdır. Belə ki, bəzi populyar xəbər saytlarında yazıların 60%-ə qədəri sintaktik və leksik pozuntularla müşahidə olunur.

Anlamaq gərəkdir ki, dilin qorunması ilə yanaşı genişləndirilməsi təkcə texniki dil normativləri çərçivəsində deyil, ideoloji və mədəni dəyər kimi qəbul edilməlidir. Bu yanaşma şüar deyil, strateji konsepsiyadır. Milli dəyər sistemində dil:

  • Mədəni özünütəsdiqin göstəricisi;
  • Dövlətin suveren atributu;
  • Təhsilə və ictimai rəyə ən başlıca təsir mexanizmidir. Bunun da ifadə meydanı əsaslı olaraq mediadır.

Təkliflər

  1. KİV üçün yazılmış normativ dil bələdçisinin mütəmadi yenilənməsi və yenidən çaplanması;
  2. Jurnalist və kontent istehsalçıları üçün dil bilikləri üzrə illik təkmilləşdirmə, redaktə və korrektə kurslarının təşkili;
  3. Media qurumlarında məcburi redaktə heyətinin saxlanılması barədə hüquqi mexanizmlərin hazırlanması;
  4. Jurnalistika və PR ixtisasları üzrə ədəbi dil və stilistika fənlərinin təkmilləşdirilməsi;
  5. Ədəbi dilə həsr olunmuş ictimai müzakirələrin – debat, forum, konfrans formatında keçirilməsi;
  6. Reklam daşıyıcılarında və sosial mediada dil pozuntularına məsuliyyətin artırılması üçün xəbərdarlıq və cərimə mexanizmlərinin tətbiqi, Mədəniyyət Nazirliyi ilə birgə monitorinqlərin təşkili;
  7. İctimai TV-də “Niyə belə deyirik” adlı daimi studiyanın qurulması;
  8. Ədəbi dilin normativ istifadəsini təşviq edən sosial layihə və kampaniyaların həyata keçirilməsi.

Nəticə:

“Azərbaycan dili milli dəyərdir” anlayışı yalnız şüar yox, ictimai davranış normalarında özünü göstərməlidir. Dilin informasiya cəmiyyətində rolu yalnız kommunikasiya deyil, həm də milli dəyərin ideoloji daşıyıcısı kimi qəbul edilməlidir.

KİV-in dili cəmiyyətin dili deməkdir. Bu səbəbdən, mediada ədəbi dilin qorunması – gələcək nəsillərə sağlam dil mühiti miras qoymaq üçün strateji vəzifədir. Dilin təmizliyi – millətin şəxsiyyətidir.

Azərbaycan dili bizim milli ruhumuzun, mədəniyyətimizin səsidir. Dil qorumaq təkcə filoloqların və dilçilərin yox, cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyəti kimi qəbul edilməlidir, jurnalistlərin, müəllimlərin, dizaynerlərin, siyasətçilərin, sosial ekspertlərin və sıravi vətəndaşların da borcudur. Mediada hər düzgün işlədilən söz, gələcək nəsillərə örnək olacaq bir addımdır.

Oxunmalı ədəbiyyat:

  1. Azərbaycan Respublikasının “Dövlət dili haqqında” Qanunu, 2002
  2. Dövlət Dil Komissiyasının Monitorinq Mərkəzi – İllik hesabatlar (2022–2024)
  3. Qasımova S. “Müasir Azərbaycan mətbuatında dilin durumu” – Bakı Universiteti nəşriyyatı, 2020
  4. Məmmədov A. “Jurnalistikanın dil mədəniyyəti” – ADPU, Bakı, 2019
  5. Əliyev R. “Mediada ədəbi dilin qorunması problemləri” // Jurnalistika və Kommunikasiya Elmi Jurnalı, №2, 2023
  6. UNESCO. “Linguistic Diversity and Media Freedom” – Regional Report, 2021
  7. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu – “Azərbaycan dilinin orfoqrafiya qaydaları”, 2021
     


    Əlisafa Mehdi,
    BDU-nun jurnalistika fakültəsinin müəllimi, konflikt jurnalistikası üzrə mütəxəssis

    Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycan dili və mədəniyyəti: milli və bəşəri dəyərlər” adlı layihəsi çərçivəsində çap olunur.

Əvvəlki Yazı

İnsan alverinə qarşı mübarizənin əsas istiqamətləri müzakirə edildi – FOTOLAR

Növbəti Yazı

Türkiyə Qlobal səyahətə ilham verən ilk orijinal mini-serialını təqdim edir -VİDEO\FOTOLAR

XƏBƏR LENTİ

Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü – AÇIQLAMA

Bakı forumu qlobal həmrəyliyin müzakirə olunduğu mühüm beynəlxalq platforma kimi tarixə düşdü – AÇIQLAMA

23 May 2026 / 14:50
27
Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri – TƏHLİL

Fərqlilik içində birlik: Dini və mədəni müxtəlifliyin sosial sabitliyə təsiri – TƏHLİL

23 May 2026 / 12:56
26
Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

Vüqar Dadaşov:”Niyə Putin üçün Ukraynada məğlubiyyətdən Ermənistanda seçki məğlubiyyəti daha təhlükəlidir?”

23 May 2026 / 9:47
127
“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib-Fotolar

“Mütaliədən natiqliyə aparan yol” adlı tədbir keçirilib-Fotolar

22 May 2026 / 14:25
66
“Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirildi – FOTO

“Bir Kətan, Min Mədəniyyət” adlı beynəlxalq onlayn sərgi keçirildi – FOTO

21 May 2026 / 20:44
61
Süni intellekt və kitab sevgisi: Uşaq Kitabxanasından innovativ layihə

Süni intellekt və kitab sevgisi: Uşaq Kitabxanasından innovativ layihə

20 May 2026 / 17:25
93
Azərbaycanda tolerantlıq siyasəti: Yerli icmaların rolu və çağırışlar – TƏHLİL

Azərbaycanda tolerantlıq siyasəti: Yerli icmaların rolu və çağırışlar – TƏHLİL

20 May 2026 / 13:00
66
Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

Ümummilli Lider anadan olmasının 103-cü ildönümü ilə bağlı virtual sərgi hazırlanıb

18 May 2026 / 21:32
105
 Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər-Fotolar

 Respublika Uşaq Kitabxanasının əməkdaşları Beynəlxalq Muzeylər Günü münasibətilə paytaxtın aparıcı muzeylərini ziyarət ediblər-Fotolar

18 May 2026 / 21:27
149
Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi

Azərbaycan modeli: Sosial harmoniya və birgəyaşayış təcrübəsi

18 May 2026 / 18:48
81
“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

“Nar” “İmkanlar hər kəs üçün” layihəsinin bağlanış mərasimində iştirak edib

18 May 2026 / 11:47
82
2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

2026 UEFA Avropa Liqasının finalı zamanı İstanbulu kəşf edin – FOTOLAR

18 May 2026 / 11:34
83
Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

Hans Xristian Andersen Mükafatının Münsiflər Heyətinin prezidenti Respublika Uşaq Kitabxanasında olub

15 May 2026 / 19:20
117
Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

Şirvan Dövlət İqtisadiyyat Kollecinin bir qrup tələbələri Respublika Uşaq Kitabxanasında olub-Fotolar

15 May 2026 / 19:15
123
Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

Mədəniyyətlər arasında sənət körpüsü: “Misir Azərbaycan Rəssamlarının Gözü ilə” sərgisi keçirilib – FOTOLAR

14 May 2026 / 23:33
136
Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

Şahbaz Şərif Fərid Əhmədovu qəbul etdi

14 May 2026 / 17:08
105
Rusiyali Biznesmen Bakıda gizlənmiş

Rusiyali Biznesmen Bakıda gizlənmiş

14 May 2026 / 11:08
98
Ağakərim Səmədzadə nazirin I müavini oldu

Ağakərim Səmədzadə nazirin I müavini oldu

14 May 2026 / 10:47
99
Andrey Yermak həbs olundu – FOTO

Andrey Yermak həbs olundu – FOTO

14 May 2026 / 10:38
107
Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

Bayramı öncəsi heyvan bazarında QİYMƏTLƏR

14 May 2026 / 9:52
100
Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

Kəndlərimiz boşalır, yaşlılarımız tənha qalır… – Rafiq Daşdəmirli

13 May 2026 / 12:11
156
Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

Türkiyə və Ermənistan birbaşa ticarətə hazırlaşır

13 May 2026 / 11:37
116
Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

Zakir Həsənov Slovakiyada beynəlxalq müdafiə sərgisində iştirak etdi -Fotolar

13 May 2026 / 11:29
121
Avropa liderləri İlham Əliyevdən nümunə götürür

Avropa liderləri İlham Əliyevdən nümunə götürür

13 May 2026 / 11:12
100
Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

Bayrama görə pensiyalar tez veriləcək? – RƏSMİ

13 May 2026 / 11:02
116
Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

Ermənistanla sərhəd açırlır? – Türkiyə XİN-dən mühüm AÇIQLAMA

13 May 2026 / 10:43
101
QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

QHT regionlarda heyvandarlıq təsərrüfatlarının problemlərini öyrənəcək

13 May 2026 / 10:07
107
QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

QHT tolerantlıq və multikulturalizm mövzusunda yeni layihəyə start verib

13 May 2026 / 10:04
97
Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

Bakıda “InVision Design Talks BAKU 2026” keçirilib – FOTOLAR

12 May 2026 / 11:03
108
“Bayquş və qarovulçu” – Hekayə

Sadə dildə dərin fəlsəfə: İmamverdi İsmayılovun “LABİRİNT” əsərinə ədəbi baxış

11 May 2026 / 17:55
109
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.