Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alim, şair Mikayıl Rəfiliyə həsr olunmuş
virtual kitab sərgisi hazırlanıb
Avropa.info xəbər verir ki, bu il poeziyamızın görkəmli nümayəndəsi, sevimli şair, ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru, professor Mikayıl Rəfilinin anadan olmasının 120 illik yubileyi tamam olur.
Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şairin həyat və yaradıcılıq yolundan bəhs edən virtual kitab sərgisi hazırlanıb. Virtual sərgidə Mikayıl Rəfilinin təhsil illəri, bədii yaradıcılığı, Azərbaycan tərcümə ədəbiyyatına verdiyi töhfələr haqqında məlumat verilir.
Kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/mikayil-refili-120 yerləşdirilən virtual kitab sərgisində şairin müəllifi olduğu “Nizami. Həyat və yaradıcılıq”, “Pəncərə”, “Lirik şeirlər” kimi kitablarının, Viktor Hüqonun “Gülən adam”, “Paris Notr – dam kilsəsi”, “Səfillər”, Onere de Balzakın “Qobsek”, “Qorio ata” kimi tərcümələri haqqında məlumat verilir, dövrü mətbuat nümunələri sərgilənir.