Polşanın ordusu üçün ABŞ istehsalı olan 32 S-70i Black Hawk helikopterinin alınmasını dayandırdığı bildirilir.
Avropa.info xəbər verir ki, Polşanın ictimai yayımı olan TVP World-ün xəbərinə görə, Polşa müdafiə nazirinin müavini Pavel Bejda və Baş Qərargah rəisi Vislav Kukula bu gün məsələ ilə bağlı mətbuat konfransı keçiriblər.
Müdafiə nazirinin müavini Bejda Black Hawks-ın alınması prosesinin dayandırıldığını bildirib.
Prosesin əvvəlki hökumət dövründə başladığını, lakin yekun razılığın əldə olunmadığını vurğulayan Bejda, “Heç bir müqaviləni ləğv etmədik. S-70i Black Hawk helikopterlərinin alınması prosesini bağladıq. Bu qərar Ukraynadakı mövcud geosiyasi vəziyyət və müharibənin gedişatının təhlilinə əsaslanır” dedi.
“İmzalanmamış bir şeyi ləğv edə bilməzsiniz” dedi Bejda və bunun sadəcə “yeni prioritetlərə uyğun bir prosesin bağlanması” olduğunu söylədi.
Baş Qərargah rəisi Kukula vertolyot proqramlarının prioritetlərini dəyişməyə qərar verdiklərini açıqlayıb.
Kukula qeyd edib ki, gələcək müharibələrin gətirəcəyi çağırışlara daha yaxşı uyğunlaşmaq lazımdır və Polşa ordusu hazırda təlim, hücum, dəniz və ağır nəqliyyat helikopterlərinin satın alınmasına üstünlük verməyi hədəfləyir.
Planlaşdırılan alışa Polşanın PZL Mielec aviasiya firmasının müəssisəsində istehsal olunacaq ABŞ istehsalı olan 32 S-70i Black Hawk helikopteri daxildir .