Fövqəladə Hallar Nazirliyinin (FHN) qaynar telefon xəttinə Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olması barədə ilkin məlumat daxil olub.
Avropa.info xəbər verir ki, məlumatla əlaqədar FHN-in müvafiq xilasetmə qüvvələri yanğın yerinə cəlb olunublar.
İlkin məlumata əsasən, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib.
Yanğının kəşfiyyatı zamanı 4 nəfərin meyiti aşkar olunub.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
***
Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın zamanı ölənlərin şəxsiyyəti məlum olub.
Bunlar Muğan Gəncəli kənd sakinləri – 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Safalı Qorxmaz qızı İmanova, 2020-ci il təvəllüdlü Osman bəy Tural oğlu İmansoy və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmansoydur.
Faktla bağlı araşdırma aparılır.