Somalinin Hirşabel əyalətində ordu birlikləri ilə Əl-Şəbab silahlıları arasında baş verən qarşıdurmada 70 terrorçu zərərsizləşdirilib.
Avropa.info xəbər verir ki, Somali İnformasiya Nazirliyindən yayilan yazılı açıqlamada, son 48 saatdır davam edən əməliyyatlarda Hirshabelle əyalətinin bölgələrində Əl-Şəbab qruplaşmasına qarşı şiddətli qarşıdurmaların yaşandığı bildirilib.
Açıqlamada ölkənin təhlükəsizliyini təhdid edən və bölgədə yayılmağa çalışan terror təşkilatına ağır zərbə vurulduğu və 70 terrorçunun zərərsizləşdirildiyi vurğulanıb.
Bəyanatda Somali ordusunun əməliyyatlarına dəstək verən yerli xalqın töhfəsinin təqdir edildiyi ifadə edilərək, ordu və xalqın əməkdaşlığı sayəsində təşkilatın irəliləyişinin dayandırıldığı qeyd edilib.
Əl-Şəbabın Hirshabelle vilayətində Hiran və Orta Şəbab bölgələri arasındakı yaşayış məntəqələrinə intensiv hücumlar təşkil etdiyi və təşkilatın vilayətin strateji şəhərlərindən biri olan Adan Yabalı ələ keçirərək bölgədəki təsirini artırmağa çalışdığı qeyd edilib.