08 - 06 - 2025
  • Haqqımızda
  • Reklam
  • Media otağı
  • Əlaqə
  • Köhnə versiya
Avropa.info
Advertisement
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
No Result
View All Result
  • Ana Səhifə
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
Avropa.info
No Result
View All Result
Ana səhifə Araşdırma

Zəngəzur dəhlizi və Türk dünyasının gələcəyi

İyun 7, 2025
Araşdırma
A A

Zəngəzurun bütövlükdə Azərbaycan torpaqları olması, Azərbaycan türklərinə aid ərazilər kimi tarixə düşməsi danılmaz faktdır. Tarixə nəzər yetirdikdə Zəngəzur, Naxçıvan, Zəngilan, Qarabağ və digər ərazilərin hamısı Azərbaycan torpaqları kimi qeyd olunub. Zəngəzurun bir hissəsinin Ermənistana birləşdirilməsi əvvəlcə Sovet Rusiyasının, daha sonra SSRİ rəhbərliyinin iradəsi ilə baş verən bir prosesdir. Burada məqsəd bir tərəfdən Ermənistanı geniş şəkildə böyütmək, digər tərəfdən isə Türk dünyasının bütövlüyünü pozmaq idi. Məhz həmin proses 1920-ci ilin dekabrın əvvəlində başlayıb. Yəni 1920-ci ilin aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan SSR yaranmışdısa, təxminən 5-6 ay sonra Emrənistan SSR quruldu. 1920-ci il dekabrın 3-də Qərbi Zəngəzurun  Ermənistan SSR-yə birləşdiriməsi məsələsi ortaya qoyuldu.  Ancaq Zəngəzurun bir hissəsinin həmin tarixdə Azərbaycan SSR-nin rəhbərliyinə təzyiqlər nəticəsində Ermənistana verilməsi qərarı qəbul edilsə də, bu məsələ yarımçıq qalmışdı. Belə ki, Naxçıvanla Zəngilan arasındakı torpaqlarımızın Ermənistan SSR-in ərazisinə birləşdirilməsi faktiki olaraq erməni daşnakı Njdenin cinayətləri əsasında 1923-ci ilin yayında müəyyən qədər baş tutdu. Zəngəzurun bir hissəsini nəzarət altında saxlayan Njde bəyan etmişdi ki, ancaq bu torpaqlar Ermənistan SSR-ə veriləcəyi təqdirdə silahlı üsyana son verib, Avropaya mühacirət edəcək. Çox təəssüf ki, Sovet Rusiyasının rəhbərliyi bu şərtlə razılaşmışdı. Bununla da Zəngəzur torpaqlarının iki hissəyə parçalanması bir qədər də sürətlənmişdi. Əvvəlcə, Mehri şəhəri Azərbaycanın təkibindən çıxarıldı. Daha sonra 1929-cu ildə Azərbaycan SSR-ə aid olan 9 kəndin Ermənistana verilməklə 1930-cu ildə Mehri rayonu yaradıldı. 1929-1930-cu illərdə bu hadisə baş verərkən Azərbaycan SSR-in rəhbərliyində bir neçə erməni var idi və onlardan biri də Levon Mirzoyan idi. Bununla da Naxçıvan və Zəngilan arasındakı torpaqlarımız Ermənistan SSR-in tərkibinə keçdi.

Azərbaycan vaxtilə torpaqlarını itirmək məcburiyyətində qaldığı üçün bu gün öz ərazilərini geri istəməsi təbiidir. Həmin torpaqlarda Zəngəzur dəhlizinin açılması Azərbaycanın qanunla haqqıdır. 1920-ci dekabrından başlayaraq 1930-cu ilə qədər torpaqların Ermənistan SSR-yə birləşdirilməsi bizim həmin ərazilərdən imtina etməyimiz anlamına gəlmir. Biz həmin ərazilərin tarixi Azərbaycan torpaqları olduğunu yaxşı bilirik. Həmin ərazilərdə, Naxçıvan və Zəngəzurun arasında Azərbaycan torpaqlarının bütövlüyünü ifadə edən Zəngəzur dəhlizi mütləq reallaşacaq.

Ancaq ermənilər indi narahatdır ki, əgər 1929-cu il sərhədləri bərpa edilərsə, o zaman həmin torpaqların bir qismi Azərbaycana qaytarılmalı və beləliklə, Naxçıvanla Zəngilan arasındakı quru torpaqlar da bərpa olunmalıdır. Bizcə, bu anlamda Ermənistan rəhbərliyi Naxçıvan-Zəngilan, ya da Zəngəzur dəhlizinin reallaşmasından çox narahatdır. Çünki Atatürkün türk qapısı adlandırdığı Naxçıvan qapısını Zəngəzuru parçalamaqla bağlayan, yəni Türk dünyasının birliyini əngəlləyən qüvvələr bu dəhlizin inşası ilə planlarının pozulduğunu görürlər. Hər halda Zəngəzur dəhlizinin gerçəkləşməsi ilk növbədə, türk dünyasının quru yolunun, o cümlədən də siyasi, iqtisadi əlaqələrinin gücləndirilməsi üçün mühümdür. Doğrudur, bu dəhlizdən digər ölkələrin faydalanması da mümkündür. Ancaq əsas məsələ burada türk dövlətlərinin birliyinin güclənməsidir. Təxminən 100 ildən sonra türk dövlətləri arasında bir torpaq bağının yaranması çox mühüm hadisədir. Vaxtilə Atatürkün “Türk qapısı” adlandırdığı Zəngəzur dəhlizinin açılması ilə türk dünyası üçün yeni bir mərhələnin başlanğıcı olacaq. Azərbaycan Türkiyə və Türk dünyası ilə güclü bağının yaranmasında əhəmiyyətli rolunu daha da gücləndirəcək.

Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, Zəngəzur dəhlizi mütləq açılmalıdır. 5 mart 2025-ci il tarixində İğdır-Naxçıvan qaz xəttinin açılışı münasibətilə keçirilən mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışında layihənin əhəmiyyətini vurğulayaraq, Naxçıvanın tarixi mövqeyi, onun Azərbaycanın əsas hissəsindən ayrı düşməsi və bunun tarixi səbəbləri haqqında danışıb. O, xüsusilə qeyd edib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti Qərbi Zəngəzuru Azərbaycandan ayıraraq Ermənistana birləşdirib və bunun nəticəsində Naxçıvan Azərbaycanın əsas ərazisindən qoparılıb. Bu ədalətsizlik bir əsrdən çox davam edib və Naxçıvanda yaşayan soydaşlarımızın həyatına mənfi təsir göstərib. Prezident, həmçinin, Ermənistanın Birinci Qarabağ müharibəsi zamanı Naxçıvanı blokadaya alaraq işğal etməyə cəhd göstərdiyini, lakin naxçıvanlıların Heydər Əliyevin rəhbərliyi altında öz torpaqlarını qoruduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il martın 29-da 31 mart azərbaycanlıların soyqırım günü münasibətilə Azərbaycan xalqına  müraciətində demişdir: “XIX əsrin birinci yarısından İrandan və Osmanlı imperi­ya­sından köçürülən ermənilər hesabına Qarabağ və Zəngəzurda demoqrafik vəziy­yətin zorla dəyişdirilməsi, 1905 və 1918-ci illərdə azərbaycanlı əhalinin kütləvi qırğınları, 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında Ermənistan dövləti­nin yaradılması və Azərbaycanın ən mühüm mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin paytaxt kimi Ermənistana güzəştə gedilməsi, 1920-ci illərdə sovet hökuməti tərəfindən Zəngəzurun ermənilərə verilməsi, 1948-1953-cü illərdə yüz minlərlə azərbaycanlının indiki Ermənistan ərazisindəki əzəli torpaqlarından dep­or­tasiyası və sair faktlar soyqırımı tarixinin faciəli və qanlı səhifələridir” (90, s.67).

Azərbaycanın 28 aprel işğalından Ermənistan da son dərəcə yararlanmağa başladı. Belə ki, Sovet Ermənistan Sovet Azərbaycana qarşı ərazi iddialarından nəinki əl çəkdi, əksinə onların xeyrinə dönmüş hərbi-siyasi vəziyyətdən maksimum yararlanmağa başladı. Rəsmi Moskva Naxçıvan, Zəngəzur və başqa ərazilərin gah mübahisəli elan edir, gah da Ermənistana verilməsi barədə fikirlər irəli sürürdü ki, onların ikibaşlı siyasətindən istifadə edən erməni hərbi hissələri 1920-ci ilin yayında Zəngibasara və Şərura hücum edib, dinc əhalini qırdılar, 300-dən çox kəndi yandırdılar. Bu torpaqların qədim əhalisi olan Azərbaycan türklərinin 70 min nəfəri Cənubi Azərbaycana, 400 mini Naxçıvana köçdü.

Sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış 1920-ci il 10 avqust sazişinə görə, Şərur-Dərələyəz qeyd-şərtsiz Ermənistana verilir, Qarabağ, Zənəgəzur və Naxçıvan mübahisəli ərazilər elan olunurdu. Bununla Rusiya Azərbaycan torpaqları hesabına Ermənistanı “sovetləşdirmək” niyyəti güdürdü. Belə siyasət Zəngəzurda vəziyyətin sabitləşməsinə mane olurdu ki, orada döyüşlər 1920-ci ilin sonuna kimi davam etdi. 1920-ci ilin yayında ermənilər Zəngəzuru talan edərək Naxçıvana hücum etdilər. Veysəl bəyin başçılığı ilə Naxçıvanı müdafiə edən türk ordusu orada nəzarəti tamamilə ələ aldı. Bu vaxt Ermənistan Türkiyəyə qarşı müharibəyə başlasalar da məğlub oldular. 1920-ci il dekabrın 2-də Türkiyə ilə Ermənistan arasında bağlanmış Gümrü (Aleksandropol) müqaviləsinə görə, İrəvan bölgəsi və Göyçə gölü istisna olmaqla bütün Ermənistan ərazisi Türkiyənin himayəsinə keçmiş, Ermənistan 10 min kv. km. hüdudlarında müəyyənləşdirilmişdi. Ancaq ermənilər sovet dövründə Gümrü müqaviləsini tanımaqdan imtina etdilər.

1920-ci il 29 noyabrında Ermənistan sovetləşəndən sonra ermənilərin Naxçıvan, Zənəgəzur və Qarabağa olan iddiaları daha da gücləndi. Buna ilk növbədə, 1920-ci il dekabrın 2-də RSFSR ilə Sovet Ermənistanı arasında bağlanmış müqavilə səbəb oldu. Həmin müqavilənin “üçüncü maddəsində göstərilirdi ki, Rusiya sovet hökuməti Ermənistanın 1920-ci il oktyabrın 23-nə kimi sahib olduğu aşağıdakı ərazilərini – İrəvan quberniyasının, Qars vilayəti hissəsinin, Zənəgəzur qəzasının, Qazax qəzası hissəsinin, Tiflis quberniyası hissəsinin “Sovet erməni Respublikasının” tərkibinə daxil olduğunu mübahisəsiz təsdiq edir”. Maraqlıdır ki, AK(b)P MK siyasi və təşkilat bürolarının 1920-ci il 30 noyabrında keçirilmiş birgə iclasında da, təxminən buna uyğun qərar qəbul edilmişdi. Qərarda Zəngəzur, Qarabağın dağlıq hissəsi haqqında məsələyə də toxunulmuş və bəyannaməni elan etmək N.Nərimanova tapşırılmışdı. 7 cildliik “Azərbaycan tarixi”inin 6-cı cildində yazılır: “Qərarda da, N.N.Nərimanovun çıxışında da, 1920-ci il dekabrın 1-də Bakı Sovetinin iclasında onun elan etdiyi bəyannamədə də Naxçıvan haqqında məsələ qaldırılmamışdı.  Lakin ertəsi gün qəzetlərdə dərc olunmuş bəyannaməyə aşağıdakı fikir əlavə edilmişdi: “Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının ayrılmaz hissəsidir””. Həmin kitabda qeyd olunur ki, bu sözlər, N.Nərimanovun rəyinin əleyhinə olaraq Q.K.Orconikidze, S.M.Kirov və onların həmfikirləri tərəfindən bəyannaməyə daxil edilmişdi.

Ancaq bu faktdır ki, Azərbaycanın İnqilab Komitəsinin sədri N.Nərimanovun imzası ilə dərc edilmiş bəyannaməsindən sonra, ermənilər Zəngəzurun Ermənistana birləşdirilməsini sürətləndirdilər. 1920-ci il dekabrın 25-də daşnaklar Zəngəzurda “Azad Sünik” hökumətini yaratdılar. Zəngəzurda Ermənistana bağlı Mehri rayonunun yaranmasıyla Naxçıvan Azərbaycandan ayrı salındı. Eyni zamanda, Ermənistan Dağlıq Qarabağ iddialarından da əl çəkmirdi. 1921-ci il iyunun 19-da Ermənistan SSR XKS sədri A.Myansikovun bəyanatı ilə “Dağlıq Qarabağ” Ermənistanın ayrılmaz tərkib hissəsi elan edildi. Ermənistan SSR-nin Dağlıq Qarabağda fövqalədə nümayəndəsi təyin olunmuş Mravyan N.Nərimanovun etirazları sayəsində iyunun 27-də geri çağırıldı.

İranın Suriyadakı məğlubiyyət və Yaxın Şərqdə proksilərinə endirilən ağır zərbələr səbəbindən çətin vəziyyətə düşdüyü bildirilir. Tehranın yaşadığı ağır iqtisadi çətinliklər də nəzərə alınmaqla, Zəngəzur dəhlizinin açılmasına razı olmaqdan başqa çarəsinin qalmadığı qeyd olunur. İranın dəhlizlə yanaşı bir neçə regional layihələrə baxışını təkrardan nəzərdən keçirə biləcəyi deyilir. Məqalədə dəhlizlə bağlı yer alan xəritə xüsusi diqqət çəkir. Belə ki, xəritəyə əsasən dəhlizin başlanğıc nöqtəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsi, bitiş nöqtəsi isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəridir. Nəşr yazır ki, dəhlizin açılması İran üçün də faydalı olacaq, o, Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə biləcək. Sözügedən məqalə və xəritə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Yerli mətbuat, siyasətçilər və ictimaiyyət arasında narahatlıq artıb. Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” adlandıran İranın qərarını dəyişərək dəhlizin açılmasına razılıq verməsi ehtimalı erməniləri təşvişə salıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın onsuz da bu məsələyə razı olduğunu, Tehranın da fikrini dəyişməsi ilə dəhlizin açılmasına heç bir maneənin qalmadığı bildirilir. Qeyd edək ki, ötən gün Moskvada Rusiya XİN başçısı Sergey Lavrovun “Zəngəzur bölgəsində Rusiyanın mövcudluğunu genişləndirməsi” ilə bağlı açıqlaması da müzakirələrə yol açdı və Zəngəzur dəhlizi məsələsini gündəmə daşıdı. Azərbaycan Prezidenti yanvarın əvvəlində “Zəngəzur dəhlizi açılmalıdır və açılacaq” deyib. Ermənistanın bununla bağlı ümumi mövqeyi isə bəllidir. İrəvan alternativ yolları gündəmə gətirir və rusların dəhlizdə olmasına qarşı çıxır.

Zəngəzur dəhlizi məsələsi həm aktuallığını qoruyub saxlayır, həm də get-gedə mürəkkəbləşir.  Bu, eyni zamanda ticari-iqtisadi dəhliz, nəqliyyat infrastrukturu olmaqla yanaşı, həm də Türk dünyasına yolun açılmasıdır. Əlbəttə, türk dünyasına inteqrasiyanın güclənməsi, o cümlədən iqtisadi amillərin daha yüksək səviyyəyə qaldırılması Türkiyə, Azərbaycan və digər türk dövlətləri üçün çox önəmlidir. Problem odur ki, Rusiya dəhlizə nəzarətin onun əlində olmasını istəyir və bunda israr edir. Rusiyanın son dönəmlərdə İranla ikitərəfli əməkdaşlığı gücləndirməsi, gediş-gəlişi artırması da bununla bağlıdır. Moskva bilir ki, İran hökuməti Qərbin, ABŞ və Avropanın Ermənistanda, ümumən bölgədə olmasından ciddi narahatlıq duyur. İrəvan isə çalışır ki, Zəngəzur dəhlizi Qərb dövlətlərinin himayəsi altında açılsın və fəaliyyət göstərsin.

Tarixi reallıq odur ki, tarixi torpaqlarımızı, Zəngəzuru vaxtı ilə ermənilərə hədiyyə edənlər elə Rusiya, Fransa, Böyük Britaniya kimi dövlətlər olub. Bizim iradəmiz olmadan Zəngəzurun bir hissəsi Ermənistan SSRİ-yə verilib. Məqsəd Türk dünyasını bölmək, Türk dünyasının coğrafi birləşməsinin qarşısını almaq idi. Zəngəzur dəhlizinin reallaşması həmin məqsədin aradan qalxması deməkdir. Rusiya və İranın məqsədləri bəllidir. Amma bu məsələdə son sözü Azərbaycan və Türkiyə deyəcək. Hesab edirik ki, Ermənistanı da razı salmaqla Azərbaycanın və Türk dünyasının maraqlarına cavab verəcək Rusiyasız, eləcə də Qərbsiz bir Zəngəzur dəhlizi açılmalıdır. Təbii ki, Rusiya və İran bir yandan öz oyunlarını oynayacaqlar. Fransa kimi digər ölkələr də problemlər yaratmağa çalışacaqlar. Ancaq Rusiyasız və Qərbsiz, yəni onların nəzarəti olmadan Zəngəzur dəhlizinin açılması mümkündür, buna gücümüz yetər. Əsas məsələ İrəvan hökumətini kənar qüvvələrin təsir dairəsindən uzaqlaşdırmaqdır. Ermənistan rəhbərliyi də ağlını başına cəm edərək Türkiyə və Azərbaycanın önəmini dərk etməli, dəhliz məsələsində problem yaratmamalıdır.

Məlum olduğu kimi, Türk Dövlətləri Təşkilatı yarandıqdan sonra Almatı, Bişkek, Qəbələ, Bodrum, Astana, Çolpan-Ata, Bakı, İstanbul, Səmərqənd və Ankarada olmaqla cəmi on Zirvə görüşü keçirilib. 2023-cü ili martın 16-da Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının onuncu Fövqəladə Zirvə görüşü keçirilib. Qeyd edək ki, bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin 2023-cü ilin fevralın əvvəllərində Türkiyədə baş vermiş dəhşətli zəlzələlər ilə əlaqədar Prezident İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunub. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.Azərbaycan Prezidenti İlham Əliyev toplantıda bir daha bəyan edib ki, Türk dünyası Türk dövlətlərinin hüdudları ilə məhdudlaşmır. Türk dünyası daha böyük coğrafiyanı əhatə edir. Dünyada yaşayan azərbaycanlıların sayı 50 milyondan çoxdur. Onlardan cəmi 10 milyonu müstəqil Azərbaycan Respublikasında yaşayır.

Son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırmaqdadır. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması ilə Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Qeyd edək ki, 2023-cü ilin mayında Türkiyədə keçirilən parlament və prezident sekiçlərinin hər ikisində Rəcəb Tayyib Ərdoğanın lideri olduğu Cümhur İttifaqının qalib gəlməsi Türk Dövlətləri Təşkilatının bugünü və gələcəyi baxımndan müsbət dəyərləndirilməkdədir. Bu birlik özünü Rəcəb Tayyib Ərdoğanın yenidən prezident olması münasibətilə 2023-cü il iyunun 3-də Ankarada “Külliyyə”, yəni Prezident Sarayında keçirilən inaqurasiya mərasimində də özünü ortaya qoydu.

Həmin inaqurasiya mərasimində R.T.Ərdoğan Türk Dövlətlərinin başçılarına, O cümlədən Azərbaycan Respublikadının Prezidenti İlham Əliyevə, Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirzoyevə, Qazaxıstan Respublikasının Prezidenti Qasım Çomart-Tokayevə, KKTC Prezidenti Ersin Tatara və digərlərinə yüksək diqqət yetirdi. Xüsusilə də, R.T.Ərdoğanın Azərbaycanın dövlət başçısı İlham Əliyevə verdiyi dəyər mərasim işktirakçıları tərəfindən də böyük alqışlarla qarşılandı. Ümumilikdə R.T.Ərdoğanın Ankarada keçirilən andiçmə mərasimi Türk Dövlətləri Təşkilatının, yəni Türk birliyinin də dünyada yeni bir güc kimi ortaya çıxmaq nümayişi idi. Demək olar ki, əksər politoloqlar, siyasi şərhçilər bu mərasimi öncəlliklə “Türk düyünü” kimi qiymətləndirdilər.

                Ədəbiyyat

  1. Azərbaycan tarixi. Yeddi cilddə,  V cild (1900-1920-ci ilər). Bakı: Elm, 2001. 672 s.
  2. Azərbaycan tarixi. Yeddi cilddə. VI cild (aprel 1920 – iyun 1941). – Bakı: Elm, 2000
  3. Əliyev İ.H. 31 mart Azərbaycanlılarının Soyqırım Günü münasibətilə Azərbaycan xalqına müraciət//”Dirçəliş – XXI əsr” jurnalı.№2-3 (120-121), Bakı, 2008, 67-74  s.
  4. Ələkbərli Faiq. Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi (XIX-XX əsrlər). II hissə. Bakı, Elm və təhsil,  2020, 864 səh
  5. TDT Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib, İlham Əliyev tədbirdə iştirak edib. https://report.az/xarici-siyaset/ankarada-tdt-nin-fovqelade-zirve-gorusu-baslayib
  6. Ərdoğanın səlahiyyətlərinin icrasına başlama mərasimi başa çatdı. https://qafqazinfo.az/news/detail/erdoganin-selahiyyetlerinin-icrasina-baslama-merasimi-basa-catdi-bundan-sonra-402507

 

Faiq Qəzənfər oğlu Ələkbərli,
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, dosent, fəlsəfə üzrə fəlsəfə doktoru

E-mail: faikalekperov@mail.ru)

https://orcid.org/0000-0002-8865-568X

 

Yazı, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi tərəfindən həyata keçirilən “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” adlı layihəsi çərçivəsində çap olunur.

Əvvəlki Yazı

Azərbaycan millisi bu gün Latviya yığması ilə qarşılaşacaq

Növbəti Yazı

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik edildi

XƏBƏR LENTİ

Qaxda ağır qəza: yaralılar var – Foto

Qaxda ağır qəza: yaralılar var – Foto

07 İyun 2025 / 20:24
35
Türkiyədə güclü meşə yanğını başlayib

Türkiyədə güclü meşə yanğını başlayib

07 İyun 2025 / 18:41
4
Fransada İsrail vətəndaşları haqqında “soyqırımda şərik olmaqda” ittiham edilərək istintaq başladılıb

Fransada İsrail vətəndaşları haqqında “soyqırımda şərik olmaqda” ittiham edilərək istintaq başladılıb

07 İyun 2025 / 17:11
56
İsrail ordusunun Qəzzada bayram zamanı evi hədəf alması nəticəsində mülki müdafiə işçisi həlak olub

İsrail ordusunun Qəzzada bayram zamanı evi hədəf alması nəticəsində mülki müdafiə işçisi həlak olub

07 İyun 2025 / 16:03
39
Toya nişanlısı ilə gələn gənc döyüldü

Toya nişanlısı ilə gələn gənc döyüldü

07 İyun 2025 / 15:52
53
Bakıda dəhşətli qəza: 3 nəfər öldü – Video

Bakıda dəhşətli qəza: 3 nəfər öldü – Video

07 İyun 2025 / 15:24
70
İran Trampın giriş qadağasına münasibət bildirib

İran Trampın giriş qadağasına münasibət bildirib

07 İyun 2025 / 15:19
23
“Prezident İlham Əliyevlə görüşməkdən şərəf duydum”-Şahbaz Şərif

Prezident İlham Əliyevin Şahbaz Şəriflə telefon danışığı olub

07 İyun 2025 / 15:13
86
Türkiyədə  itkin uşaq üçün axtarış işləri davam edir

Türkiyədə itkin uşaq üçün axtarış işləri davam edir

07 İyun 2025 / 14:56
40
Tramp və Maskın Münasibətlərinin eniş və enişləri: Budur diqqətəlayiq dönüş nöqtələri

Tramp və Maskın Münasibətlərinin eniş və enişləri: Budur diqqətəlayiq dönüş nöqtələri

07 İyun 2025 / 14:52
45
Mədlin gəmisi Qəzzaya nə aparır, göyərtəsində kim var və bu günə qədər hara çatıb?

Mədlin gəmisi Qəzzaya nə aparır, göyərtəsində kim var və bu günə qədər hara çatıb?

07 İyun 2025 / 14:24
43
Azərbaycanlı deputat bu çıxışına görə vəzifəsini itirdi

Spiker Boris Xoxryakov azərbaycanlı deputat Xalid Tağızadənin “təcili şəkildə geri qaytarılması” barədə göstəriş verib

07 İyun 2025 / 14:19
54
Sumqayıtda avtoqəzada 12 yaşlı uşaq həyatını itirdi

Sumqayıtda avtoqəzada 12 yaşlı uşaq həyatını itirdi

07 İyun 2025 / 14:12
54
Fransada həbsxanalara qaçaq yolla gətirilən telefonların toplanması üçün əməliyyat başladıldı

Polis Sabirabadda əməliyyat keçirdi -4 nəfər saxlanılıb

07 İyun 2025 / 14:05
65
Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik edildi

Azərbaycanda sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik edildi

07 İyun 2025 / 13:53
36
Zəngəzur dəhlizi və Türk dünyasının gələcəyi

Zəngəzur dəhlizi və Türk dünyasının gələcəyi

07 İyun 2025 / 12:59
39
Azərbaycan millisi bu gün Latviya yığması ilə qarşılaşacaq

Azərbaycan millisi bu gün Latviya yığması ilə qarşılaşacaq

07 İyun 2025 / 11:27
69
Proud Boys ABŞ hökumətini 100 milyon dollar tələb edir

Proud Boys ABŞ hökumətini 100 milyon dollar tələb edir

07 İyun 2025 / 10:49
45
Dünyanın şəhərləri “həyəcan verici sürətlə” dağılır

Dünyanın şəhərləri “həyəcan verici sürətlə” dağılır

07 İyun 2025 / 10:45
46
Türkiyənin Sivas bölgəsində KKKA səbəbiylə ölənlərin sayı 6-ya yüksəlib

Türkiyənin Sivas bölgəsində KKKA səbəbiylə ölənlərin sayı 6-ya yüksəlib

07 İyun 2025 / 10:40
54
Polşa ABŞ istehsalı olan 32 Black Hawk helikopterinin alınmasını dayandırıb

Polşa ABŞ istehsalı olan 32 Black Hawk helikopterinin alınmasını dayandırıb

07 İyun 2025 / 10:35
44
Qurban bayramının ikinci günü İsrailin Qəzzaya qarşı həyata keçirdiyi soyqırım hücumlarında 17 fələstinli həlak olub

Qurban bayramının ikinci günü İsrailin Qəzzaya qarşı həyata keçirdiyi soyqırım hücumlarında 17 fələstinli həlak olub

07 İyun 2025 / 10:30
65
2 milyona görə həbs edilən Aslan Əliyevə daha bir ittiham

2 milyona görə həbs edilən Aslan Əliyevə daha bir ittiham

07 İyun 2025 / 9:46
85
Sierra Leonedən 34 milyon avroluq günəş enerjisi layihəsi

Sierra Leonedən 34 milyon avroluq günəş enerjisi layihəsi

07 İyun 2025 / 9:22
59
Qəzza zolağında baş verən toqquşmalarda 4 İsrail əsgəri həlak olub

Qəzza zolağında baş verən toqquşmalarda 4 İsrail əsgəri həlak olub

07 İyun 2025 / 9:18
56
“Niaqara” və “Kral” restoranlarından 800 ailəyə bayram sovqatı – Video – Fotolar

“Niaqara” və “Kral” restoranlarından 800 ailəyə bayram sovqatı – Video – Fotolar

07 İyun 2025 / 9:12
78
Xoşqədəm Hidayətqızınin atasi vəfat edib

Xoşqədəm Hidayətqızınin atasi vəfat edib

07 İyun 2025 / 9:05
113
Türkiyədə bu gün siyasi partiyalar bayram keçirəcək

Türkiyədə bu gün siyasi partiyalar bayram keçirəcək

07 İyun 2025 / 8:57
49
Yapon şirkəti ikinci Ay missiyası zamanı problemlə üzləşdikdən sonra kosmik gəmi ilə əlaqəni kəsib

Yapon şirkəti ikinci Ay missiyası zamanı problemlə üzləşdikdən sonra kosmik gəmi ilə əlaqəni kəsib

06 İyun 2025 / 6:40
18
Tramp Körfəz ölkələrindən 3 trilyon dollardan çox investisiya və silah sövdələşməsi ilə qayıdır

Tramp 3 ölkədən rədd cavabı aldi

06 İyun 2025 / 6:17
26
Avropa.info saytı gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.
Direktor: Ruslan Bəşirli
Tel: 050 291 24 88
Baş redaktor: Şirvani Hümmətoğlu
Tel: 050 851 90 51
E-mail: avropainfo528@gmail.com
Ünvan: Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi 96

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.

No Result
View All Result
  • Gündəm
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Siyasət
  • Ölkə
  • Dünya
  • Araşdırma
  • İdman
  • Kriminal
  • Köhnə versiya

AVROPA.İNFO © 2024 - Bütün hüquqları qorunur.