Episentri Mərmərə dənizinin Silivri sahillərində olan İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra evlərinə getmək istəməyən bəzi vətəndaşlar gecəni Fatih məscidində keçiriblər.
Avropa.info-nun məlumatına görə Fatihdə vətəndaşlar artçı təkanlara qarşı tədbir olaraq çöldə gözləməyə davam edir.
Zəlzələdən sonra evlərinə girmək istəməyən bəzi vətəndaşlar Fatih məscidində qalmağa üstünlük verib.
Bəzi vətəndaşlar məscidin həyətində çadır qurarkən, uşaqların top oynayaraq vaxt keçirdikləri görülüb.