Son günlər yağan aramsız leysan yağışları Hacıqabul rayonunda ciddi fəsadlara yol açıb.
Avropa.info xəbər verir ki, güclü yağıntıların yaratdığı sel suları bir çox yaşayış evini basıb.
“Yoldaşım şəkər xəstəsidir, evdə qalmışdı. Qonşuların köməkliyi ilə onu evdən çıxartdıq. Uşaqların ikisi itib, bilmirik ki, kim aparıb. Yeməyə çörəyimiz də yoxdur. Bir adam gəlib demir ki, ölmüsünüz, ya qalmısız”, ‒ sakin qeyd edib.
Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, hazırda su basan ərazilərdə işlər aparılır, əraziyə əməkdaşlar, texnikalar cəlb edilib.
Qeyd olunub ki, təxminən 200-ə yaxın ev və həyət təsərrüfatı su altında qalıb.
Daha ətraflı Baku TV-nin süjetində: